Məhkəmə qərarları › İş №2(007)-42/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-42/2022

28.07.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-42/2022 28.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayam qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi və 51 saylı Notariat Ofisi cəlb edilməklə, “vərəsəlik hüququnun tanınması, mənzildə yerləşən özünə və anasına məxsus əmlaklardan istifadəyə maneələrin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi və 51 saylı Notariat Ofisi cəlb edilməklə, “daşınmaz əmlakdan istifadəyə maneələrin aradan qaldırılması, ona məxsus əşya və avadanlıqlardan istifadəyə qadağa qoyulması, vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi və vərəsəlik hüquqlarının tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı Cavabdeh qarşı qaldırdığı xx.xx.2020-ci il tarixdə vəfat etmiş qardaşı X4 mülkiyyətində olmuş Bakı şəhəri, C.Hacıbəyli küçəsi, ev 99,58 saylı 3 otaqlı mənzilə, axırıncının ölümündən 14 gün sonra, xx.xx.2022-ci il tarixdə vəfat etmiş anası X1 qəbul edib idarə etdiyi 1/3 hissəsinin ona düşən 1/6 miras payına vərəsəlik hüququnun tanınması, həmin mənzildə yerləşən özünə və mərhum anası X2 məxsus əmlaklardan istifadəyə maneələrin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, hazırda icraatda olan 2(007)-42/2022 saylı mülki iş üzrə İddiaçı Cavabdeh qarşı qaldırdığı xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Bakı şəhəri, C.Hacıbəyli küçəsi, ev 99,58 saylı mənzilə xx.xx.2020-ci il tarixdə vəfat etmiş anası X1 1/3 hissəsindən ona düşən 1/6 payına vərəsəlik hüququnun tanınması, həmin mənzildə yerləşən özünə və anası Solmaz Məmmədovaya məxsus əmlak və əşyalardan istifadəyə maneələrin aradan qaldırılması tələbi ilə bağlı sonuncu məhkəmə iclasında cavabdehin iddianın qəbul etməsi və miras əmlakın 1/6 hissəsinə iddiaçının vərəsəlik hüquqlarının tanınmasına etiraz etməməsi səbəbi ilə mübahisə aradan qaldırıldığından məhkəmədən iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil3 iddianın baxılmamış saxlanılmasına etiraz etmədiklərini bildirdilər. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi və 51 saylı Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələrinin iştiraklarını məhkəmə iclasında təmin etməmişlər və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə mülki işin baxılmasını həmin şəxslərin iştirakları olmadan keçirilməsini mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi nəzərə alınaraq, sözügedən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmçinin iddia ərizəsi baxılmamış saxlanıldığından və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. ("xxxx" ASC, VÖEN: **********, qəbz nömrəsi: 638874703, tarix: xx.xx.2020, saat: 15:08). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi və vəkilinin ərizəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır. Bununla yanaşı, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 4/1173 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, həmin tarixdə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı ekspertiza xərci 104 manat təşkil etmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixli, 4/1821 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, həmin tarixdə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı ekspertiza xərci 124 manat təşkil etmişdir. Buna görə, məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanıldığından, həmin vəsaitlər, yəni hər iki ekspertizanın keçirilməsinə ümumilikdə sərf olunmuş 228 manat iddiaçıdan tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 114, 119, 259.0.11, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi və 51 saylı Notariat Ofisi cəlb edilməklə, “vərəsəlik hüququnun tanınması, mənzildə yerləşən özünə və anasına məxsus əmlaklardan istifadəyə maneələrin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********, qəbz nömrəsi: 638874703, tarix: xx.xx.2020, saat: 15:08) dövlət büdcəsindən qaytarılsın. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizalarının keçirilməsinə sərf olunmuş 228 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq, dövlət büdcəsinə ödənilsin. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə, ekspertiza xərcinin tutulması hissəsində isə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar