Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3911/2021 17.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı X5, Cavabdeh, Cavabdeh X3 (videokonfrans vasitəsi ilə) iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı "yaşayış sahəsinə olan istifadə hüququnun itirilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı "yaşayış sahəsinə olan istifadə hüququnun itirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsi, 11 saylı ev onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun oğludur. Oğlu öz ailəsi ilə birlikdə başqa ünvanda yaşayır. Cavabdeh X7 onun nəvəsidir. Nəvəsi 2019-cu il tarixdə türk vətəndaşı ilə ailə quraraq Türkiyəyə köçmüşdür. Cavabdehlərin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaları səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərancam vermək hüquqları məhdudlaşdırılır. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsini, cavabdehlər Cavabdeh və X2 Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsi, 11 saylı evdən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X9 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini, iddiaçıdan kompensasiya tələb etmədiyini və hazırda başqa ünvanda ailəsi ilə birlikdə yaşadığını bildirərək, məhkəməyə eyni məzmunlu ərizə təqdim etdi. Cavabdeh X4 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Lakin məhkəmənin təşəbbüsü ilə cavabdehlə məhkəmənin baxış iclasında Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 6 saylı iclas zalında, mobil telefonla cavabdeh X7 ilə əlaqə yaradılaraq videokonfrans keçirilmişdir. Videokonfrans zamanı cavabdeh X1 Respublikasının vətəndaşı ilə ailə quraraq Türkiyə Respublikasında yaşadığı üçün məhkəmə iclasına gələ bilmədiyini bildirmişdir. Cavabdeh X7 videokonfransla izahat verərək iddia tələbini qəbul etdiyini və iddiaçıdan kompensasiya tələb etmədiyini bildirmişdir. Eyni zamanda iddia tələbini qəbul etməsi və yaşayış sahəsinə olan istifadə hüquququnun itirilməsinə etiraz etmədiyinə dair notarial qaydada təsdiq və apostol olunmuş ərizə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin Maddə 10-2. maddəsinə əsasən: 10-2.1. Məhkəmə aşağıdakı hallarda məhkəmə icraatını işdə iştirak edən şəxsin, onun nümayəndəsinin (qanuni nümayəndəsinin), vəkilin, şahidin, ekspertin, mütəxəssisin, tərcüməçinin məhkəmənin iclas zalında bilavasitə iştirakı olmadan videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirə bilər: 10-2.1.1. işdə iştirak edən şəxslər, onların nümayəndələri (qanuni nümayəndələri), vəkil, şahid, ekspert, mütəxəssis, tərcüməçi ölkədən kənarda və ya ölkə daxilində başqa şəhərdə (rayonda) olmaqla, üzrlü səbəbdən onların məhkəmə iclasında şəxsən iştirak etməsi mümkün olmadıqda; 10-2.2. Məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi üçün məhkəmə öz təşəbbüsü ilə və yaxud tərəflərin əsaslandırılmış vəsatəti əsasında müvafiq qərardad qəbul edir. 10-2.3. Məhkəmə icraatı videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirildikdə tətbiq edilən texniki vasitələr səsin və görüntünün keyfiyyətini və real vaxt rejimində məhkəmə iclas zalına ötürülməsini, icraatın aşkarlığı və digər əsas prinsip və şərtlərinə riayət edilməsini, habelə informasiya təhlükəsizliyini təmin etməlidir. 10-2.4. Videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilən məhkəmə iclaslarının və prosessual hərəkətlərin videoyazısı aparılmalı, videoyazıya uyğun olaraq protokol tərtib edilməli və videoyazı elektron daşıyıcıda işə əlavə edilməlidir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Huquqlarının Qeydiyyatı İdarəsinin FM seriyalı, 020718 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsi, 11 saylı ev xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə 242 saylı reyestr kitabında 16409 səhifədə 30/6725 nömrəsi ilə 10.04.2003-cü il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan cavabdeh X7 tərəfindən 17.11.2021-ci tarixdə məhkəməyə daxil olan ərizəsindən görünür ki, o, iddianı qəbul edir və istifadə hüququnun itirilməsinə etiraz etmir. Türkiyə vətəndaşı ilə ailə quraraq Türkiyə Respublikasında yaşayır. İş materiallarında olan Cavabdeh tərəfindən 29.09.2021-ci il tarixdə məhkəməyə daxil olan ərizəsindən görünür ki, o, iddianı qəbul edir, kompensasiya tələb etmir və istifadə hüququnun itirilməsinə etiraz etmir. Məhkəmə iclası zamanı, cavabdehlər ayrı ayrılıqda iddianı qəbul etdiklərini, kompensasiya tələb etmədiklərini, hazırda özlərinin başqa ünvanda yaşadıqlarını eləcə də istifadə hüququnun itirilməsində maraqlı olduqlarını bildirdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə cavabdehlərin iddianı etiraf etmələrini qəbul edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh və X7 Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsi, 11 saylı evə dair olan istifadə hüququ itirilməli, məhkəmə xərcləri iddiaçı X8 aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh və X7 Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsi, 11 saylı evə dair olan istifadə hüququ itirilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-3911/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3911/2021
17.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver