Məhkəmə qərarları › İş №2(007)-370/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-370/2025

01.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-370/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gündüz X4 qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (ləyaqətsiz vərəsə hesab edilməsi tələbi) X12 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçının vəkil-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Gündüz X4 qarşı “şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi" tələbinə dаir iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı cavabdeh Gündüz X4 qarşı “şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Masan Hüseyinin ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X8 Hüseyinlə mərhumə Gündüz (Hacıyeva) Türkanə Yafəs qızı 2015-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan 2 övladları - İddiaçı Mühammet qızı və X5 doğulmuşlar. Cavabdeh X8 Hüseyin iddiaçının anası Gündüz (Hacıyeva) Türkanə Yafəs qızma qarşı ləyaqətsiz hərəkətlərə yol vermiş, ona kobud davranmış onun sağlığında belə ona və qızlarına qarşı kobud davranmış ailə təməllərini sarsıdan hərəkətlərə yol vermiş, bu səbəbdən onların ailə münasibətləri pozulmuşdur. Cavabdeh X8 Hüseyin bununla da yetinməmiş və 2002-2015ci illərdə qeyri-rəsmi, 2015-ci ildən isə rəsmi nikah miinasibətlərində-olmaqla birlikdə yaşadığı Gündüz (Hacıyevə) Türkanə Yafəs qızının 2018-ci ildən etibarən plastik-cərrah kimi işləyərək pul qazanmasından sonra dəfələrlə evə gec gəlməsinə, ona kobud formada cavab qaytarmasına, spirtli içki qəbul etməsinə, telefon zənglərinə cavab verməməsinə, onunla birlikdə Azərbaycan Respublikasından kənarda (Türkiyədə) yaşamaqdan imtina etməsinə, hətta kişilik hissinə toxunaraq dərman vasitəsilə cinsi əlaqədə olmasını deməsinə görə arvadının ona bir ər kimi hörmət etməməsi qənaətinə gəlib aralarında bu zəmində yaranmış davamlı mübahisələrin ər-arvad kimi münasibətlərində soyuqluq yaratdığından, o, bu münasibətlərə aydınlıq gətirmək üçün 07 may 2023-cü il tarixdə gecə saat 00 radələrində Abşeron rayonu, Novxanı kəndi, İlqar Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evində arvadı Türkanə Gündüzlə söhbət əsnasında sonuncunun kobudluq edərək onunla birlikdə yaşamaqdan imtina etməsi, masadakı şirniyyatı onun üstünə atmasından sonra arvadının onun üzərinə gəlməsi səbəbindən psixi-emosional vəziyyətində yaranmış hirslilik fonunda, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmaqla anlaqlı vəziyyətdə qonaq otağındakı dolabdan ümumi uzunluğu 260 mm olan, açılıb-qatlanan soyuq silah hesab edilməyən məişət təyinatlı səyahət bıçağını götürüb müstəsna dərəcədə rəhmsizlik nümayiş etdirərək birgə nikahlarından olan azyaşlı övladları - 2011-ci il təvəllüdlü X2 gözü qarşısında bu hərəkətləri ilə övladına və arvadına xüsusi iztirab və əzab verdiyini dərk etməklə, yəni xüsusi amansızlıqla Türkanə Gündüzə bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 07 ədəd, daxilə nüfuz edən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid döş qəfəsinin daxilə nüfuz edərək ürək kisəsini ürəyin sol qulaqcığını yaralayan deşilmiş-kəsilmiş yarasının törətdiyi kəskin qanitirmədən ölməsinə səbəb olan döş qəfəsinin ön səthinin sağ hissəsinin 01 ədəd, sağ döş vəzinin yuxan hissəsində gilənin üst səthinin 01 ədəd deşilmiş-kəsilmiş yaralan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan daxilə nüfuz etməyən qarının ön səthinin 02 ədəd, göbək nahiyəsinin 01 ədəd, döş qəfəsinin sol yarısının 01 ədəd deşilmiş-kəsilmiş və sol saidin yuxarı 1/3-nin 01 ədəd kəsilmiş yaraları, habelə əl-ayaq zərbələri ilə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən sağ dizin ön və tış səthinin sıyrıqları xəsarətlərini yetirməklə onu xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Cavabdehə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham elan edilərək cinayət işi ittiham aktı ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Hal-hazırda məhkəmə istintaqı davam edir. Təbii ki, iddiaçının anası Gündüz (Hacıyeva) Türkanə Yafəs qızı hətta sağlığında ona qarşı ləyaqətsiz və əxlaqsız hərəkətlərə yol verən, onu xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edən bir şəxsin onun əmlakına sahib olmasını heç zaman istəməzdi və bu istəyini də o, dəfələrlə yaxınlarının yanında bəyan etmişdir. Göründüyü kimi, cavabdeh mərhumə T.Gündüzün sağlığında ona qarşı qeyri-qanuni və qeyri-əxlaqi münasibət göstərərən şəxs ləyaqətsiz vərəsə sayılmalıdır. Cavabdehin etirazı: Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiada göstərilənlərin hamısı cəfəngiyyatdır və həqiqətə uyğun deyildir, ona görə ki, onun tərəfindən heç vaxtı mərhum həyat yoldaşıma və qızlarına qarşı heç bir qanunsuz hərəkətlər etməmişdir. Əksinə, 20 il müddətində dırnaqları ilə əldə etdiyi gəlirləri onların ehtiyaclarına xərcləməklə, Bakı şəhərində onların adlarına əmlaklar almaqla, onların təhsil haqlarını yüksək səviyyədə ödəməklə və bu günə qədər balalarının üzərində mənəvi və maddi dəstək göstərməklə, onların yanında olmaqla, həyat yoldaşının 2019-cu ildən yaxşı olmayan hərəkətləri ucbatından ani şəkildə hadisə baş vermişdir və hal-hazırda da məhkəmə prosesləri davam etməkdədir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1157-1.1-ci maddəsinə əsasən miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 154-cü maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir, iddiaya etirazda aşağıdakılar göstərilməlidir, etirazın göndərildiyi məhkəmənin adı, işdə iştirak edən şəxsin, onun nümayəndəsinin (əgər etirazı nümayəndə təqdim edirsə), şahidin və məhkəmə iclasına dəvət etdiyi digər şəxslərin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianı etiraf edib-etməməsi, əgər qismən etiraf edirsə hansı hissədə, iddianı etiraf etmirsə, onun etirazının əsaslandığı fakt və hallar, istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı, olduğu halda vəsatətlər (hakimə etiraz etmə, üçüncü şəxslərin və (və ya) başqa cavabdehin cəlb edilməsi, əsl olmayan tərəfin əvəz edilməsi, iddia tələblərinin birləşdirilməsi və ya ayrılması, sübutların tələb edilməsi, şahidlərin çağırılması, ekspertizanın təyin olunması və s. barədə), əlavə olunmuş sənədlərin siyahısı, iddiaya etirazda ardıcıl və tam şəkildə iddiaçının göstərdiyi hər bir dəlilə münasibət bildirilməli, işin faktiki halları və sübutlara dair dəlillər əks olunmalıdır. İşdə iştirak edən şəxs iddiada göstərilən hər hansı halla razılaşmadıqda bunun səbəblərini və əsaslandırılmış dəlillərini göstərməlidir, işdə iştirak edən şəxs iddiaya etirazda göstərilən bütün sübutların siyahısını təqdim etməlidir. Ondan asılı olmayan səbəblərə görə hər hansı sübut barədə məlumatın iddiaya etiraz ilə birgə təqdim edilməsi mümkün olmadıqda, işdə iştirak edən şəxs bunu göstərməlidir, iddiaya etiraz işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndənin imzaladığı etiraza onun işi aparmağa səlahiyyətini təsdiq edən sənədlər əlavə edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(124)-21/2025 saylı hökmü ilə, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin cinayət işi üzrə hökmdən görünür ki, Cavabdeh məhkəmə iclasında verdiyi ifadəsində, ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, “....Əvvəlcə, qənd qabını onun üzərinə atmışdır. Daha sonra onu meyvə soyduğu bıçaq ilə vurmuşdur. Hadisəni törətdiyi vaxt o, özündə deyildi. Türkanə Gündüzü bıçaqla vurduqdan sonra dərhal Sibel Gündüzün otağına daxil olmuş və ona "103” çağrı mərkəzinə və xalasına zəng etməsini bildirmişdir. Təxminən 40 dəqiqə sonra təcili tibbi yardım avtomobili gəlib çatmışlar. Onlar hadisə yerinə gec gəlmişlər. 2 ya 3 dəfə o, onlara ünvanı izah etmişəm. X10 öldürmək məqsədi olmamışdır....” xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına Cavabdeh Hasan Hüseynin Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham aktı, apellyasiya şikayəti əlavə edilmişdir. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, ərizənin dəlillərinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili və nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi ilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin vəkili və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. 1138. Valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. 1139. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. 1143. Şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər. 1203.1. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. 1203.2. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. 1203.3. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Miras qoyanın ərinin miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş olması işin faktiki halları ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, hazırki mülki işdə miras qoyanın ərinin miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş olduğu mülki işin materialları ilə sübuta yetirilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdehin etirazında, məhkəməyə təqdim edilmiş hökmdən verilən apellyasiya şikayətində, habelə cinayət işi üzrə məhkəmə prosesində tərəfindən verilmiş ifadəsində miras qoyana qarşı cinayət və ya digər əxlaqsız hərəkət törmətməsi təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da özündə ehtiva edir ki, bu baxımdan hesab edilməlidir ki, qeyd edilən maddələrdə göstərilən hallardan əlavə miras qoyana qarşı yönələn bütün qanunsuz, əxlaqsız, hətta məhkəmə qeyd edir ki, mənəviyyəta zidd halların da mövcudluğu öz təsdiqini tapmışdır. Belə olan halda isə miras qoyana qarşı yönələn hallar baxımından cavabdeh tərəfindən edilmiş hərəkətlər onun ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas olmuşdur. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Gündüz X1 Türkanə Yafəs qızından qalan miras əmlaka münasibətdə ləyaqətsiz vərəsə hesab edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı tələb etmədiyindən, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh Gündüz X1 Türkanə Yafəs qızından qalan miras əmlaka münasibətdə ləyaqətsiz vərəsə hesab edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar