Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3732/2021 04.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Böyükağa qızına və Cavabdeh2 Böyükağa qızına qızına qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 Böyükağa qızına və Cavabdeh2 Böyükağa qızına qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu Cəmşid Naxçıvanski küçəsindəki 18 saylı evin 88 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Mənzili alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Böyükağa qızından almışdır. Onun adına AN seriyalı ******* nömrəli çıxarış verilib. Cavabdeh1 Böyükağa qızı mənzili satan zaman orada qeydiyyatda olan şəxslərin tez bir zamanda qeydiyyatdan çıxacağına söz versə də, buna əməl etməyib.Cavabdehlər Cavabdeh1 Böyükağa qızının və Cavabdeh2 Böyükağa qızının həmin mənzildə qeydiyyatda qalması bir mülkiyyətçi kimi hüquqlarımı pozur. Qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh1 Böyükağa qızının və Cavabdeh2 Böyükağa qızının Bakı şəhəri, Nizami rayonu Cəmşid Naxçıvanski küçəsindəki 18 saylı evin 88 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Rzayeva Zümrüd Seyfulla qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə ünvanladığı ərizədə onun iştirakı olmadan işə baxılmasını,iddianı müdafiə etdiyini və onun iştirakı olmadan işə baxılmasının yekunlaşmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 Böyükağa qızı və Cavabdeh2 Böyükağa qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Cavabdehlərin məhkəmə iclasında iştirakının təmin olunması məqsədi ilə 76 saylı MKİS-nə göndərilmiş məhkəmə bildirişi “bu ünvanda yaşamırlar”qeydi ilə məhkəməyə qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsini və 185.4-cü maddəsini rəhbər tutaraq işə iddiaçının və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 05.07.20121-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 Böyükağa qızı Bakı şəhəri, Nizami rayonu Cəmşid Naxçıvanski küçəsindəki 18 saylı evin 88 saylı mənzi Rzayeva Zümrüd Seyfulla qızına satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu Cəmşid Naxçıvanski küçəsindəki 18 saylı evin 88 saylı mənzil Rzayeva Zümrüd Seyfulla qızının xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına 07.07.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat arayışdan görünür ki, cavabdehlər Cavabdeh1 Böyükağa qızı və Cavabdeh2 Böyükağa qızı mübahisəli mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu Cəmşid Naxçıvanski küçəsindəki 18 saylı evin 88 saylı mənzili Rzayeva Zümrüd Seyfulla qızının xüsusi mülkiyyətindədir.Mənzil dövlət qeydiyyatında iddiaçının adına 07.07.2021-ci il tarixdə ********** nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Cavabdehlər həmin mənzildən köçüb getsə də qeydiyyatdan çıxmamışlar. Məhkəmə hesab edir ki, iddiaçı Rzayeva Zümrüd Seyfulla qızının mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı və cavabdehlər Cavabdeh1 Böyükağa qızının və Cavabdeh2 Böyükağa qızının iddiaçının mülkiyyətində olan mənzildən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh1 Böyükağa qızının və Cavabdeh2 Böyükağa qızının Bakı şəhəri, Nizami rayonu Cəmşid Naxçıvanski küçəsindəki 18 saylı evin 88 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-3732/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3732/2021
04.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver