Məhkəmə qərarları › İş №2(007)-376/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-376/2021

01.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-376/2021 01.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanoca Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi Mansır qızının, Ərizəçinin vəkili Vəkil iştirakları ilə, Ərizəçi Mansır qızının maraqlı şəxslər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Maraqlı şəxs2 cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Mansır qızı maraqlı şəxslər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Maraqlı şəxs2 cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onun heç bir dövlətin vətəndaşı olmamağı və 2004-cü ildən Azərbaycan Respublikasında yaşamağı faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 28 iyun 1962-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuşdur. Gürcüstan Respublikasının vətəndaşı olmuşdir. Sonradan 1991-ci ildə Ukraynaya gedərək orada yaşamış, 07.09.2004-cü il tarixdən Azərbaycan Respublikasın gələrək burda yaşamışdır. Hal-hazırda Nizami rayonu, Şərifli küçəsi, ev 76, mənzil 17 ünvanında qeydiyyatsız olaraq yaşayır. Bunu qonşular da təsdiq edə bilərlər. Gürcüstanın Azərbaycandakı səfirliyindən verilmiş 15.10.2019-cu il tarixli arayışdan da göründüyü kimi Gürcüstan Respublikasının vətəndaşı deyil. Bununla belə 05.06.2018-ci il tarixli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayışdan da göründüyü kimi onun “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbayvan Respublikasının 30.09.1998-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Dövlət Miqrasiya Xidmətinə müraciət etsə də, 13 yanvar 2020-ci il tarixli cavabdan da göründüyü kimi, 2004-cü ildən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməklə Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilməyi bildirilmişdir. Şəxsiyyətini təsdiq edən heç bir sənədinin olmaması, buna görə də Azərbaycan Respublikasının sərhədlərini tərk edə bilməməyi onun üçün bir sıra problemlər yaradır. Qohumlarının, ata mülkünün Gürcüstanda olmasına baxmayaraq sənədi olmadığından Gürcüstana da gedib-gələ bilmir, qeyd edilən sənədi də başqa şəkildə ala bilmir. Xahişi hüquqi nəticə doğuran faktın müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ona nə məqsəd üçün lazım olduğu, habelə tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı təqdim olunan sübutlarla təsdiq olunur. 16 oktyabr 2020-ci il tarixli məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X8 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Şəxsin ərizəsindən məlum olur ki, o, əvvəlcə Gürcüstan SSRİ-nin vətəndaşı olmuş, 1991-ci ildə Ukraynaya getmiş, 07.09.2004-cü ildən isə Azərbaycan Respublikasında yaşamaqdadır. Belə olan halda, şəxs doğulduğu və ya əvvəllər daimi yaşadığı ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənədləri əlavə etməlidir. Eyni zamanda bildirmək lazımdır ki, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) vasitəsilə yoxlanış zamanı şəxsin ölkə ərazisindən kənara çıxışı qeydə alınmamışdır. Qeyd edilənlərə əsasən doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənədlə şəxsin heç bir dövlətin (faktiki hala görə Gürcüstan və Ukrayna) vətəndaşlığına mənsub olmaması təsdiqləndiyi halda ərizəçinin ərizəsinin təmin olunmasına tərəfindən etiraz olunmadığı nəzərə almaqla müvafiq qətnamənin çıxarılmasını, növbəti məhkəmə iclaslarında DMX-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikasının 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Vəliyeva (Mahmudova) Qənirə Mansır qızının heç bir dövlətin vətəndaşı olmamağı və 2004-cü idən Azərbaycan Respublikasında yaşamağı faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasına Ərizəçi Mansır qızı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin dəlillərinə uyğun izahat verərək heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 2004-cü idən Azərbaycan Respublikasında yaşamağı faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxlsərin izahatlarını, şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Bu baxımdan, məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi hazırkı ərizəyə dair işə baxmaqda haqlıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Gürcüstan SSR, Dmanisi rayonu Muğanlı kənd Sovetliyi tərəfindən 09 noyabr 1962-ci il tаriхdə vеrilmiş İİ-PЭ № 829564 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, Ərizəçi 28 iyun 1962-ci il tаriхdə Gürcüstan SSR, Dmanisi rayonu Muğanlı kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 09 noyabr 1962-ci il tarixdə 85 № ilə qeyd edilmişdir. X1, anası X3r. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 13.01.2020-ci il tarixli Ərizəçi ünvanlanmış məktubdan görünür ki, 2004-cü il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 05 iyun 2018-ci il tarixli ******* saylı arayışından görünür ki, 28 iyun 1962-ci il təvəllüdlü Ərizəçi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 16 mart 2020-ci il tarixli 33/88/M-288 saylı məktubundan görünür ki, Ərizəçi07.09.2004-cü il tarixdə ölkə ərazisinə daixil olmuşdur. Çıxış qeydiyyata alınmamışdır. - Gürcüstanın Azərbaycandakı Səfirliyinin 15.10.2019-cu il tarixli 05/00037743/2019- 02 saylı arayışından görünür ki, Ərizəçi Gürcüstanın “Gürcüstan vətəndaşlığı haqqında” orqan qanunun 30-cu maddəsinin “a” bəndinə müvafiq olaraq və agentliyin əldə etdiyi sənədlərə əsasən Gürcüstan vətəndaşı hesab olunmur. - 83 saylı MKİS-nin 29.07.2020-ci il tarixli 550 saylı arayışından görünür ki, Ərizəçi Mənsur qızı Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, ev 76, mənzil 17 ünvanında qeydiyyatsız yaşayır. - Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin məumatından görünür ki, Ukrayna DMX Xarkov vilayətindəki Bİ-nin Yaşayış yerinin qeydiyyatı haqqında məlumatın uçotu və monitorinqi şöbəsinin məlumatına əsasən, 28.06.1962-ci il təvəllüdlü vətəndaş X2 Xarkov vilayəti ərazisində uçota alınması / uçotdan çıxarılmasına dair məlumat yoxdur. Ukrayna vətəndaşının pasportu onun adına rəsmiləşdirilməmişdir. Xarkov vilayəti Vovçan rayonu, Varvaravskaya kənd şurasının icra komitəsi tərəfindən verilmiş, 22.10.2020-ci il tarixli, №115 arayışa əsasən, 28.06.1962-ci il təvəllüdlü vətəndaş X5 12.02.1997-ci ildən etibarən 1996-2000-ci illər üzrə №5 təsərrüfat kitabına əsasən Xarkov vil., Vovçan rayonu, Nikolayevka k. (keçmiş adı Jovtneve druqe) ünvanında qeydiyyatda olmuşdur. Təqdim edilən uçot sənədlərinə əsasən, vətəndaş Mahmudova Q.M 1974-cü il nümunəli, Vİ-TH №731472 , 1978-ci ildə Gürcüstan SSR Dmanisi VVS tərəfindən verilmiş keçmiş SSRİ pasportu ilə qeydiyyata alınmışdır. Nesteme kəndindən gəlmişdir. Xarkov vilayəti Vovçan rayonu Nesteme kənd şurasının bildirişinə əsasən, 28.06.1962-ci il təvəllüdlü vətəndaş Vəliyeva (Mahmudova) Qənirə Mansır qızının yaşayış yerinin qeydiyyatına dair məlumat yoxdur. Ukrayna DMX Xarkov vilayətindəki Bİ uçotuna əsasən, Ukrayna vətəndaşlığının alınması/dayandırılması məsələləri üzrə müraciət edən vətəndaşlar arasında Mahmudova (Vəliyeva) Qənirə Mansır qızı müəyyən edilməmişdir. 28.06.1962-ci il təvəllüdlü vətəndaş Vəliyeva (Mahmudova) Qənirə Mansır qızının 24.08.1991 və 13.11.1991-ci illər üzrə Ukrayna ərazisində yaşayış yerinin qeydiyyatına dair məlumatın olmaması ilə əlaqədar olaraq, onun Ukrayna vətəndaşılığına mənsubiyyətini müəyyən etmək mümkün deyil. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi Mansır qızı 28 iyun 1962-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuşdur. Gürcüstan Respublikasının vətəndaşı olmuşdur. Sonradan 1991-ci ildə Ukraynaya gedərək orada yaşamış, 07.09.2004-cü il tarixdən Azərbaycan Respublikasına gələrək burda yaşamışdır. Hal-hazırda Nizami rayonu, Şərifli küçəsi, ev 76, mənzil 17 ünvanında qeydiyyatsız olaraq yaşayır. Gürcüstanın Azərbaycandakı səfirliyindən verilmiş 15.10.2019-cu il tarixli arayışdan da göründüyü kimi Gürcüstan Respublikasının vətəndaşı deyil. Bununla belə 05.06.2018-ci il tarixli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayışdan da göründüyü kimi onun “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbayvan Respublikasının 30.09.1998-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Dövlət Miqrasiya Xidmətinə müraciət etsə də, 13 yanvar 2020-ci il tarixli cavabdan da göründüyü kimi, 2004-cü ildən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməklə Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilməyi bildirilmişdir. Şəxsiyyətini təsdiq edən heç bir sənədinin olmaması, buna görə də Azərbaycan Respublikasının sərhədlərini tərk edə bilməməyi onun üçün bir sıra problemlər yaradır. Qohumlarının, ata mülkünün Gürcüstanda olmasına baxmayaraq sənədi olmadığından Gürcüstana da gedib-gələ bilmir, qeyd edilən sənədi də başqa şəkildə ala bilmir. Hazırda isə o, heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 2004-cü idən Azərbaycan Respublikasında yaşaması faktının müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında işlərə baxır; 310.2-ci maddəsinə əsasən bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 12-ci bəndindən görünür ki, Məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Qanunun mənasına görə, şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxılmasının xüsusi halı, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının (burada Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin) arayışının və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənədin mövcud olmasıdır. Məhkəmədə ərizəçinin təqdim etdiyi sənədlərin tədqiqi ilə müəyyən olunur ki, Ərizəçi Mansır qızı 28 iyun 1962-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuşdur. 07 sentyabr 2004-cü il tarixdə isə Azərbaycan Respublikasına köçərək burada yaşamışdır, Gürcüstan Respublikasının qanunvericiliyinin tələblərinə müvafiq olaraq o, Gürcüstan vətəndaşı hesab edilmir və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı hesab olunmur, hazırda ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. Ərizəçi ərizəsində qeyd etmişdir ki, o, 1991-ci il tarixdə Ukraynaya getmiş və 07.09.2004-cü il tarixdə isə Azərbaycan Respublikasına gəlmişdir. Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin məlumatından görünür ki, ərizəçi 1996-2000-ci illər üzrə Xarkov vilayəti, Vovçan rayonu, Nikolayevka kəndi (keçmiş adı Jovtneve druqe) ünvanında qeydiyyatda olmuşdur. Hazırda ərizəçinin Ukrayna vətəndaşlığına mənsubiyyətinin müəyyən etmək mümkün deyil. Nəticədə məhkəmə araşdırması zamanı aydın olmuşdur ki, ərizəçi Gürcüstan Respublikasının və Azərbaycan Respublikasının vətəndaşı deyil. Həmçinin iddiaçı 1991-ci ildən 2004-cü ilədək Ukraynada yaşamış və məhkəməyə ərizəçinin Ukrayna vətəndaşı olmamasına dair hər hansı bir sübut təqdim edilməmişdir. Beləliklə, Ərizəçi Mansır qızı 1991-ci ildən 2004-cü ilədək daimi əsaslarla Ukraynada yaşasa da, Ukraynanın vətəndaşı olmamasına dair, ərizəsində istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmiş, ərizəsini həmin hallara uyğun əsaslandırmamış, ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçıların hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçıların tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. MPM-in: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə araşdırması zamanı ərizəçi tərəf ərizəni sübut edə bilməmiş, ərizədə göstərilən faktlar öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişlər. Beləliklə, məhkəmə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Ərizəçi Mansır qızının maraqlı şəxslər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Maraqlı şəxs2 cəlb edilməklə “Vəliyeva (Mahmudova) Qənirə Mansır qızının heç bir dövlətin vətəndaşı olmamağı və 2004-cü idən Azərbaycan Respublikasında yaşamağı faktının müəyyən edilməsi” haqqında ərizəsi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Mansır qızının maraqlı şəxslər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Maraqlı şəxs2 cəlb edilməklə “Vəliyeva (Mahmudova) Qənirə Mansır qızının heç bir dövlətin vətəndaşı olmamağı və 2004-cü idən Azərbaycan Respublikasında yaşamağı faktının müəyyən edilməsi” haqqında ərizəsi təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumu Ərizəçi Mansır qızına aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar