Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-415/2021 19.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı,onun vəkili Vəkil iştirakı ilə , İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki,Cavabdeh 10 ildən çoxdur ki tanıyır.Onunla əvvəllər SOCAR-da neft şirkətində birlikdə işləmişdir.İlk vaxtlar münasibətləri normal olub, dəfələrlə birlikdə çörək yemişlər.Cavabdehin onun nə vaxtsa pulunu alıb aldadacağına inanmazdı.Cavabdeh ona demişdi ki, mebel sexi varıdır, nə vaxt lazım olsa keyfiyyətli və ucuz qiymətə mebel sifariş verə bilərsən.O,da 2018-ci ildə evinə mebellər sifariş vermişdir.Cavabdeh gəlib ölçüləri aparmış və onunla 5200 manat pula razılaşmışdır.Lakin ona həmin pulu bir dəfəyə verə bilməyəcəyini bildirmişdir.Razılaşmaya əsasən 24.10.2018-ci ildə 1385 manat, 15.05.2019-cu il tarixdə 540 manat, 17.05.2019-cu il tarixdə 300 manat, 23.05.2019-cu il tarixdə 260 manat, 29.05.2019-cu il tarixdə 200 manat, 13.08.2019-cu il tarixdə 1100 manat və 21.08.2019-cu il tarixdə 1400 manat, cəmi 5185 manat ödəniş etmişdir.Bundan sonra cavabdeh bir neçə çərçivəni gətirib evinə qoyub getmiş, bir daha onun zənglərinə cavab verməmişdir. Bundan sonra polis bölməsinə müraciət etmiş, orada araşdırma aparmışlar.Araşdırmadan sonra cinayət işinin başlanılmasının rədd olunması haqqında qərar qəbul olunmaqla ona məhkəməyə müracəit etmək tövsiyyə olunmuşdur.Bundan Sonra cavabdeh ondan möhlət istədi, lakin bu günə kimi pulu qaytarmadı.Qeyd olunanlara əsasən cavabdehdən 5185 manat pulun,həmin məbləğin 2 il üçün nəzərdə tutulmuş illik 5 faizi olan 320 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla ,cəmi 5535 manat pul vəsaitinin onun xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil da eyni məzmunlu izahat verəərk iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının,onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan,Bakı şəhəri Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis polkovnik-leytenantı X1 “cinayət işinin başlanmasının rədd olunmasın barədə”14 mart 2020-ci il tarixli qərarından görünür ki,hadisə ilə bağlı həmin idarədə təhqiqat araşdırılması aparılmış,araşdırma zamanı İddiaçı və Cavabdeh izahatları alınmış,digər təhqiqat hərəkətləri aparılmışdır.Nəticədə müəyyən olunmuşdur ki, “vətəndaş İddiaçı əvvəllər bir yerdə işlədiyi,10 ildir ki tanıdığı X2 mübel sifariş edərək 24.10.2018-ci il tarixdən 21.08.2019-cu il tarixinədək olan müddətdə hissə-hissə olmaqla ümumilikdə 5185 manat pulu aralarında olan şifahi razılıq əsasında vermiş,bundan sonra sonuncu Çingizin evində balaca mətbəx mebeli,2 ədəd çarpayı,1 ədəd paltar şkafı və 5 ədəd otaq qapısını yığıb quraşdırmış,lakin sonradan həmin mebellər Çingizin sifariş etdiyi kimi olmadığından mebellərin geri götürülməsini və verdiyi pulların qaytarılmasını tələb etmiş,Cavabdeh aldığı pulu həmin mebellərin hazırlanmasına xərclədiyindən nəğd pulu qaytara bilməmiş,sonradan tərəflər arasında narazılıq yarandığından İddiaçı verdiyi pulun geri qaytarılmasını tələb etmişdir” İş materiallarında olan "xxxx"Consiltinq MMC-nin 24 iyun 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri,Suraxanı rayonu,dədə Qorqud qəsəbəsi 94 saylı evdə yerləşən natamam mebel çərçivələrinin hazırkı real bazar dəyəri 470 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad edilən maddələrinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 25.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir 756.1. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. . Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. İşin araşdırılan hallarından görünür ki,tərəflər arasında şifahi podrat müqaviləsi bağlanmışdır. İddiaçı müqavilənin şərtlərinə əsasən razılaşdırılmış məbləğdə pulu,yəni 5185 manatı Cavabdeh mebel sifariş etmək məqsədi ilə vermiş,lakin sonuncu müqavilə öhdəliklərini layiqincə icra etməmiş,düzəltdiyi mebellər sifarişçinin xoşuna gəlmədiyi üçün sifarişçi onların bəzilərini geri qaytarmış,bəziləri isə sifarişçiyə məxsus mənzildə qalmışdır.Ekspert rəyinə əsasən mənzildə qalmış əşyaların dəytəri 470 manat təşkil edir. Nəticədə sifarişçiyə 4715 manat zərər dəymişdir. Belə ki,cavabdeh təhqiqat zamanı verdiyi izahatda iddiaçıdan 5185 manat pul aldığını etiraf etmişdir.Təhqiqat zamanı müəyyən olunmuşdur ki cavabdeh düzəltdiyi mebellərin əksəriyyətini geri qaytarmışdır və ekspert rəyi ilə müəyyən olunmuşdur ki,qalan əşyaların ümumi dəyəri 470 manat təşkil edir.Hesabat:5185-470= 4715. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia zərər vurulması hissəsində qismən,yəni 4715 manat hissədə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə pulun 2 il gecikdirilməsi ilə əlaqədar illik 5 faizlə 320 manat tələb olunmasına hissəsinə qiymət verərkən hesab edir ki,iddiaçı həmin tələblə əlaqədar sübutlar təqdim etmədiyi üçün təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4715 manat görə alınaraq İddiaçı oğluna verilməlidir. İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 4715 manat alınaraq İddiaçı oğluna verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-415/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-415/2021
19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver