Məhkəmə qərarları › İş №2(007)-3985/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3985/2025

23.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3985/2025 23.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: Ərizə və onun əsaslandırıldığı hallar: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” haqqında ərizə və ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsi, xx.xx.2020-ci il tarixdə dünyaya gələn Zəhra adlı qızının Bakı şəhərində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxx 1986-cı il tarixdə doğulmuş, 07 oktyabr 2005-ci il tarixdə X17 ilə rəsmi nikaha daxil olmuş və nikahların Bakı şəhəri Nizami rayon VVADQ şöbəsində rəsmləşdirmişdir. Birgə nikahdan 26 sentyabr 2005-ci il tarixdə X19, 28 dekabr 2006-cı il tarixdə X14, 05 oktyabr 2010-cu il tarixdə X15 və 20 iyun 2020-ci il tarixdə X18 adlı dörd uşağı doğulmuşdur. X18 maddi cəhətdən imkanı olmadığı üçün ev şəraitində dünyaya gəlmişdir. Zəhranın evdə doğulmasını şahidlər də təsdiq edirlər. X18 “Bakı Baş Səhiyyə Mərkəzi" X25 7 saylı Uşaq Poliklinikasında tibbi qeydiyyatdadır və halhazırda sağlamdır. “Bakı Baş Səhiyyə Mərkəzi" X25 7 saylı Uşaq Poliklinikası tərəfindən verilmiş arayışdan da görünür ki, xx.xx.2020-ci il tarixdə doğulmuş X2. Uşağa doğum haqqında şəhadətnamə almaq üçün o, 5 saylı Bakı “Asan Xidmət" Mərkəzində Qeydiyyal şöbəsinə müraciət etmişdir. Lakin 5 saylı Bakı “Asan Xidmət" Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən ona 03 may 2024-cü il tarixli, 3-16-5/8-10-/-655/2024 nömrəli imtina məktubu verilərək göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarına əsasən təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nın doğumun qeydə alınması bölməsinin 2.5.4-cü bəndinə əsasən uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmadığına görə doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət olunmalıdır. O da məcburiyyət qarşısında qalaraq uşağın hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Eyni zamanda uşağın evdə doğulmasını X4 məhkəmə iclasında təsdiq edəcəkdir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, qızı 20 iyun 2020-ci il təvəllüdlü X18 ev şəraitində dünyaya gəldiyi üçün ona doğum haqqında şəhadətnamə ala bilməmişlər. Ona doğum zamanı bacısı kömək etmiş, X26 gəlməmişdir. Digər övladlarının doğum haqqında şəhadətnaməsi var, övladlarının ən böyüyü olan oğlu hal-hazırda hərbi xidmətdədir. Məhkəmə iclasında “Whatsapp” tətbiqi vasitəsilə dindirilmiş X3 şahid qismində ifadə verərək göstərdi ki, ərizəçinin hamiləlik dövrünü görmüş, lain doğum zamanı onun yanında olmamışdır. Həmin vaxt X26ın gəlməsi ilə bağlı məlumatı yoxdur. Zəhra təxminən 6 il əvvəl, gecə radələrində anadan olmuşdur. O, bundan səhər məlumatlı olmuş və gedib uşağı görmüşdür. Onun qızı ərizəçinin ikinci qız övladı ilə eyni yaşdadır və tez-tez gedib Zəhranı oynadırdı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olanda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak etmiş X4 şahid qismində ifadə verərək göstərmişdir ki, ərizəçi onun doğma bacısıdır. Zəhranın sancıları tutmuş, xəstəxanaya çatdıra bilmədikləri üçün o, Zəhranın doğumuna kömək etmişdir. Zəhra 5 il bundan əvvəl yay vaxtı, gecə saat 3-4 radələrində doğulmuş, həmin vaxt bacısı Aygün də evdə yatmışdır. X26 gələndə uşaq doğulmuş, X26 uşağın sağlam olmasını bildirmişdir. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı, 182406 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməsinin surətindən görünür ki, X17 və Ərizəçi xx.xx.2005-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 761 nömrə ilə qeyd edilmişdir. - AZ İ seriyalı 677593 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 26 sentyabr 2005-ci il tarixdə, Bakı şəhərində doğulmuşdur. X5, anası Ərizəçidır. - AZ İİİ seriyalı 061856 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 28 dekabr 2006-cı il tarixdə, Bakı şəhərində doğulmuşdur. X5, anası Ərizəçidır. - AZ İİ seriyalı 500805 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 05 oktyabr 2010-cu il tarixdə, Bakı şəhərində doğulmuşdur. X5, anası Ərizəçidır. - “Bakı Baş Səhiyyə Mərkəzi" X25 7 saylı Uşaq Poliklinikasından görünür ki, xx.xx.2020-ci il doğum tarixli uşaq X18 7 nömrəli uşaq poliklinikasında qeydiyyatdadır. Halhazırda sağ-salamatdır. - Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti Başçısının X20 Ərazi Dairəsi üzrə X1 verilmiş 194 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X17, Ərizəçi, X19, X14, X15, X7, X4 Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi, 145/2 saylı evdə qeydiyyatdadır. - Maraqlı şəxs Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ərizəçi tərəfindən doğum haqqında müvafiq sənədlər təqdim edilə bilmədiyindən doğumun qeyd olunması mümkün olmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. - X3 tərəfindən yazılmış xx.xx.2026-cı il tarixli mülahizədən görünür ki, o, Ərizəçi qonşusudur, onu hamilə vaxtı görmüşdür. Ərizəçi gecə saatlarında uşağı dünyaya gətirmişdir. X26 gəlməsi yadında deyildir. Uşaq bu yaşına kimi gözünün önündə böyümüşdür. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci, 159.1-ci, 166.2-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.1-ci, 307.2.3-cü, 311-c madələrinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndinin müddəalarına əsasən, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi X17 ilə xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuş, həmin nikahdan 26 sentyabr 2005-ci il təvəllüdlü X19, 28 dekabr 2006-cı il təvəllüdlü X14, 05 oktyabr 2010-cu il təvəllüdlü X15 və 20 iyun 2020-ci il təvəllüdlü X18 adlı övladları anadan olmuşdur. Ərizəçi, həyat yoldaşı və uşaqları hazırda Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi, 145/2 saylı evdə qeydiyyatdadır və orada yaşayırlar. Ərizəçinin övladı 20 iyun 2020-ci il təvəllüdlü X11 doğumu bu günə qədər qeydə alınmamışdır. Ərizəçi uşağa doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmiş, lakin lazimi sənədlər təqdim edilmədiyindən qeydiyyat şöbəsi tərəfindən ona imtina məktubu təqdim edilmişdir. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndinə əsasən, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X11 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilməli, akt qeydləri kitabının ata adı qrafasında X17, milliyyəti azərbaycanlı, ana adı qrafasında Ərizəçi, milliyyəti azərbaycanlı göstərilməlidir. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X11 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilsin, akt qeydləri kitabının ata adı qrafasında X17, milliyyəti azərbaycanlı, ana adı qrafasında Ərizəçi, milliyyəti azərbaycanlı göstərilsin. Hazırkı qətnamə vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar