Məhkəmə qərarları › İş №2(007)-3915/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3915/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3915/2021 07.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı Əhmədova Rahı̇ lə Hüseyn qızının iştirakı ilə, İddiaçı Əhmədova Rahı̇ lə Hüseyn qızının Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əhmədova Rahı̇ lə Hüseyn qızı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3500 (üç min beş yüz) manat vəsaitin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Əhmədova Rahı̇ lə Hüseyn qızı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Füzuli rayonunun Horadiz şəhərində ticarətlə məşğul oluram, qızıl mağazası var. Cavabdeh X1 07.12.2019-cu il tarixdə ondan dəyəri 4000 manat olan qızıl almışdır. O, qəbz yazaraq dekabrın 30-na kimi gücü çatdığı qədər yəni 500 manat verəcəyini, qalan borcunu isə hissə-hissə ödəyəcəyini bildirmişdir. X2 500 manatı verdikdən sonra qalan borcundan bu günədək heç bir ödəniş etməmişdir. İddiaçı pulunu hal-hazıradək dəfələrlə Aysel Abdulayevadan istəmiş, ancaq o, hər dəfə bir bəhanə gətirərək pulu iddiaçıya verməmişidir. Ona görə də Əhmədova Rahı̇ lə Hüseyn qızı 3500 manat pulunun alınıb ona verilməsini istəyir. Məhkəmə iclasında iddiaçı Əhmədova Rahı̇ lə Hüseyn qızı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O həmçinin bildirmişdir ki, cavabdeh iddiaçıdan ailəsində problemlər olduğu üçün 4000 manatlıq qızıl götürmüş, 500 manat pulu qaytarmış, borcu yanvar ayının 30-na kimi verəcəyini demiş, lakin verməmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 07.12.2019-cu ildə yazılmış və Cavabdeh tərəfindən imzalanmış əlyazmadan görünür ki, cavabdeh Əhmədova Rahı̇ lə Hüseyn qızına 4000 (dörd min) manat pul borclu olduğunu, dekabr ayının 30-na kimi gücü çatdığı qədər (heç olmasa 500 manat) verəcəyini, qalan 3500 manatın bir hissəsini yanvarın 30-na kimi ödəyəcəyini, borcu tam şəkildə fevralda ödəyib qurtaracağını qeyd etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Əhmədova Rahı̇ lə Hüseyn qızı Cavabdeh 4000 manat məbləğində qızıl əşya vermiş, daha sonra cavabdeh yazılı qəbz imzalayaraq borcu ödəyəcəyini bildirsə də borc məbləğini iddiaçıya tam məbləğdə ödəməmiş, 500 manat borcu ödəmiş, 3500 manat borcunu isə ödəməmişdir. Bununla da, iddiaçının məhkəməyə müraciət etməsi üçün əsasları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Əhmədova Rahı̇ lə Hüseyn qızı tərəfindən onlar arasındaki şifahi razılaşmaya görə 4000 (dörd min) manat məbləğində qızıl əşya alınmasına görə Əhmədova Rahı̇ lə Hüseyn qızına 3500 manat borcunu 2020-ci ilin fevral ayının sonuna kimi ödəyib qurtaracağına dair öhdəlik götürməsinə baxmayaraq, həmin razılaşma üzrə ödənişləri tam həyata keçirməmiş, borcunu ödəməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh üzərinə düşən öhdəliyini vaxtında icra etməmiş, iddiaçıdan almış olduğu qızıl əşyalara görə iddiaçıya yaranmış borcunu vaxtında qaytarmamış, bununla da aralarında bağlanmış razılaşmanın şərtlərini pozmuşdur. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh Əhmədova Rahı̇ lə Hüseyn qızının xeyrinə 3500 (üç min beş yüz) manat məbləğində vəsait tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, iddiaçının ödəməkdən azad olduğu 30 manat dövlət rüsumu rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Əhmədova Rahı̇ lə Hüseyn qızının xeyrinə 3500 (üç min beş yüz) manat məbləğində vəsait tutulsun. Cavabdeh 30 manat dövlət rüsumu rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar