Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3979/2021 23.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunu katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı X2 Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı X8 Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindəki 72 saylı evin 60 saylı mənzil 13.12.1965-ci il tarixli 40648 saylı Orderlə onun nənəsi X5 verilib. X10 25.09.1993-cü il tarixində vəfat edib. X6 vəfat edib. Mübahisəli mənzil 31.10.1997-ci il tarixli, maraqlı şəxs 57 saylı MİS-in Forma-2 arayışı, bir neçə şəxsin razılıq ərizələri, X3 ölüm haqqında şəhadətnaməsinə əsasən 02.12.1997-ci il tarixində mərhum X11nun adına qeydiyyatdan keçib və hal-hazırda isə onun oğlu Cavabdeh mülkiyyətindədir. X11 03.08.2007-ci il tarixində Bakı şəhərində vəfat edib. Bu kimi hallar maraqlı şəxs DƏDRX -nin 1 saylı Ərazi İdarəsinin məktubu ilə məlum olub. O, hələ də elə bilirdim ki, mübahisəli mənzil nənəsi Quliyeva Məryəmın adınadır.Cavabdeh mərhum X16 oğludur, o, isə X4 oğludur. X15 da X4 qızıdır. Mübahisəli mənzil dövlət qeydiyyatına alınarkən X4 digər övladları nəzərə alınmayıb və onların vərəsəlik hüquqları kobud şəkildə pozulub. Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinə əsasən Dövlət vərəsəlik hüququna təminat verir. 01 mart 1965-ci ildən 01 sentyabr 2000-ci il tarixindək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 532-ci maddəsinin tələbinə görə qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (övladlığa götürülənlər), arvad (ər), ölənin valideynləri birinci növ vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun, onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər payı alırlar. 01 sentyabr 2000-ci il tarixindən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 -ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mənim nənəm X7 məxsus ünvan 1 ünvanında yerləşən mənzil qanunsuz olaraq X11nun adına rəsmiləşdirilib və hazırda da onun oğlu Cavabdeh mülkiyyətindədir.Nənəsindən qalan mübahisəli mənzil yenidən onun mülkiyyətinə qaytarılmalı və qanuni əsaslarla notariat ofisində vərəsəlik işi açılmalı və onun vərəsələri müəyyən edilməklə pay almalıdırlar. Məlumat üçün bildirirəm ki, nənəsinin vərəsəlik işi Bakı şəhərində notariat ofisində açılıb və vərəsələri digər əmlak üzrə müəyyən edilib və adiyyatı üzrə şəhadətnamə təqdim edilib. Əlavə olaraq bildirir ki, cavabdeh mübahisəli mənzildə yaşayır.Qeyd olunanlara əsasən X16 adına Bakı şəhəri Nizami rayonu, B.Nuriyev küçəsindəki 72 evin 60 saylı mənzilinə dair verilmiş ********** saylı 18.02.2020-ci il tarixli şıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh iddianı qəbul etmədi və izahat verərək göstərdi ki,iddia tələbi tamamilə əsassızdır. Belə ki, sözü gedən əmlak order əsasında onun atasına verilib. Bəli, həmin orderdə Maral Quliyeva, Məleykə Quliyeva, Məryəm Quliyeva və onun istifadə hüquqları qeydə alınıb,lakin həmin şəxslərin mülkiyyətinə dair hər hansı bir sənəd verilməyib. Odur ki, qeyd olunanları nəzərə alıb, xahiş edir ki, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarasınız. Məhkəmə itərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən verilmiş 0209.2019-cu il tarixli məktubun məzmunundan görünür ki, Bakı şəhəri Nizami rayonu, B.Nuriyev küçəsindəki 72 evin 60 saylı mənzili13.12.1965-ci il tarixli 40648 saylı orderə,57 saylı MİS tərəfindən verilmiş 31.12.1965-ci il tarixli 1082 saylı Forma-2 arayışına,X13,X9, Cavabdeh,X14 razılıq ərizələrinə,X3 ölüm haqqında şəhadətnaməsinə əsasən X16 adına mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən verilmiş********** saylı 18.02.2020-ci il tarixli şıxarışdan görünür ki, Bakı şəhəri Nizami rayonu, B.Nuriyev küçəsindəki 72 evin 60 saylı mənzilnə Cavabdeh qeydiyyat hüququ 18.02.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. Ölüm haqqında şəhadətnanədən görünür ki, X12 25.09.1993-cü il tarixdə vəfat etmişdir. Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasnirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. İşin hallarından görünür ki, Bakı şəhəri Nizami rayonu, B.Nuriyev küçəsindəki 72 evin 60 saylı mənzili 13.12.1965-ci il tarixli 40648 saylı orderə,57 saylı MİS tərəfindən verilmiş 31.12.1965-ci il tarixli 1082 saylı Forma-2 arayışına, X13, X9, Cavabdeh, X14 razılıq ərizələrinə, X4 ölüm haqqında şəhadətnaməsinə əsasən X16 adına mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qeydiyyata alınmışdır. Göründüyü kimi, X12(iddiaçının nənəsi) ölən tarixdə Bakı şəhəri Nizami rayonu, B.Nuriyev küçəsindəki 72 evin 60 saylı mənzili onun mülkiyyətində olmamışdır.Belə olan halda həmin mənzil X1 miras qalmış əmlak kimi səciyyələndirilə bilməz. Mənzil hazırkı iş üzrə cavabdehin atası X16 mülkiyyətində olmuş,daha sonra isə Cavabdeh Nalik oğlunun mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsaslandırdığı halları sübuta yetirməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Məhkəmə hesab edir ki,iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.Belə ki, qeyd olunan əqdin etibarsızlığı və ya ləğvi üçün əsas olan hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının təqdim etdiyi sübutlar əsaslı şübhədən kənar sübutlar deyil və iddiaçının öz tələblərini isbat etməsi üçün kifayət etmir.Ona görə də iddia təmin oluna bilməz. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki,iddiaç bu iddia tələbləri üzrə subyektiv hüquqa malik olmadığından və qeyd olunan iddia tələbləri əsassız olduğundan təmin olunmamalıdır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı X2 Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-3979/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3979/2021
23.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver