Məhkəmə qərarları › İş №2(007)-3907/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3907/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3907/2021 11.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin yanvar ayında cavabdeh X4 tərəfindən, Almaniyadan buraxılış ili 2013cü il , 3 motor dizel “Range Rover" avtomobilini gətirəcəyi adı altında ondan alınmış 43500 manatın qaytarılmamış hissəsinin, 30000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2019-cu ilin son aylarında, kirvəsi Elçin Hacıyevin vasitəçiliyi ilə, Almaniyadan Azərbaycana müxtəlif markalı avtomobilləri gətirib satmaqla məşğul olan şəxs kimi tanış olmuşdur. 2020-ci ilin yanvar ayında xaricdən özünə sərfəli qiymətə avtomobil gətizdirmək istədiyindən, həmin məqsədlə Cavabdeh müraciət etmiş, bu zaman aralarında baş tutmuş razılaşmaya əsasən Cavabdeh bir ay müddətində Almaniyadan ona qiyməti 60000 ABŞ dolları olan, buraxılış ili 2013-cü il, 3 motor dizel “Range Rover” markalı avtomobilini gətirməyə söz verdiyindən, 2020-ci ilin yanvar ayı ərzində onun tərəfindən hissə-hissə olmaqla Cavabdeh 43500 manat məbləğində pul vəsaiti verilmişdir. Həmçinin, onların aralarında baş tutmuş razılaşmaya görə Cavabdeh qeyd edilən avtomobili iddiaçıya gətirdikdən sonra iddiaçı tərəfindən həmin avtomobil banklardan birinə girov qoyulmaqla, bankdan kredit götürülərək avtomobilə görə qalıq borc da hesablanaraq Cavabdeh ödənilməli idi. 2020-ci ilin mart ayında, razılaşdıqları avtomobili Almaniyadan tranzit nömrələrlə Bakı şəhərinə gəlirib İddiaçı təhvil verən Cavabdeh cəmi bir neçə gün ərzində həmin avtomobili onun adına rəsmiləşdirəcəyi barədə ona söz versə də, 3 gün sonra o, iddiaçıya avtomobilin sənədlərində problemlərin yarandığını və qısa bir zamanda Almaniyadan ona həmin avtomobillə eyni parametrlərdə olan başqa bir avtomobili gətirəcəyinə dair söz verərərək, öz tanışını onun yanına göndərmiş və avtomobili ona verməyini İddiaçı xahiş etmişdir ki, İddiaçı tərəfindən həmin avtomobil Cavabdeh göndərdiyi şəxsə verilmişdir. Lakin sonradan Cavabdeh söz verdiyi avtomobili ona gətirmədiyindən və həmçinin, ondan aldığı 43500 manat məbləğində pul vəsaitini də ona geri qaytarmadığından məsələ ilə bağlı onlar tərəfindən müvafiq dövlət orqanlarına şikayət ərizələri ilə müraciətlər edilmişdir ki, şikayətləri üzrə Cavabdeh tərəfindən pul vəsaitlərinin ələ keçirməsi faktına görə Bakı şəhəri Xətai rayon prokuroru tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılaraq, istintaqın aparılması üçün Bakı şəhəri Xətai RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. İş Bakı şəhəri Xətai RPİ-nin İstintaq şöbəsində araşdırılan zaman Cavabdeh avtomobil gətirəcəyi adı altında iddiaçıdan aldığı 43500 manatdan cəmi 13000 manatını hiss-hissə olmaqla (3000-3000-2000+5000) ona geri qaytarsa da, o, öz izahatında guya pulun qalıq 30000 manatnıdan əvvəllər, ayrı-ayrı vaxtlarda və baqa-başqa məkanlarda hissə-hisə olmaqla, hansısa ümumiyyətlə şəxsiyyəti ona məlum olmayan şəxslərin yanında daha 12500 manatını iddiaçıya və anası X2 qaytardığı və guya onun hazırda hənin puldan iddiaçıya cəmi 17500 manat borcunun qaldığı barədə müxtəlif xarakterli məntiqsiz uydurmalar gətirərək cinayət məsuliyyətindən də yayına bilmişdir. Halbuki Cavabdeh avtomobil gətirəcəyi adı altında ondan aldığı 43500 manatdan iş istintaq şöbəsində araşdırılan zaman hissə-hissə qaytarmış olduğu 13000 manatdan başqa heç bir məbləğdə pul vəsaitini nə ona, nə də ki, anası Nərgiz Əhmədovaya qaytarmamış, izahatında qeyd etdiyi şəxslərlə də əvvəllər heç zaman və heç bir yerdə qarşılaşmamıdır. Məsələ ilə bağlı çoxsaylı şikayətlərə əsasən iş üzrə 2 dəfə Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsində araşdırılmalar aparılmış və məsələnin mülkihüquqi xarakterli olması müəyyən edilərək, 10 mart 2021-ci il tarixli və 24 avqust 2021-ci il tarixli "Cinayət işi üzrə icraata xitam verilməsi haqqında ” Qərarlar qəbul edilmişdir. İddiaçı hesab edir ki, yuxarıda qeyd edilən bütün həqiqi-faktiki və diqqətəlayiq halları məhkəmədə nəzərə alınmalı və avtomobil gətirəcəyi adı altında Cavabdeh tərəfindən ondan alınmış 43500 manatın qaytarılmamış hissəsi, 30000 manat məbləğində pul vəsaitininin Cavabdeh olğlundan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X5 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O bildirdi ki, Cavabdeh mart ayında avtomobili gətirmiş və iddiaçıya avtomobili təhvil vermiş və həmin avtomobil 3 gün iddiaçıda qalmış, bundan sonra cavabdeh iddiaçıya həmin avtomobilin sənədlərində problem olduğunu və avtomobili qaytarmasını və yolda eyni maşından gəldiyini və gələn kimi həmin avtomobili ona verəcəyini bildirmiş, sonradan cavabdeh avtomobilin Türkiyədə qaldığını bildirmişdir. Həmçinin o, cavabdehin 12 ABŞ dollarını və 9000 manatı iddiaçıya ödədiyini bildirdiyini, lakin bununla bağlı heç bir sübutu olmadığını, cavabdehin iddiaçıya 15000 manat vəsait qaytarmasını qalan vəsaitin qaytarılmamasını bildirdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin polis şöbəsində ona 2000 manat vəsait, ümumilikdə ona 43500 manat vəsaitdən 15000 manat qaytarmış, həmin vəsaitdən iddiaçıya cavabdehin 28500 manat ödənilməmiş borcu qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 19 mart 2021-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru X3 icraatında olan İddiaçı Cavabdeh tərəfindən aldadılaraq Almaniyadan avtomobil gətizdirmək adı ilə 43500 manat pulunun ələ keçirilməsi faktına görə ********* nömrəli cinayət işinə baş vermiş hadisədə cinayət hadisəsinin olmamasına görə xitam verilmişdir. - 24 avqust 2021-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru X3 icraatında olan İddiaçı Cavabdeh tərəfindən aldadılaraq Almaniyadan avtomobil gətizdirmək adı ilə 43500 manat pulunun ələ keçirilməsi faktına görə ********* nömrəli cinayət işinə baş vermiş hadisədə cinayət hadisəsinin olmamasına görə xitam verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 2013-cü il, 3 motor dizel “Range Rover” markalı avtomobilə görə Cavabdeh 43500 manat məbləğində pul vəsaiti verilmişdir. Həmin vəsaitdən cavabdeh tərəfindən iddiaçıya hissə-hissə olmaqla ümumilikdə 15000 manat vəsait qaytarılmış, 28500 manat vəsait isə qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini qaytarmağı öhdəsinə götürür; 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı Vəlı̇ xan oğlunun xeyrinə 28500 (iyirmi səkkiz min beş yüz) manat vəsait tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə aid olan İddiaçı Vəlı̇ xan oğlu tərəfindən ödənilmiş 30 manat vəsaitin əvəzi Şı̇ rəlı̇ yev Orxan Nazim oğlundan tutularaq İddiaçı Vəlı̇ xan oğluna ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Şı̇ rəlı̇ yev Orxan Nazim oğlundan İddiaçı Vəlı̇ xan oğlunun xeyrinə 28500 (iyirmi səkkiz min beş yüz) manat vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Vəlı̇ xan oğlu tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Şı̇ rəlı̇ yev Orxan Nazim oğlundan tutularaq iddiaçıya ödənilsin. Şı̇ rəlı̇ yev Orxan Nazim oğlundan dövlət rüsumuna görə iddiaçı tərəfindən ödənilmiş 30 manat vəsaitin əvəzi İddiaçı Vəlı̇ xan oğlunun xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə BakıApellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar