Məhkəmə qərarları › İş №2(007)-425/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-425/2021

02.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-425/2021 02.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh3 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini onunla əsaslandırdı ki, ünvan 1 ünvanında verləşən mənzil onun adına 09.04.2016-cı il tarixdə xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir və hal-hazırda onun mülkiyyətindədir. Cavabdeh3 onun qardaşıdır və digər cavabdehlər onun ailə üzvləridir. Cavabdehlər 2017-ci ildə qeydiyyata düşməyə yaşayış sahələri olmadığından ondan müvəqqəti olaraq onları öz evinə qeydiyyata saldırmağını xahiş etdiyindən, o razılaşaraq onları müvəqqəti qeydiyyata düşməsinə razılıq verdi. Lakin cavabdehlər hal-hazırkı vaxtadək ona məxsus mənzildə qeydiyyatda qalmışlar. Bir gün belə ona məxsus evdə yaşamamışlar. O cavabdehlərin bir müddət sonra qeydiyyatdan çıxacaqlarını ı düşünsə də, 5 saylı Bakı Asan Xidmət Mərkəzindən arayış alan zaman cavabdehlərin hələ də ona məxsus mənzildə qeydiyyatda qalmalarını bilmişdir. Cavabdehlərin ona məxsus evdə qeydiyyatda qalmaları mülkiyyətçi kimi onun hüquqlarının pozulmasına səbəb olur. Mülkiyyətində olan evə istədiyi kimi sahib ola və istədiyi kimi sərəncam verə bilmir. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və 2005-ci il təvəllüdlü X1 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirdi ki, o iddiaçıdan xahiş etmişdir ki, onu və ailə üzvlərini qeydiyyata alsın. Lakin onun hazırda yaşadığı evin sənədləri qaydasında olmadığı üçün həmin mənzilə qeydiyyata düşə bilmir.Digər cavabdehlər də onun ailə üzvləridir. İddianı qəbul edərək, iddianın təmin olunmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının və Cavabdeh3 izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsində yerləşən 80 saylı evin, 18 saylı mənzilində Cavabdeh1, Cavabdeh2,Cavabdeh3, 2005-ci il təvəllüdlü X2 qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi, 80 saylı evin, 18 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına 09.04.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi, 80 saylı evin, 18 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına 09.04.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Cavabdehlər həmin mənzildən köçüb getsələr də qeydiyyatdan çıxmamışlar. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və 2005-ci il təvəllüdlü X1 iddiaçının mülkiyyətində olan mənzildən yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və 2005-ci il təvəllüdlü X1 Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsində yerləşən 80 saylı evin, 18 saylı mənzilində istifadə hüquqları olmaması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar