Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-4120/2021 14.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakimi Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunu katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Kamaləddin qızının iştirakı ilə İddiaçı , cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Kamaləddin qızına qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair mülki işə baxaraq , MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Kamaləddin qızına qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq mərhələsinin 14 oktyabr 2021-ci il tarixli iclasında İddiaçı ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Kamaləddin qızı işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini bildirmişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki,iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Kamaləddin qızına qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-4120/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-4120/2021
14.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver