Məhkəmə qərarları › İş №2(007)-4200/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-4200/2025

28.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-4200/2025 28.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməsi və ləğv edilməsi, habelə ƏƏSMN-nin elektron informasiya sistemində bu barədə müvafiq qeydin aparılması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməsi və ləğv edilməsi, habelə ƏƏSMN-nin elektron informasiya sistemində bu barədə müvafiq qeydin aparılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh MMC ilə adına bağlanmış əmək müqaviləsinin etibarsız hesab edilərək ləğv verilməsi, Əmək və Əhaliinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində Cavabdeh MMC ilə arasında bağlanmış müqavilənin ləğv edilməsi barədə müvafiq qeyd aparılması, bu müqaviləyə əsasən hər hansı hüquqi və maliyyə öhdəliyi yaranmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq :

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

149.2.4 iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. 150.1.6 iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. 152.1.6 müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

Məhkəmənin mövqeyi :

3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

4. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh MMC ilə arasında bağlanmış əmək müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsini və müvafiq qeydin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edilməsini, həmçinin cavabdeh ilə arasında bağlanmış əmək müqaviləsinin hər hansı hüquqi və maliyyə öhdəliyi yaratmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia tələbi cavabdeh MMC-də işləməməsi, əmək fəaliyyəti ilə məşğul olmamsası ilə əsaslandırılmışdır.

5. İşin müəyyən edilmiş faktiki halı odur ki, iddiaçının müraciəti əsasında X1 Xidməti müvafiq araşdırma apararaq “Əmək və Məşğulluq” altsistemində iddiaçı ilə cavabdeh müəssisə arasında bağlanmış qüvvədə olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsi olduğunu müəyyən etmiş və iddiaçıya ilk növbədə işəgötürən olan MMC-yə müraciət etməsi, əgər işəgötürən bu vəzifəni icra etməzsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün olmazsa, məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Lakin iddiaçı işəgötüən olan cavabdehə əmək müqaviləsinə xitam verilməsi tələbi ilə müraciət etmədən, yəni onunla bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilmədiyinə və ya işəgötürən tərəfindən xitam verilməsinin mümkünsüzlüyünə dair məhkəməyə sübut təqdim etmədən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

6. Halbuki hazırki iddia tələblərinin hüquqi əsası qismində nəzərdən keçirilən Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

7. Məhkəmə həmçinin ərizəçinin diqqətinə çatdırmağı zəruri hesab edir ki, hazırki xarakterli mülki mübahisələr üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Yanında X1 Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilir.

8. Məhkəmə həmçinin iddia tələbinin “müqavilənin hər hansı hüquqi və maliyyə öhdəliyi yaratmaması” hissəsinə münasibətdə iddiaçının diqqətinə çatdırmağı zəruri hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsaslandırılmasından görünür ki, iddiaçı cavabdeh müəssisə ilə arasında əmək münasibətləri olmadığı, cavabdeh müəssisə ilə olan əmək müqaviləsinin onun işə daxil olmasında çətinlik yaratdığı üçün əmək müqaviləsinin ləğv edilməsini istəyir. Lakin iddia tələbinin hazırki hissəsi isə əlavə araşdırma aparılmasını zəruri əmək müqedən bir tələbdir.

9. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçı ilk növbədə işəgötürən olan cavabdeh müəssisəyə müvafiq tələb ilə müraciət etməli, əmək müqaviləsinə cavabdeh müəssisə tərəfindən xitam verilmədiyi və ya xitam verilməsinin mümkünsüzlüyü halında iddia tələbi ilə məhkəməyə müraciət etməlidir.

10. Mülki prosessual qanunvericiliyə əsasən iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır.

Nəticə :

11. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması tələbinə riayət olunmadığı üçün İddiaçı maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməsi və ləğv edilməsi, habelə ƏƏSMN-nin elektron informasiya sistemində bu barədə müvafiq qeydin aparılması” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.

12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməsi və ləğv edilməsi, habelə ƏƏSMN-nin elektron informasiya sistemində bu barədə müvafiq qeydin aparılması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar