Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-417/2025 14.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X13 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşağın anadan alınaraq ataya verilməsi, aliment öhdəliyinə xitam verilməsi və alimentin tutulması, aliment öhdəliyinə xitam verilməsi və alimentin tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşağın anadan alınaraq ataya verilməsi, aliment öhdəliyinə xitam verilməsi və alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli, 2(010)- 3470/2017 saylı qətnaməsi ilə 14 yanvar 2010-cu il təvəllüdlü X5 və 06 yanvar 2011-ci il təvəllüdlü X2 yetkinlikyaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli, 2(010)-719/2018 saylı qətnaməsi ilə mənimlə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra 14 yanvar 2010-cu il təvəllüdlü X5 və 06 yanvar 2011-ci il təvəllüdlü X4 anaları Cavabdeh himayəsində saxlanmışlar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-751/2024 saylı, xx.xx.2024-cii il tarixli qətnaməsi ilə 14 yanvar 2010-cu il təvəllüdlü X5 və 06 yanvar 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 220 manat, cəmi 440 sahit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. 2024-cü ilin may ayından etibarən 06 yanvar 2011-ci il təvəllüdlü oğlum X4 onun himayəsində yaşayır. O, bütün yay tətili boyu fasiləsiz olaraq onunla birgə yaşamışdır. Hazırda isə onunla birgə yaşamağa davam edir və məktəbə də onunla birgə yaşadığı evdən gedib gəlir. Oğlunun artıq 13 yaşı var və o, hansı valideyni ilə yaşamaq istədiyini müstəqil müəyyən edərək, özü könüllü formada onunla birgə yaşamaq istədiyini bildirmiş və hazırda onun himayəsində yaşamaqdadır. Artıq may ayından etibarən oğlu onun himayəsində yaşadığından və onun bütün xərclərini o çəkdiyindən həmin tarixdən aliment öhdəliyinə xitam verilməlidir. Eyni zamanda cavabdeh bir valideyn olaraq himayəsində olan uşağın saxlanılması üçün aliment ödəməyə borcludur. Qanunun tələbi olan mediasiya sessiyasında iştirak etmişdir. Göstərilənlərə əsasən, 06 yanvar 2011ci il təvəllüdlü X2 onun himayəsində saxlanması, 06 yanvar 2011-ci il təvəllüdlü X1 üçün cavabdehə ödəməli olduğu 220 manat aliment öhdəliyinə 2024-cü ilin may ayından xitam verilməsi və 06 yanvar 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 235 manat miqdarında alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa, İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, xx.xx.2011-ci il təvəllüdlü X2 anasından alınaraq onun himayəsinə verilməsi, onun saxlanılması üçün cavabdehə ödəməli olduğu 220 manat aliment öhdəliyinə xitam verilməsi və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, ərizə ilə eyni məzmunlu izahat verib əlavə olaraq izahatında göstərdi ki, uşaq həmin məktəbdə oxumaq istəmir. O, uşağı öz yanlarında olan məktəbə aparacaq. Uşa qonu seçmişdir deyə o, məhkəməyə müraciət etmişdir. Yoxsa, onun üçün alimenti verib, kənarda durmaq daha rahatdır. Oğlu gələndə əşyaları ilə gəlmişdir ki, anası ilə qalmaq istəmir. O, uşağa təsir etməmişdir. Qızı da onlara gəlib gedir. Hər gün bacısı ilə görüşüb görüşmədiyini soruşmuşdur, o isə istəmədiyini demişdir. Məktəbdə heç kim forma geyinmədiyi üçün oğlu da geyinmək istəmir. O, böyük uşaqdır və utandığını deyir. O, özü də məktəb vaxtında siqaret çəkmişdir, amma oxumağına maneə olmamışdır. Oğlu da tərbiyəsiz deyildir. Göstərilənlərə əsasən, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib izahatında göstərdi ki, iddiaçı uşağı ona qarşı öyrətmişdir, uşaq təzyiq altındadır. O, ailə qurarkən uşaqları il məsləhətləşmişdir. 1 il birlikdə yaşamışlar və hər şey normal olmuşdur. O, qətnamə olmadan onların görüşmələrinə şərait yaratmışdır. Qızı da nənəsigilə gedib-gəlmişdir. O, heç vaxt onlara təsir etməmişdir. Sonradan atası oğlanı öyrətmişdir. Uşağa sərbəstlik vermişdir. Bu vaxta qədər o, özü uşaqları nəzarətdə saxlamışdır. Amma indi o, nəzarətdən çıxmışdır. Qızı, Rəsulu məktəbdə elektron siqaret çəkərkən görmüşdür. Bu onu narahat edir. Göstərilənlərə əsasən, iddianın rədd olunmasını xahiş etdi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Məhkəmə iclasında Bakı şəhəri 146 saylı tam orta məktəbin Uşaq birliyi təşkilatının rəhbəri X8 bildirdi ki, X4 7-ci sinifə qədər onların məktəbində yaxşı oxuyan şagirdlərdən olmuşdur. Hazırda qiymət cədvəlini gətirmişdir, iki ədəd “2” qiyməti var, qalanları “3”-dür. Valideynləri ayrılandan bəri eyni mərtəbədə oxuyan bacısı ilə danışmamağı öyrətmişlər. O, dəfələrlə bacısı ilə danışmağa təkid etsə də dediyi sözü yerinə yetirmür. Dəfələrlə dərsə gəlmədiyi üçün valideyni ilə danışmışdır. Atası uşağın dərsə gəlmək istəmədiyini deyir. Güc bəla ilə onu məktəbə gətirmişlər. Məktəbli forması geyinmir, məktəbli kimi davranışlar göstərmir. Atası ilə əlaqə saxladıqda, özünün də müəllim olduğunu, uşağın sərbəst olduğunu, nə istəsə, onu geyinəcəyini bildirmişdir. Qızları Lalə isə əla oxuyur, yüksək balla universitetə daxil olacaq. Məktəbdə smart telefona icazə yoxdur, amma Rəsul dərsdə telefonla oyun oynayır. Onlar belə uşaqları nəzarətdə saxlayırlar, kamerada izləyirlər. Dərsdə müəllim əlindən elektron qəlyan almışdır. Bu barədə şəkillər təqdim etmişdir. Ümumilikdə Rəsul sentyabr-oktyabr ayından tam dəyişmişdir. Onların sevimli şagirdlərindən əsər-əlamət qalmamışdır. Məhkəmə iclasında qanunun tələblərinə uyğun olaraq dindirilmiş tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 bildirmişdir ki, o, 8-ci sinifdə oxuyur, məktəb uzaq olduğu üçün gedib-gəlmək çətin olur, oxuya bilmir, atası ilə qalmaq istəyir, çünki yad kişi ilə eyni evdə qalmaq istəmir, nənə, baba və atası birlikdə, Yeni Günəşlidə, 3 otaqlı evdə qalırlar, dərslərinə nənə, babası kömək edirlər, babasının 75, nənəsinin 70 yaşı var, anası ilə görüşmür, bacısı hərdən məktəbdə salam verir, o da cavab verir, bacısı atasını istəmir deyə, onunla danışmır, onun aqressiyası anası ikinci dəfə evlənəndən sonra başlamışdır. Atası ilə yenidən ailə qursa idi, 2017-ci ildən qurardı. O vaxtdan boşanmışlar, inanamır ki, atası nə vaxtsa, evlənsin. O, may ayından etibarən atası ilə qalır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - MŞB/16/2024-01474 nömrəli xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə mediasiya arayışından görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və onun tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-719/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Cəbrayıl rayon qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə 288 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X2 və 14.0.2010-cu il təvəllüdlü X3 anası Cavabdeh yanında saxlanılması qət edilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 50 manat dövlət rüsumu ödənilmişdir. - Bakı şəhəri Suraxanı rayonu C.Rəhimov adına 146 nömrəli tam orta məktəbin 8 “c” sinif şagirdi X2 2024/2025-ci dərs ili üçün bilik qiymətləri cədvəlinin surətindən görünür ki, X2 tədris edlən fənlər üzrə göstəricisi ən aşağı 24 bal ( “2” qiyməti) ilə ən yuxarı 78 bal (“4” qiyməti) arasında dəyişir. -İş materiallarına X2 şəkilləri, içində şəkil və audio yazı olan 01 ədəd flaş yaddaş əlavə edilmişdir. - Məhkəmənin qərardadı əsasında verilmiş Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik üzrə komissiyanın xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, məsələ ilə bağlı yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X4 ilə Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın Uşaqlarla iş üzrə məsləhətçi - psixoloqu K.V.İsmayılova tərəfindən söhbət aparılmış, izahatı alınmışdır. Rəydə Rəsulun valideynlərinin boşandıqlarını, onun anasının himayəsinə verildiyini, anasının ikinci dəfə ailə qurduğu üçün anasının yanında qalmaq istəmədiyini, 2024-cü ilin may ayından atası ilə yaşadığını, anasını və bacısını çox sevdiyini, bundan sonra atasının himayəsində yaşamaq istədiyini bildirməsi qeyd olunmuşdur. Rəydə şərh olunanlar, yetkinlik yaşına çatmayanın fikrini də nəzərə alaraq Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və himayəçilik üzrə komissiya xx.xx.2011-ci il təvəllüdlü X2 atası İddiaçı himayəsində saxlanılmasının məqsədəuyğun hesab edildiyini bildirilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, onların birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X2 və 14.0.2010-cu il təvəllüdlü X5 anadan olmuşdur. Sonradan tərəflər arasında olan münasibətlər pozulmuş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-719/2018 saylı qətnaməsi ilə nikah pozulmuş, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşaqların ananın yanında qalması müəyyən edilmişdir. Hazırda İddiaçı birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 cavabdeh olan anadan alınaraq, ona verilməsi, uşağın saxlanılması üçün ödənilən aliment öhdəliyinə xitam verilməsi və cavabehdən onun xeyrinə 235 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 56.1-ci maddəsinin tələbinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. 60.3-cü maddəsinə əsasən, uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikasının qoşulduğu “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan təminat idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Uşaqları valideynlərindən ayırmaq, himayəyə və ya övladlığa vermək barədə qərarlar Avropa Məhkəməsinin “İnsan hüquqları və əsas azadlıqlarına dair Avropa Konvensiyası”nın 8-ci maddəsində nəzərdə tutulmuş ailə həyatına hörmət hüququ kontekstində araşdırdığı məsələlərdəndir və Məhkəmənin presedent hüququna görə bu məsələlərlə bağlı qərar çıxarılarkən uşağın maraqlarına birinci dərəcəli əhəmiyyət verilməklə yanaşı, onların rəyləri dinlənilməlidir (“Mustafa və X7rşı” iş). “K. A. Finlandiyaya qarşı” iş üzrə Qərarında isə Avropa Məhkəməsi vurğulamışdır ki, “...ayrıldıqdan sonra uzun müddət keçdikdə və uşaq himayəyə verildiyi ailədəki vəziyyətə alışdıqda, bu vəziyyətin yenidən dəyişməsi uşağın maraqlarına uyğun olmaya bilər və bu halda onun maraqları valideynlərinin maraqlarını üstələyə bilər”. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Elsholzun işi” ilə bağlı qərarında qeyd etmişdir ki, “uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlıq yaratmaq zəruridir. Məhkəmə belə qərara gələrkən uşağın maraqlarına xüsusi əhəmiyyət verir. Çünki uşağın maraqları öz təbiətinə və əhəmiyyətinə görə valideynlərin maraqlarından üstündür. Məhkəmə işin yuxarıda istinad olunan hallarını nəzərə alaraq mübahisə üzrə kifayət qədər tam, hərtərəfli araşdırma aparmış, mübahisənin ədalətli həllinə nail olmaq üçün mümkün hüquqi vasitələrdən istifadə etmişdir. Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd edilənlərə əsasən məhkəmə Qəyyumluq və Himayəçilik orqanının mübahisə üzrə verdiyi rəyi, uşağın anadan alınaraq atanın himayəsinə verilməsinə münasibətdə məcburi hal kimi qəbul etmir. BMT Baş Məclisinin 1386 (XİV) nömrəli 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz. Müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür: ananın psixi xəstəliyi; narkomaniya; alkoqolizm; ağır xəstəlikdən əziyyət çəkməsi; uşaqla qəddar rəftara yol verməsi; uşaqlara qarşı psixi və fiziki zor tətbiq etməsi; valideynlik hüquqlarından suiistifadə etməsi və s.İşin faktiki hallarından və məhkəmə araşdırması zamanı müəyyən olunanlardan görünür ki, hazırkı mülki iş üzrə Cavabdeh şəxsiyyətini xarakterizə edən hallar da nəzərə alınmaqla, ona münasibətdə yuxarıda qeyd edilən hallardan hər hansı biri mövcud deyil, o cümlədən bunun əksini təsdiq edə biləcək hər hansısa dəlil məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, qanunvericiliyin tələbinə əsasən valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qəbul etdiyi 18 mart 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (maddə 58.2). Məhkəmə xx.xx.2011-ci il təvəllüdlü X2 anasının yanında deyil, atasının yanında qalmaq istəməsi barədə məhkəmə iclasında bildirdiyi fikirlərlə bərabər, məhkəmə iclasında dindirilmiş, Bakı şəhəri 146 saylı tam orta məktəbin Uşaq birliyi təşkilatının rəhbəri X6 bildirdiyi fikirləri, habelə iddiaçı və cavabdehin izahatlarını birlikdə təhlil edərək, uşağın məktəbdəki davranışlarını, təlim-tədris prosesində göstəridiyi nəticəni də nəzərə almışdır. Belə ki, xx.xx.2011-ci il təvəllüdlü X4 məhkəmə iclasında bildirmişdir ki, evi uzaq olduğundan ona gedib-gəlmək çətindir və o, oxuya bilmir. Bundan başqa cavabdeh oğlunun elektron siqaret çəkməsini bildirmişdir. Həmçinin Bakı şəhəri 146 saylı tam orta məktəbin Uşaq birliyi təşkilatının rəhbəri X8 xx.xx.2011-ci il təvəllüdlü X2 dərslərdə dəfələrlə iştirak etmədiyini, daxili nizam-intizam qaydalarına riayət etmədiyini, məktəbdə elektron qəlyandan və mobil telefondan istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında səslənən fikirlərə münasibətdə İddiaçı, oğlunun tərbiyəsiz olmadığını, məktəbdə heç kimin forma geyinmədiyini, özünün də məktəb vaxtı siqaret çəkdiyini, bunun oxumağına maneə olmadığını, oğlunun həmin məktəbə getmək istəmədiyini, onu başqa məktəbə aparacağını, oğlunun yad kişi ilə qalmaq istəmədiyini, utandığını bildirmişdir. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq, mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. Məhkəmə bütün yuxarıda qeyd olunan işin faktiki hallarına əsasən qeyd edir ki, uşağın ananın himayəsində qalaraq yaşamasına mane olan hər hansı hal məhkəmə iclasında müəyyən edilməmiş, iddiaçı tərəf isə bununla bağlı hər hansı sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddia tələbinin “aliment öhdəliyinə xitam verilməsi və aliment tutulması” hissələrinə münasibətdə isə qeyd edir ki, həmin tələblər “uşağın anadan alınaraq ataya verilməsi” tələbindən törəmə tələblərdir, həmin tələbin əsassız olduğundan təmin edilməməsi nəzərə alınmaqla, iddiaçının hazırkı hissədə tələbləri də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “uşağın anadan alınaraq ataya verilməsi, aliment öhdəliyinə xitam verilməsi və alimentin tutulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edilməmişdir, ona görə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “uşağın anadan alınaraq ataya verilməsi, aliment öhdəliyinə xitam verilməsi və alimentin tutulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-417/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-417/2025
14.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver