Məhkəmə qərarları › İş №2(007)-3742/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3742/2021

24.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3742/2021 24.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Ərizəçi, onun vəkili və nümayəndəsi Vəkil Maraqlı şəxs4 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı Maraqlı şəxs4 cəlb edilməklə “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, qızı Maraqlı şəxs2 27 iyun 2005-ci il tarixdə Bakı şəhərində doğulması və Maraqlı şəxs3 12 iyul 2011-ci il tarixdə Bakı şəhərində doğulmas faktının müəyyən edilməsi, Maraqlı şəxs2 təvəllüdü 27 iyun 2005-ci il, doğulduğu yer Bakı şəhəri, atası Maraqlı şəxs4, milliyyəti azərbaycanlı, anası Ərizəçi, milliyyəti azərbaycanlı kimi yazılması, Maraqlı şəxs3 təvəllüdü 12 iyul 2011-ci il doğulduğu yer Bakı şəhəri, atası Maraqlı şəxs4, milliyyəti azərbaycanlı, anası Ərizəçi, milliyyəti azərbaycanlı kimi yazılması, doğum aktının qeydə alınaraq Maraqlı şəxs2 və Maraqlı şəxs3 adına doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi həyat yoldaşı Maraqlı şəxs4 ilə 2004-cü ildə faktiki ailə həyatı qurmuşlar. Faktiki nikahlarından xx.xx.2005-ci il təvəllüdlü Maraqlı şəxs2 və xx.xx.2011-ci il təvəllüdlü Maraqlı şəxs3 adları övladları dünyaya gəlmişdir. Hər iki övladları ev şəraitində dünyaya gəliblər (doğulublar). Ərizəçinin həyat yoldaşı ilə xx.xx.2013-cü il tarixdə 2139 saylı akt qeydi ilə nikahları qeydə alınmışdır. Onların nikahları uzun müddət rəsmi qeydə alınmadığına görə uşaqlara doğum haqqında şəhadətnamə ala bilməmişlər. Dəfələrlə almağa cəhd etsələr də, müxtəlif səbəblərdən doğum haqqında şəhadətnamələrin verilməsindən imtina edilmişdir. Hazırda onların böyük övladlarının 16 yaşı vardır, doğum haqqında şəhadətnamənin olmaması səbəbindən ona şəxsiyyət vəsiqəsi ala bilmirlər. Eyni zamanda kiçik övladlarına da eyni problem üzündən şəxsiyyət vəsiqəsi ala bilmirlər. Ona görə də doğum haqqında şəhadətnamənin verilməsi üçün maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə müraciət edilmiş və həmin orqandan imtina məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydalarının 2.5-ci bəndində qeyd edilmiş sənədlər təqdim edildikdə doğum haqqında şəhadətnamə veriləcəkdir, əks təqdirdə məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Hansı ki, ərizəçi həmin imtina məktubunda tələb edilən “doğum faktı vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin sənədi”ni əldə edə bilmir və bu mümkün də deyildir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizənin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Həmçinin o, bildirdi ki, hər iki uşaq poliklinikada eyni ad və təvəllüdlə qeydiyyatda olmaqla məktəbə gedirlər. Məktəbdən onların doğum şəhadətnamələri tələb edilir. Həmçinin ərizəçinin böyük övladı üçün şəxsiyyət vəsiqəsi alınması üçün doğum şəhadətnaməsinin əldə edilməsi zəruridir. Ərizəçi yoldaşı Maraqlı şəxs4 məhkəmə iclasında bildirmişdir ki, Ərizəçi ilə 2004-cü ildə faktiki ailə həyatı qurmuşlar. Uşaqlar ev şəraitində dünyaya gəlmişlər. Nikahları rəsmi olaraq gec qeydə alındığı üçün uşaqlara doğum haqqında şəhadətnamə ala bilmirlər. Maraqlı şəxs2 və Maraqlı şəxs3 həqiqətən onun uşaqlarıdır. Ona görə də ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X4 şahid qismində ifadə verərək göstərmişdir ki, ərizəçinin10-15 il qonşusu olmuşlar. Ərizəçinin uşaqları Ayla və Renat ev şəraitində dünyaya gəlmişdir. Ərizəçinin yoldaşı Həsəndir. Onlar həmişə bir yerdə ailə kimi yaşamışlar. Məhkəmə iclasında X2 digər şahid X1 ifadəsinə uyğun izahat verərək bildirdi ki, Ayla və Renat ev şəraitində, qız 2005-ci ildə, oğlan isə 2011-ci ildə dünyaya gəlmişdir. Ərizəçinin yoldaşının adı Həsəndir. Məhkəmə, ərizəçinin onun vəkili və nümayəndəsinin, eyni zamanda maraqlı şəxsin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixdə 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 2.5. bəndinə müvafiq olaraq doğumun qeydə alınması üçün aşağıdakı sənədlər qeydiyyat şöbəsinə təqdim edilməlidir: valideynlərin şəxsiyyətini təsdiq edən sənəd; valideynlərin nikah haqqında şəhadətnamə; doğum faktı vaxtını və yerini təsdiq edən tibb müəssi, əsindən sənəd (əsli); uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdliyi sənəd. Göstərilən Qaydanın 2.5.4 bəndində nəzərdə tutulan uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd olmadığı üçün xahişinizin icrası imkan xaricində olduğu bildirilmişdir. - AZ-İ 903108 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs4 ilə xx.xx.2013-cü il tarixdə Nizami rayon Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. - 16 avqust 2021-ci il tarixli, 82 nömrəli arayışın surətindən görünür ki, Maraqlı şəxs3 12 iyul 2011-ci il təvəllüdlü, K.Balakişiyev 3-15 ünvanındadır, 17 saylı uşaq poliklinikasında qeydiyyatdadır. Anası Ərizəçidır. - 16 avqust 2021-ci il tarixli, 83 nömrəli arayışın surətindən görünür ki, Maraqlı şəxs2 27 iyun 2005-ci il təvəllüdlü, K.Balakişiyev 3-15 ünvanındadır, 17 saylı uşaq poliklinikasında qeydiyyatdadır. Anası Ərizəçidır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır; 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır; 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndinə əsasən, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi Maraqlı şəxs4 əvvəllər faktiki, xx.xx.2013-cü il tarixdən isə rəsmi nikaha daxil olaraq ailə qurmuş, nikahları xx.xx.2013-cü il tarixdə 2319 nömrə ilə qeydiyyata alınmaqla rəsmiləşdirilmişdir. Birgə nikah dövründə 27 iyun 2005-ci il tarixdə Maraqlı şəxs2 və 12 iyul 2011-ci il tarixdə Maraqlı şəxs3 adlı uşaqları ev şəraitində anadan olmuşdur. Həmin uşaqlar məktəbdə oxumalarına və uşaq poliklinikasında qeydiyyata alınmalarına baxmayaraq onların doğulması bu günə qədər qeydə alınmamışdır. Ərizəçi uşaqlara doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmiş, lakin lazimi sənədlər təqdim edilmədiyindən qeydiyyat şöbəsi tərəfindən imtina məktubu təqdim edilmişdir. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyrimümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Maraqlı şəxs2 27 iyun 2005-ci il tarixdə və Maraqlı şəxs3 12 iyul 2011-ci il tarixdə Bakı şəhərində doğulmaları faktı müəyyən edilməli, akt qeydləri kitabının ata adı qrafalarında Maraqlı şəxs4, ana adı qrafalarında Ərizəçi, milliyyətləri azərbaycanlı göstərilməklə onlara doğum haqqında şəhadətnamə verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs2 27 iyun 2005-ci il tarixdə və Maraqlı şəxs3 12 iyul 2011-ci il tarixdə Bakı şəhərində doğulmaları faktı müəyyən edilsin. Akt qeydləri kitabının ata adı qrafalarında Maraqlı şəxs4, ana adı qrafalarında Ərizəçi, milliyyətləri azərbaycanlı göstərilsin. Göstərilən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq Maraqlı şəxs2 və Maraqlı şəxs3 adına doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar