Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3953/2021 19.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi X1, Cavabdeh (videokonfrans vasitəsilə) iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borc" tələbinə dair cavabdehdən 10500 manat məbləğində borcun, hüquqi xidmətə görə vəkilə ödənilmiş 200 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsümunun, cəmi 10730 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X5 ilə aralarında 04 noyabr 2020ci il tarixdə 50 saylı NK-da bağlanaraq təsdiq edilmiş kredit müqaviləsinə əsasən 04 fevral 2021-ci il tarixədək qaytarmaq şərti ilə cavabdehə faizsiz 6000 manat kredit verilmişdir. Daha sonra isə yəni 25 dekabr 2020-ci il tarixdə 50 saylı NK-da bağlanaraq təsdiq edilmiş kredit müqaviləsinə əsasən 25 fevral 2021-ci il tarixədək qaytarmaq şərti ilə cavabdehə faizsiz 4500 manat kredit verilmişdir. Borcunun ümumi məbləği 10.500 manat təşkil etmişdir. Cavabdeh İddiaçı aldığı kredit müqavilələrinin şərtlərində göstrilən vaxtdan uzun müddət keçməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr altında borc aldığı pulu ödəməkdən yayınmışdır. Qeyd olunanlara əsasən Cavabdeh 10.500 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 08 oktyabr 2021-ci il tarixdə poçt vasitəsilə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh günahı üzündən aralarında baş vermiş mübahisənin həll edilməsi üçün Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili X3 ilə hüquqi xidmətin göstərilməsinə görə 200 manat məbləğində müqavilə bağlamışdır. Bundan başqa onun tərəfindən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hesabına 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq 16 sentyabr 2019-cu il tarixli iddia ərizəsində tələb edilən 10.500 manat borc pulun Cavabdeh alınaraq ona verilməsi, eləcə də Cavabdeh qanunsuz hərəkətləri (günahı) üzündən hüquqi xidmətə görə 6 saylı Vəkil bürosunun vəkili X2 hesabına ödənilən 200 manat və Bakı Şəhər Nizami Rayon Məhkəməsinin hesabına ödənilən 30 manat, cəmi 10.730 manat pulun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbinin məzmununa uyğun izahat verərək, bildirdi ki, tərəflər arasında iki müqavilə bağlanılıb. İki müqavilə üzrə birlikdə cavabdehin 10.500 manat borcu yaranmışdır. Cavabdehin hazırda FHN-də xilasedici vəsifəsində işlədiyini və borcunu qaytarması üçün maddi imkanının olmasını bildirərək iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin məhkəmənin təşəbbüsü ilə cavabdehlə məhkəmə iclas zamanı Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 5 saylı iclas zalında, mobil telefon vasitəsi ilə Cavabdeh ilə əlaqə yaradılaraq videokonfrans keçirilmişdir. Mülki Prosessual Məcəllənin 10-2. maddəsinə əsasən: 10-2.1. Məhkəmə aşağıdakı hallarda məhkəmə icraatını işdə iştirak edən şəxsin, onun nümayəndəsinin (qanuni nümayəndəsinin), vəkilin, şahidin, ekspertin, mütəxəssisin, tərcüməçinin məhkəmənin iclas zalında bilavasitə iştirakı olmadan videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirə bilər: 10-2.1.1. işdə iştirak edən şəxslər, onların nümayəndələri (qanuni nümayəndələri), vəkil, şahid, ekspert, mütəxəssis, tərcüməçi ölkədən kənarda və ya ölkə daxilində başqa şəhərdə (rayonda) olmaqla, üzrlü səbəbdən onların məhkəmə iclasında şəxsən iştirak etməsi mümkün olmadıqda; 10-2.1.5. məhkəmə icraatının lüzumsuz uzadılmasının qarşısının alınması məqsədilə digər hallarda. 10-2.2. Məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi üçün məhkəmə öz təşəbbüsü ilə və yaxud tərəflərin əsaslandırılmış vəsatəti əsasında müvafiq qərardad qəbul edir. 10-2.3. Məhkəmə icraatı videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirildikdə tətbiq edilən texniki vasitələr səsin və görüntünün keyfiyyətini və real vaxt rejimində məhkəmə iclas zalına ötürülməsini, icraatın aşkarlığı və digər əsas prinsip və şərtlərinə riayət edilməsini, habelə informasiya təhlükəsizliyini təmin etməlidir. 10-2.4. Videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilən məhkəmə iclaslarının və prosessual hərəkətlərin videoyazısı aparılmalı, videoyazıya uyğun olaraq protokol tərtib edilməli və videoyazı elektron daşıyıcıda işə əlavə edilməlidir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin vidiokonfrans vasitəsi ilə iştirakının baxılmasını mümkün hesab etmişdir. Videokonfrans vasitəsi ilə verdiyi izahatında Cavabdeh işdə olduğu üçün məhkəmə iclasına gələ bilmədiyini bildirmişdir. Cavabdeh ilə notariat orqanında müqavilə bağladığını və ona 10500 manat borcu olduğunu etiraf edərək iddia tələbini qəbul etdiyini və yaxın günlərdə borcu hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 noyabr 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı 04 noyabr 2020-ci il tarixdə Cavabdeh 6000 manat məbləğində pul vermişdir. Müqavilənin bitmə tarixi 04 fevral 2021-ci il müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25 dekabr 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı 25 dekabr 2020-ci il tarixdə Cavabdeh 4500 manat məbləğində pul vermişdir. Müqavilənin bitmə tarixi 25 fevral 2021-ci il müəyyən edilmişdir. İş materiallarında olan 13 sentyabr 2021-ci il tarixli TT**********527200 saylı qəbzdən görünür ki, İddiaçı 6 saylı Vəkil Bürosu ilə hüquqi yardım göstərilməsi barədə 1602 saylı müqavilənin bağlanması üçün 200 manat məbləğində pul ödəmişdir İş materiallarında olan 13 sentyabr 2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı Bakı Şəhər Nizami Rayon Məhkəməsinin hesabına 30 manat dövlət rüsumunun ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göründüyü kimi Cavabdeh məhkəmə iclasında verdiyi izahatında ona qarşı verilmiş iddianı tam qəbul etdiyini bilbirmişdir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək, cavabdehin iddianı etiraf etməsini təsdiq edərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 04 noyabr 2020-ci il tarixdə 50 saylı Notariat Kontorunda bağlanmış kredit müqaviləsi üzrə 6000 manat, 25 dekabr 2020-ci il tarixdə 50 saylı Notariat Kontorunda bağlanmış kredit müqaviləsi üzrə 4500 manat, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 200 manat və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu, cəmi 10.730 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 04 noyabr 2020-ci il tarixdə 50 saylı Notariat Kontorunda bağlanmış kredit müqaviləsi üzrə 6000 manat, 25 dekabr 2020-ci il tarixdə 50 saylı Notariat Kontorunda bağlanmış kredit müqaviləsi üzrə 4500 manat, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 200 manat, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 10.730 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-3953/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3953/2021
19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver