Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4191/2021 02.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi Ərizəçinin nümayəndəsi –vəkili Vəkil iştirakı ilə Ərizəçi maraqlı şəxslər 4 saylı Bakı “ASAN Xidmət”Mərkəzinin Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı şəhəri Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər 4 saylı Bakı “ASAN Xidmət”Mərkəzinin Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı şəhəri Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmədə işə baxılarkən ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi-vəkili Vəkil tələbini onunla əsaslandırdı ki, hüquqlarını müdafiə etdiyi Ərizəçi, ünvan 1 ünvanında yaşayır. Qeyd etdiyi ünvanındakı mənzil Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən 04.03.2005-ci il tarixli, ÖM 226313 seriya nömrəli qeydiyyat vəsiqəsinə əsasən ərizəçinin xüsusi mülkiyyətindədir. Qeyd edir ki,13.09.2021-ei il tarixində mülkiyyətdə olan ünvan 1 oğlu X4 bağışlamaq məqsədi ilə 4 saylı Bakı Maraqlı şəxs1ndə Notariat Ofisinə müraciət edib, lakin ərizəçiyə Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən 04.03.2005-ci il tarixli, ÖM 226313 seriya nömrəli qeydiyyat vəsiqəsində mülkiyyət sahibi qrafasında ərizəçinin adı “Bircənaz” kimi qeyd edildiyindən əmlakın ona məxsus olmasını müəyyənləşdirə bilməməsi səbəbindən 4 saylı Bakı "ASAN Xidmət” Mərkəzində Notariat Ofisi müraciətə imtina edib və məhkəməyə müraciət etməsi izah edilib. Xüsusi olaraq qeyd edir ki, ərizəçiyə məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində soyadı “NAMAZOVA”, adı “BİRCƏNAZ”, ata adı “BİNNƏT” kimi qeyd edilib. Ərizəçinin oğlu 21.05.1991-ci il təvəllüdlü X4 məxsus doğum haqqında şəhadətnamədə uşağın valideyinləri qrafasının ana bəndində soyadı “NAMAZOVA”, adı '‘BİRCƏNAZ”, ata adı “BİNNƏT” kimi qeyd edilib. Yaşayış yeri bardə Azərbaycan Respublikası DİN elektron informasiya sistemindən ərizəçinin yaşayış yeri barədə arayışa əsasən o, ünvan 1 qeydiyyatdadır və orada ad qrafasında soyadı “NAMAZOVA”, adı “BİRCƏNAZ”, ata adı “BİNNƏT” kimi qeyd edilib. Beləliklə mülkiyyət sahibi olduğu Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən 04.03.2005-ci tarixli, ÖM 226313 seriya nömrəli ünvan 1 qeydiyyat vəsiqəsi bölməsində adı texniki səhv olaraq “BİCANAZ” kimi qeyd edilməsi ərizəçinin bağışlamanı edə bilməməsinə səbəb olub. Nəticədə o, pozulmuş hüquqlarının bərpası üçün məhkəmə müraciət etmək məcburiyyətində qalıb.Qeyd olunanlara əsasən Bakı Maraqlı şəxs1 Notariat Ofisi tərəfindən verilmiş AZE seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin və Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən 04.03.2005-ci il tarixli, ÖM 226313 seriya nömrəli qeydiyyat vəsiqəsinin eyni şəxsə Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini xahiş etmişdir. Maraqlı şəxslər 4 saylı Bakı “ASAN Xidmət”Mərkəzinin Notariat Ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı şəhəri Ərazi İdarəsi məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: Bakı “ASAN Xidmət”Mərkəzinin Notariat Ofisi tərəfindən verilmiş AZE seriyalı,4185630 saylı şəxsiyyət vəsiqəsindən görünür ki,Ərizəçi xx.xx.1962-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuşdur. 4 saylı Bakı “ASAN Xidmət”Mərkəzinin Notariat Ofisindən ərizəçiyə ünvanlanmış sentyabr 2021-ci il tarixli məktubunda qeyd olunur ki,ona məxsus qeydiyyat vəsiqəsində adı “Bicənaz”qeyd olunduğu üçün həmin əmlakın ona məxsus olmasını müəyyən etmək mümkün deyil.Ona görə də hüquqi faktın müəyyən olunması üçün məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Doğum haqqında şəhadətnanin natorial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 21 may 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur.X1,anası Ərizəçidır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən 04.03.2005-ci il tarixli, ÖM 226313 seriya nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 X2 mülkiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı müəyyən edir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində qeyd olunur ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı ərizəçinin izahatı eləcə də məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, Ərizəçi şəxsiyyət vəsiqəsində onun adı “Bircənaz” yazılsa da, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən 04.03.2005-ci il tarixli, ÖM 226313 seriya nömrəli qeydiyyat vəsiqəsində texniki səhv olaraq “Bicənaz” yazılmışdır. Bu səbəbdən ərizəçi mülkiyyətində olan mənzili oğlu X4 bağışlaya bilmir. Məhkəmə hesab edir ki, qeyd olunan faktın hüquqi əhəmiyyəti olduğundan və ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən bu cür tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Bakı “ASAN Xidmət”Mərkəzinin Notariat Ofisi tərəfindən verilmiş AZE seriyalı,4185630 saylı şəxsiyyət vəsiqəsinin və Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən 04.03.2005-ci il tarixli, ÖM 226313 seriya nömrəli qeydiyyat vəsiqəsinin eyni şəxsə Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Bakı “ASAN Xidmət”Mərkəzinin Notariat Ofisi tərəfindən verilmiş AZE seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin və Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən 04.03.2005-ci il tarixli, ÖM 226313 seriya nömrəli qeydiyyat vəsiqəsinin eyni şəxsə-Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-4191/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4191/2021
02.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver