Məhkəmə qərarları › İş №2(007)-412/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-412/2021

05.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-412/2021 05.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini onunla əsaslandırdı ki, İddiaçı Cavabdeh1 25 dekabr 2006-cı il tarixdə Orderin addan-ada keçməsi yolu ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr, ev 125, 83 saylı mənzili 77.500 (yetmiş yeddi min beş yüz) manata almışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən hüquqi qeydiyyatdan keçərək mülkiyyət hüququ tanınmış və bu barədə ona 04.07.2015-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Cavabdehlərin iddiaçının mənzilində qeydiyyatda olmalarına baxmayaraq faktiki olaraq orada yaşamır və yaşayış sahəsindən istifadə etmirlər. Mənzili ona satdıqdan sonra onlar həmin mənzildən köçüb başqa yerdə yaşayırlar. Cavabdehlərin iddiaçının mənzilindən istifadələrinə ehtiyac yoxdur. Cavabdehlər mənzildə qeydiyyatda olduğuna görə onun payına düşən mənzil və kommunal xidmət haqqlarını da iddiaçı ödəməli olur. Həmçinin cavabdehlərin mənzildə qeydiyyatda olması müəyyən fəsadlar törədir. Belə ki, o, həmin mənzillə bağlı hər hansı əqdləri, müəyyən hərəkətləri sərbəst həyata keçirə bilmir və bununla da mülkiyyət hüquqları pozulmuşdur. Yaranmış vəziyyətdə mübahisənin yeganə həll yolu cavabdehlərin iddiaçının mənzilindən məhkəmə qaydasında istifadə hüququna xitam verib, qeydiyyatdan çıxarılmalıdır. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildirişlər göndərilmiş, lakin bildirişlər “köçüb”, “bu ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1966-cı ildə Lənkəran şəhəri, Nərimanabad qəsəbəsində anadan olmuş İddiaçı 26 fevral 2007-ci il tarixindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 125, mənzil 83-də qeydiyyatdadır. 171 №li Mənzil-Tikinti Kooperativinin 20 №-li, 05.08.2020-ci il tarixli arayışının surətinə əsasən İddiaçı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küç, ev 125, mənzil 83-də yaşayır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışlarının surətlərinə əsasən xx.xx.1955-ci ildə Saatlı rayonunda anadan olmuş Cavabdeh1, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş Cavabdeh3 və xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 125, mənzil 83-də qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının X2 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 125, 83 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına 04.07.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ev 125, 83 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına 04.07.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Cavabdehlər həmin mənzildən köçüb getsələr də qeydiyyatdan çıxmamışlar. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının mülkiyyətində olan mənzildən yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki 125 saylı evin 83 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar