Məhkəmə qərarları › İş №2(007)-3969/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3969/2024

06.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3969/2024 06.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “mülkiyyət hüquqlarının məhdudlaşdırılması, mənzilin sökülməsi və kirayə haqqı” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “mülkiyyət hüquqlarının məhdudlaşdırılması, mənzilin sökülməsi və kirayə haqqı” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 12 saylı evin 4 saylı mənzilinə, Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 12 saylı evin 6 saylı mənzilinə və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 12 saylı evin 12 saylı mənzilinə dair mülkiyyət hüququnun 02 il müddətinə məhdudlaşdırılması, həmin mənzillərin boşaldılaraq sökülməsi, Nazirlər Kabinetinin qərarına uyğun olaraq həmin binanın yerində tikiləcək, yeni yüksək mərtəbəli, müasir yaşayış binasında kompensasiya qismində cavabdehlərə mülkiyyətlərində olan mənzillərin ümumi sahəsindən 20% artıq sahəsi olan yeni, tam təmirli müvafiq mənzillər verilməsi və cavabdehlərin yeni yaşayış binası tikilinədək müvəqqəti olaraq yaşadıqları əraziyə yerdə kirayədə yaşamaları üçün hər ay 500 manat kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq :

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

3. “Dövlət rüsumu haqqında” Qanun :

8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir.

Məhkəmənin mövqeyi :

4. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

5. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, o cümlədən iddiaçının tələbinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir.

6. İddia ərizəsi öyrənilərkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar göstərilməmişdir. Bu səbəbdən cavabdehin şəxsiyyətini müəyyən etmək tərəfimizdən mümkün olmamışdır. Cavabdehin şəxiyyətinin müəyyən edilməsi isə mümkün olmadığından iddia tələbinin yönəldiyi şəxslərin yaşayıb-yaşamamasını müəyyən edilə bilməmişdir.

7. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçının hazırki iddia tələbinin əsasını Nazirlər Kabinetinin qərarına əsasən cavabdehlərə məxsus mənzillərin sökülərək, yerində yeni yaşayış binalarının tikilməsi, buna görə də cavabdehlərin onlara məxsus mənzillərə olan mülkiyyət hüququnun məhdudlaşdırılması təşkil edir. Lakin iddiaçı tərəfindən iddia tələbinin faktiki əsasını təşkil edən mənzillərin cavabdehlərə məxsus olmasına dair sübutlar iş materiallarına əlavə edilməmişdir. Halbuki mülki prosesual qanunvericiliyə əsasən iddiaçının ilk vəzifəsi iddia tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməkdir.

8. Belə ki, iş materiallarına bir ədəd RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 12, mənzil 4 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur. İddiaçı isə iddia ərizəsində Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 16, 8 saylı mənzilin məxsus olduğunu qeyd etmişdir. Həmçinin iddia ərizəsində qeyd edilən digər mənzillərin cavabdeh qismində cəlb edilmiş şəxslərin mülkiyyətində olub-olmamasını təsdiq edən sənəd əlavə edilməmişdir.

9. Belə ki, iş üzrə iddiaçı tərəfindən cavabdeh qismində X1 cəlb edilsə də, onun şəxsiyyətini müəyyənləşdirməyə imkan verən eyniləşdirmə məlumatları göstərilmişdir 8. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

Nəticə :

10. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “mülkiyyət hüquqlarının məhdudlaşdırılması, mənzilin sökülməsi və kirayə haqqı” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.

11. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC VÖEN: **********; qəbzin nömrəsi :**********; tarix:xx.xx.2024, saat:10:12) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.

12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “mülkiyyət hüquqlarının məhdudlaşdırılması, mənzilin sökülməsi və kirayə haqqı” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC VÖEN: **********; qəbzin nömrəsi:**********; tarix:xx.xx.2024, saat:10:12) dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın İddiaçı-yə göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar