Məhkəmə qərarları › İş №2(007)-3862/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3862/2021

30.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3862/2021 30.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “doğumun qeyd edilmə” faktı tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “doğumun qeyd edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onun XX.XX.1944-cü ildə Naxçıvan MR Şərur rayonu qeydiyyat şöbəsində doğumun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında X3 və ana qrafasında isə X4 qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, XX.XX.1944-cü ildə Naxçıvan MR Şərur rayonu, Şahtaxtı kəndində anadan olmuş və onun doğumu Naxçıvan MR Kəngərli rayon qeydiyyat şöbəsində qeyd edilmişdir. Bunu təsdiq edən doğum haqqında şəhadətnaməsi olsa da, doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Atası X3, anası isə X4 olmuşdur. Ata və anası vəfat etmiş və bunu təsdiq edən ölüm haqqında şəhadətnamələri vardır. Onun şəxsiyyətini təsdiq edən digər sənədləri və doğum haqqında şəhadətnaməsinin əsli vardır. Ərizəçi məxsus sənədlərdə onun XX.XX.1944-cü ildə Naxçıvan MR Şərur rayonu, Şahtaxtı kəndində anadan olmağı təsdiq edilir. Doğum haqqında şəhadətnamənin bərpa edilməsi üçün Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, Qeydiyyat Şöbəsi doğum akt qeydini bərpa etməkdən imtina etmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Ərizəçi və maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçı və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə edib, ərizəsinin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını xahiş etmişdir. O, qeyd etmişdir ki, məktəbdə, inistutda oxumuş, ona əsgərlik zamanı hərbi biletində istədiyi tarixi yaza biləcəkləri bildirilmişdir. Ona aid evdə sənəd yoxdur. O əlavə olaraq bacısı və qardaşının olduğunu, amma onların da doğum haqqında şəhadətnaməsinin olmadığını, sənədin onun oğlu üçün lazım olduğunu, anasının uşaq kitabçası olmadığını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş X5 şahid qismində ifadə verərək o, Ərizəçi bacısı olduğunu, 6 uşaq olduqlarını, ana və atasının rəsmi nikahda olduğunu, bacı və qardaşlarının Naxçıvan MR-nın Şərur rayonunun Şahtaxtı kənədində anadan olduqlarını, doğum şəhadətnaməsinin və valideyinlərinə aid sənədlərin olmadığını, doğum haqqında şəhadətnaməsinin olmadığından şəxsiyyət vəsiqəsində xx yazıldığını, atasının adı və soyadının X3, anasının adı və soyadının X4, babalarının adının isə Məşədihüseyn olduğunu, ailə qurduqdan sonra[z soyadını dəyişdiyini bildirmişdir. Məhkəmə ərizəçinin, vəkil və nümayəndəsinin izahatını, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1944-cü ildə Naxçıvan MR Şərur rayonu, Şahtaxtı kəndində anadan olmuşdur. - Naxçıvan MR Kəngərli rayonu Qeydiyyat Şöbəsinin 348 nömrəli Arayışından görünür ki, Ərizəçi Kəngərli rayonu Qeydiyyat Şöbəsində və arxivində doğum aktı qeydiyyatı tapılmamış, yoxlama 1941-1947-ci illər üzrə aparılmışdır. - Naxçıvan MR Dövlət Arxivinin 18.08.2021-ci il tarixli Arxiv arayışından görünür ki, Noraşen rayon ZDS İcraiyyə komitəsi- Qıvraq sovetliyi Şahtaxtı kolxozçularının 1935- 1936-cı illərə dair 21 nömrəli Təsərrüfatbaşına kitabında milliyyətçə türk olan mərhum X3 ailə başçısı kimi qeyd edilmişdir. - 6 Saylı Bakı “Asan Xidmət” X6 31.08.2021-ci il tarixli, 137 nömrəli Arayışından görünür ki, XX.XX.1944-cü il tarixdə Naxçıvan MR Şərur rayonu, Şahtaxtı kəndində anadan olmuş Ərizəçi evlidir, 3 övladı var. - Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinin X2 ünvanlanmış 03.09.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, doğum haqqında akt qeydinin bərpası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a uyğun olaraq aparılır. Bununla bağlı müvafiq sənədlər şöbəyə təqdim olunmadığına görə ərizəsinin icrası imkan xaricindədir. Məhkəməyə müraciət etməsi tövsiyyə olunur. - Azərbaycan Respublikası DİN-nin Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış 06.12.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Ərizəçi 14.04.2005-ci il tarixdə AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin arxivdə saxlanılma müddəti başa çatdığından müvafiq qanunvericiliyə uyğun olaraq tərəflərindən yandırılaraq məhv edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 4-cü bəndinə əsasən, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1-ci bəndinə əsasən, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi XX.XX.1944-cü ildə Naxçıvan MR Şərur rayonu, Şahtaxtı kəndində anadan olmuş və onun doğumu Naxçıvan MR Kəngərli rayon qeydiyyat şöbəsində qeyd edilmişdir. Atası X3, anası isə X4 olmuşdur. Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinin X2 ünvanlanmış 03.09.2021-ci il tarixli məktubunda doğum haqqında akt qeydinin bərpası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a uyğun olaraq aparıldığı, bununla bağlı müvafiq sənədlər şöbəyə təqdim olunmadığına görə ərizəsinin icrası imkan xaricində olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuş, hazırda ərizəçi doğum haqqında şəhadətnaməsini ala bilmədiyindən, doğumun qeyd edilməsi faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədləri başqa qaydada əldə etməsi qeyri-mümkündür. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, Ərizəçi XX.XX.1944-cü ildə Naxçıvan MR Şərur rayonu, Şahtaxtı kəndində anadan olduğu müəyyən edilsə də, Naxçıvan MR Kəngərli rayonu Qeydiyyat Şöbəsinin 348 nömrəli Arayışında 1941-1947-ci illər üzrə aparılmış yoxlamalardan Ərizəçi Kəngərli rayonu Qeydiyyat Şöbəsində və arxivində doğum aktı qeydiyyatının tapılmadığı görünür. Ərizəçi Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsindən X2 ünvanlanmış 03.09.2021-ci il tarixli məktubunda doğum haqqında akt qeydinin bərpası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a uyğun olaraq aparıldığı, bununla bağlı müvafiq sənədlər şöbəyə təqdim olunmadığına görə ərizəsinin icrası imkan xaricində olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə tədqiq edilmiş sənədlərlə isə ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi XX.XX.1944-cü ildə Naxçıvan MR Şərur rayonu qeydiyyat şöbəsində doğumun qeyd edilmə faktı müəyyən edilməli, onun doğum haqqında akt qeydi bərpa edilməli, doğum haqqında şəhadətnamədə ata qrafasında X3 və ana qrafasında isə X1 yazılmalıdır. Azərbaycan Respublikası MPM-nin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Məhkəmə qeyd edir ki, doğum haqqında yeni şəhadətnamənin verilməsinin Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə ayrıca qərar qəbul edilməsi zərurəti yoxdur, hazırkı qətnamə sözügedən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq şəhadətnamənin verilməsi üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi XX.XX.1944-cü ildə Naxçıvan MR Şərur rayonu qeydiyyat şöbəsində doğumun qeyd edilmə faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. Doğum haqqında şəhadətnamədə ata qrafasında X3 və ana qrafasında isə X4 yazılsın. Hazırkı qətnamə vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar