Məhkəmə qərarları › İş №2(007)-3991/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3991/2021

26.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3991/2021 26.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firidun oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə ilə İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Cavabdeh ilə 2 saylı Bakı «ASAN XİDMƏT» mərkəzinin Qeydiyyat şöbəsinə müraciət edərək 21 may 2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Müyyən sənədləşmə işləri üçün nikahlarını rəsmiləşmək mütləq idi. Lakin bir müddət sonra aralarında münaqişələr baş verdi, bununla da onlar münasibətlərini dayandırmaq qərarına gəldilər. Onlar bir ailə kimi yaşamamışlar, toyları, nişanları və el adəti ilə keçirilən digər adət ənənələri olmayıb. Onlar formal olaraq müəyyən sənədləşmə işləri ilə bağlı rəsmi nikah bağlamışlar, sonradan isə ailə münasibətlərinin qurulmasının mümkünsüz olduğunu görüb, formal nikahı etibarsız hesab etmək qərarına qəldilər.Qeyd olunanlara əsasən onunla Cavabdeh arasında 2 saylı Bakı «ASAN XİDMƏT» mərkəzinin Qeydiyyat şöbəsində 21 may 2021-ci il tarixli nikahın etibarsız hesab olunmasına dair qaətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etdi və izahat verərək göstərdi ki, həqiqətən də,el adəti ilə toy-nişan mərasimi olmayıb.Rəsmi nikah bağlasalar da, bir ailə kimi yaşamamışlar, birgə təsərrüfat aparmamışlar. Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edir ki, iddia tələbi təmin olunsun. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan AZİİ seriyalı,440124 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah 21 may 2021-ci il tarixdə 2 saylı Bakı «ASAN XİDMƏT» mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış 945 nömrə ilə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. İşin hallarından görünür ki,tərəflər rəsmi nikah bağlasalar da,onların ailə qurmaq məqsədləri olmamışdır.Məhkəmə işin bu halını,eləcə də cavabdehin iddianı qəbul etdiyini nəzərə alaraq hesab edir ki,iddia təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı ilə Cavabdeh arasında 21 may 2021-ci il tarixdə 2 saylı Bakı «ASAN XİDMƏT» mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış və 945 nömrə ilə qeydiyyatdan keçmiş nikah etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar