Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3714/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı, Cavabdehının iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə aşıq məhkəmə iclasında baxaraq M Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair idda ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki,təxminən iki il bundan qabaq tanış olduğu Cavabdeh Mehdiabadda torpaq almaq üçün 2019-cu ilin noyabr ayında 2800 manat borc pul vermişdir. Cavabdeh ondan aldığı pulla torpaq əldə edib, sonra onu satıb iki ay müddətində onun borcunu qaytaracağına söz vermişdi.Torpağı satmaq mümkün olmayacağı təqdirdə isə bankdan pul götürüb onun borcunu qaytaracağını bildirmişdi.Lakin cavabdeh öz vədinə əməl etməmiş,6 ay ərzində ondan aldığı puldan cəmi 1000 manat qaytarmışdır.1800 manatı isə bu günə qədər qaytarmamışdır.Bununla bağlı polisə müraciət etsə də,iş mülki xarakterli olduğundan ona bildirmişlər ki,iş məhkəməyə müraciət etmək lazımdır.Cavabdeh onun pulunu bu vaxta qədər qaytarmadığından qanunvericiliyə görə borclu olduöu 1800 manatdan əlavə illik 5 faiz olmaqla həm də 188 manat faiz də ona qaytarmalıdır.Qeyd olunanlara əsasən Cavabdehından 1800 manat borc və 188 manat faiz olmaqla cəmi 1988 manat pulun onun xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, həqiqətən də, 2800 manat iddiaçıdan pul götürmüşdür. Laikn həmin pulu borc olaraq yox, sələmə götürmüşdür, hər ay da sələmi vaxtlı-vaxtında ödəyib. O,Mehriyə pul kartı təqdim etmişdir. İddiaçı hər ay bankdan pulu çıxardıb. Onun Mehriyə hər hansı bir borcu yorxdur. Ona görə də iddianın rədd olunmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki,iddia qismən təmin olunmalıdır. İş matereiallarında olan 532 saylı vəsiqənin surətindən görünür ki, Qasımova X1 rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad edilən maddələrinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin məhkəmədə araşdırılan hallarından görünür ki,tərəflər arasında şifahi borc müqaviləsi bağlanmış və İddiaçı Cavabdeh 2019-cu ilin noyabr ayında 2800 manat borc pul vermişdir.Cavabdeh həmin borcu 2 ay müddətinə qaytaracağını bildirsə də,üzərinə götürdüyü öhdəliklərə tam və layiqincə əməl etməmişdir.Nəticədə cavabdehin iddiaçıya 1800 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh borcu tam olaraq qaytaradığını bildirsə də bunu təsdqi edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də 1800 manat pulun tələb olunması hissəsində iddia əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə 188 manat faiz məbləğinin qaytarılması hissəsində iddia tələbinə qiymət verərkən hesab edir ki,həmin hissədə iddia təmin olunmamalıdır.Belə ki, iddiaçı borcun faizlə qaytarılması barədə tərəflər arasında razılaşma olduğunu sübuta yetirə bilməmişdir. Beləliklə,məhkəmə işin hallarını tam və hərtətrəfli araşdırıb,sübutları qiymətləndirərək hesab edir ki,iddia qismən təmin olunmalı, Cavabdeh İddiaçı xeyrinə 1800 maat pul tutulmalı,qalan hissədə iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin Cavabdeh İddiaçı xeyrinə 1800 manat pul tutulun. Qlan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-3714/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3714/2021
30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver