Məhkəmə qərarları › İş №2(007)-4000/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4000/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4000/2021 23.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı Məmmədova Esmı̇ ra Camal qızının, onun vəkili və nümayəndəsi X1, Cavabdeḣn iştirakı ilə, İddiaçı Məmmədova Esmı̇ ra Camal qızının Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədova Esmı̇ ra Camal qızı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrimə 35 000 (otuz beş min) AZN məbləğində pul vəsaitinin və onun tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh adına 2006-ci ildə Abşeron rayonu, Məhəmmədli qəsəbəsi ərazisində 15 sotdan ibarət olan torpaq sahəsi alınmışdır. Həmin torpaq sahəsinin üzərində yaşayış və qeyri yaşayış obyektlər tikilmişdir. Həmin torpaq alınan zaman onlar birgə yaşamışdırlar və bu torpağın alınmasında və obyektlərin tikilməsində Məmmədova Esmı̇ ra Camal qızının payı olmuşdur. Belə ki, o, həyətlərində olan təsərrüfat sahəsində daimi işləyib əldə etdiyi gəliri və atası tərəfindən verilən pul vəsaitini həmin torpağın alınmasına və obyektlərin tikilməsinə qoymuşdur. Hal-hazırda yuxarıda sözü gedən torpağın 1 sotunun qiyməti 5000 (beş min) manatdan ibarətdir. Həmin torpağın və üzərində olan tikililərin ən azı yarı hissəsi iddiaçının pulu ilə alındığı üçün cavabdeh tərəfindən ondan alınmış pul məbləği ona qaytarılmalıdır. Həmçinin o bildirdi ki, ona aid olan 35 000 (otuz beş min) manat 3 (üç) ildən çoxdur ki qanunsuz olaraq cavabdehdədir. Məhkəmə iclasında iddiaçı Məmmədova Esmı̇ ra Camal qızı iddia ərizəsinə dəqiqləşdirmə verərək, Cavabdehlə birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu ərazisində yeləşən JN-0670 KOD 30800108 saylı nömrə altında Dövlət Aktı ilə qeydiyyata alınmış 0,12 hektar torpağın ½ hissəsinin bölünərək Məmmədova Esmı̇ ra Camal qızına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, tərəfindən Cavabdeh qarşı “pul” tələbinə dair iddia verilmiş, birgə nikah dövründə əldə edilmiş əmlakın tələbindən irəli gələn iddia sənədi olmadığı səbəbindən “pul” tələbinə dair iddia olaraq verilmiş, lakin cavabdeh torpağın mülkiyyətinə aid olan sənədləri təqdim etdiyindən iddianın mahiyyətini dəyişdirilməsi zərurəti yaranmışdır. İddiaçı iddia mahiyyətini dəyişərək “birgə nikah dövründə əldə edilmiş əmlak” tələbi ilə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Məmmədova Esmı̇ ra Camal qızı iddia tələbini müdafiə edərən onun təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq cavabdehin qızıllarını götürmədiyini, qızılları qızlarına verdiyini və cavabdehin bunu bildiyini, öz nişan üzüyünü sataraq pəncərə və qapıları düzəltdiyini, yaşamağa yerinin olmamasınıbildirdi və ona haqqının verilməsini tələb etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini, nağd pulla 12 sot torpaq sahəsini 1200 manata aldığını, bankdan pul götürərək təsərrüfat qurduğunu, iddiaçının gəlib kömək etmədiyini, iddiaçıya topaq verməyəcəyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, Məmmədova Esmı̇ ra Camal qızı onun vasmoy adlanan ərazidə yerləşən evin əşyalarını aparıb, əvvəlcə evin əşyalarını qaytarsın sonra əmlak tələb etsin. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14.01.2020-ci il tarixli 2(007)-178\2020 S qətnaməsindən görünür ki, Məmmədova Esmı̇ ra Camal qızı ilə Cavabdeh arasında Masis Rayon Qeydiyyat Şöbəsində 19 iyul 1986-cı il tarixdə bağlanılmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 nömrə ilə qeyd edilmiş nikahları pozulmuşdur. - JN-0670 KOD 30800108 saylı nömrə altında Dövlət Aktından görünür ki, 10 iyun 2013-cü il tarixli, 3M/-417 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh Abşeron rayonu ərazisində yeləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq almışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir; 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir; Şərh olunan maddi normalara uyğun olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti hesab olunur. Qanun bu halda ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlakın ümumi prezumpsiyasını müəyyən edir. Bu o deməkdir ki: 1) birgə nikah dövründə əldə edilmiş əmlakın ümumi əmlak kateqoriyasına aid edilməsi üçün sübut təqdim etməyə ehtiyac yoxdur; 2) birgə nikah müddətində əldə edilmiş bütün əmlak qanunda həmin əmlakın ümumi əmlaka daxil olmasının göstərilibgöstərilməməsindən asılı olmayaraq ümumi əmlak sayılır; 3) hər hansı əmlakın ümumi əmlak siyahısından çıxarılması üçün həmin əmlakın ərin və ya arvadın əmlakı olması barədə qanunun birbaşa göstərişi olmalıdır. Qeyd edilənlərlə müəyyən olundu ki, Abşeron rayonu ərazisində yeləşən JN-0670 KOD 30800108 saylı nömrə altında Dövlət Aktı ilə qeydiyyata alınmış 0,12 hektar torpaq sahəsi Cavabdeh ilə Məmmədova Esmı̇ ra Camal qızının ümumi birgə mülkiyyəti sayılır, həmin torpaq sahəsi onların hər birinin əmək fəaliyyəti nəticəsində əldə edilmiş gəlirlər nəticəsində əldə edilmişdir və nikah dövründə ər-arvadın qazandığı əmlak, ümumi birgə mülkiyyət hesab olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 36.9-cü maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019-cu il Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarının tələblərindən çıxış edərək hesab edir ki, Abşeron rayonu ərazisində yeləşən JN-0670 KOD 30800108 saylı nömrə altında Dövlət Aktı ilə qeydiyyata alınmış 0,12 hektar torpaq sahəsi Cavabdeh və Məmmədova Esmı̇ ra Camal qızının birgə nikah müddətində əldə etdikləri ümumi birgə mülkiyyətdə olan əmlak kimi bölünməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsil tərəflər arasında bərabər bölünməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayonu ərazisində yeləşən JN-0670 KOD 30800108 saylı nömrə altında Dövlət Aktı ilə qeydiyyata alınmış 0,12 hektar torpaq sahəsi Cavabdeh ilə Məmmədova Esmı̇ ra Camal qızının birgə nikah müddətində əldə etdikləri ümumi birgə mülkiyyətdə olan əmlak kimi bölünərək, həmin torpaq sahəsinə Məmmədova Esmı̇ ra Camal qızının ½ hissədə Cavabdeh ½ hissədə pay hüququ tanınmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərclərinə aid olan 30 manat dövlət iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayonu ərazisində yeləşən JN-0670 KOD 30800108 saylı nömrə altında Dövlət Aktı ilə qeydiyyata alınmış 0,12 hektar torpaq sahəsi Cavabdeh ilə Məmmədova Esmı̇ ra Camal qızının birgə nikah müddətində əldə etdikləri ümumi birgə mülkiyyətdə olan əmlak kimi bölünərək həmin torpaq sahəsinə Məmmədova Esmı̇ ra Camal qızının ½ hissədə, Cavabdeh ½ hissədə pay hüququ tanınsın. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı Məmmədova Esmı̇ ra Camal qızına aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar