Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-419/2022 17.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X2, Cavabdeh2 qarşı “yaşayış sahəsinə olan istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “yaşayış sahəsinə olan istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi Ə.Əzimzadə küçəsində yerləşən 14A saylı mənzilinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi Əzim Əzimzadə küçəsi, 14A saylı ev iddiaçının xüsusi mülkiyyətindədir. Həmin evi 09.12.2020-ci il tarixdə AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən X1 almışdır. Həmin evə dair Azərbaycan Respublikası Əmlak Məsələləri dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına 16 yanvar 2021-ci il tarixli, ********** nömrəli Çıxarış verilmiş, X3 ona evi satandan sonra söz vermişdir ki, tezliklə ailə üzvləri ilə birlikdə qeydiyyatdan çıxacaqlar. O, bu günə qədər düşünmüşdür ki, onlar qeydiyyatdan çıxıblar, lakin 5 saylı ASAN Xidmət Mərkəzindən əldə etdiyi arayışdan aydın olmuşdur ki, cavabdehlər hələ də qeydiyyatda qalmışlar. Cavabdehlərin iddiaçının mülkiyyətində olan evdə pasport qeydiyyatında qalmaqları səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O bildirdi ki, evi 2020-ci ilin dekabır ayında almışdır, mənzili aldığı vaxt cavabdehlər həmin mənzildə qeydiyyatda olmuşlar. Hal-hazırda cavabdehlər Türkiyə Respublikasında yaşayırlar, onlarla əlaqə saxlamış, qeydiyyatdan çıxmağa razı olduqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişdirlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Daşınmaz Əmlakın Əlqı-Satqı müqaviləsindən görünür ki, AN-İ № ******* saylı, 09.12.2021-ci il tarixli müqaviləsinə əsasən Bakı şəhəri Nizami rayonu Əzimzadə küçəsi 14A saylı ev X3 tərəfindən İddiaçı satılmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya ********** nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi Əzimzadə küçəsi, ev 14A xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 16 yanvar 2021-ci il tarixdə qeydə alınmışdır. - Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 19.11.2021-ci il tarixli yaşayış yeri haqqında arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 qızı Bakı şəhəri Nizami rayonu, Əzimzadə küçəsi, 14A saylı evdə qeydiyyatdadırlar. - 08.12.2021-ci il və 09.12.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, X4, X3 (Cavabdeh1 əvəzinə), Özevin (Hüseynova) Mehriban İslam qızı, X5 və X7 qeydiyyatda olduqları Bakı şəhəri Nizami rayonu, Əzimzadə küçəsi 14A saylı evin satılmasına etiraz etmədiklərini bildirmiş və müqavilədə nəzərdə tutduqları müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdürlər. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Nizami rayonu, Əzimzadə küçəsi, 14A saylı ev 09.12.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə X3 tərəfindən İddiaçı satılmış, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya ********** nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Əzimzadə küçəsi, ev 14A xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 16 yanvar 2021-ci il tarixdə qeydə alınmışdır. Hazırda mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Hazırki cavabdehlər iddiaçıya məxsus adı çəkilən mənzildə qeydiyyatdadır. X4, X3 (Cavabdeh1 əvəzinə), Özevin (Hüseynova) Mehriban İslam qızı, X5 və X7 08.12.2021-ci il və 09.12.2021-ci il tarixdə ərizə verərək qeydiyyatda olduqları Bakı şəhəri Nizami rayonu, Əzimzadə küçəsi 14A saylı evin satılmasına etiraz etmədiklərini bildirmiş və müqavilədə nəzərdə tutduqları müddətdə mənzili tərk etməyi və paspoert qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdürlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2)mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İş materiallarında olan sənədlər cavabdehlərin qeyd olunan mənzilə qeydiyyatının formal xarakter daşıdığını sübut edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzildən istifadə hüququ itirilmiş nesab edilməlidir. Belə ki, mənzil satıldıqdan sonra adı çəkilən şəxslər həmin mənzildə yaşamamışlar. Məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Nizami rayonu Əzimzadə küçəsi 14A saylı məzilinə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri qismində ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Nizami rayonu Əzimzadə küçəsi 14A saylı məzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Məhkəmə xərcləri qismində İddiaçı trəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-419/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-419/2022
17.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver