Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-425/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1 və DƏDK və Reyestri X20rşı iddia tələbi üzrə mülki işə dair Açar sözlər: (mirasın qəbul edilmə faktının müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamə və çıxarışların ləğv edilməsi və qanun üzrə vərəsəlik paylarının müəyyən edilməsi) X27 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçının vəkilİ və nümayəndəsi Vəkil1, Cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1 və DƏDK və Reyestri X20rşı "mirasın qəbul edilmə faktının müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamə və çıxarışların ləğv edilməsi və qanun üzrə vərəsəlik paylarının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı “miras əmlakda məcburi payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X4 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakda məcburi payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, atası X4 miras qalmış ünvan 2 ünvanında yerləşən miras əmlakda, iddiaçı tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin də cavabdeh qismində cəlb edilərək, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 tərəfindən cavabdehlər Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında verilmiş çıxarışların ləğv edilməsi, qanun üzrə vərəsəlik paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi atam X5 mülkiyyətində olmuş, atası 21 fevral 1998-ci il tarixdə vəfat etmiş, ömrünün sonuna kimi həmin evdə yaşamışdır. Cavabdehlər onun qardaşları və bacılarıdır. Qardaşları Seymur və Ramin daimi olaraq həmin evdə yaşamış, hazırda da orada yaşayırlar. Bacıları Reyhan, Səbinə və Səbirə isə artıq 20 ildən çoxdur ki, həmin mənzildə yaşamırlar. O da əvvəllər sözügedən evdə yaşamışdır və ailə qurduqdan sonra hazırda yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, T.Bədəlov küçəsi, ev 13-ə gəlin köçmüşdür. Lakin daim ata evi ilə əlaqədə olmuşdur. Atası xəstə olduğu müddətdə daim ona qulluq etmişdir, o vəfat edəndə isə atasının dəfn xərclərini, eləcə də onun dəfn mərasimini qardaşı Seymurla birlikdə o, həyata keçirmişdir. Atası vəfat etdikdən sonra da o, daim atası evinə gedib-gəlmişdir, anasına və xəstə, ikinci qrup əlil qardaşı Raminə qulluq etmişdir. 2010-cu ildə anası vəfat etmişdir. Hazırda da o, digər qardaşı Seymurun ailəsi ilə birlikdə xəstə qardaşı Raminə qulluq edirlər, hətta elə olur ki, o, bununla əlaqədar həftənin daha çox günlərini atası evində qalır. Müəyyən dövrlər üzrə mənzilin kommunal ödənişlərinə, eləcə də mənzilin təmiri üçün də qardaşı Seymura maddi köməklik göstərmişdir. Qeyd etdiyi halları şahidlər (qohumlar və qonşular) də təsdiq edə bilər. Hesab edir ki, o, miras əmlakı faktiki qəbul etməklə qanun üzrə vərəsədir və atası X4 miras qalmış əmlakdan məcburi payı müəyyən edilərək ona verilməlidir. O, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olaraq, vərəsə kimi miras qoyanın əmlakının qəbulu ilə əlaqədar Bakı şəhəri 9 saylı notariat ofisinə müraciət etmişdir, lakin notariat ofisinin xx.xx.2024-cü il tarixli qərarı ilə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 vəkil-nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, onlar iddia tələbini qəbul etmirlər. İddia tələbi əsassızdır. Mülki qanunvericilikdə mirasın faktiki qəbul edilməsi, mirasın qəbulu üçün müddət var. Buraxılan müddət yalnız məhkəmə qaydasında müəyyən oluna bilər. Vərəsəlik rəsmiləşmişdir, uzun müddət sənədləşmə davam etmişdir. Vərəsəlik 2019-cu ildə açılmışdır. Bu müddət ərzində tərəf müraciət etməmişdir. Halhazırda ailə üzvləri ilə bağlı məlumatları notariat orqanı əldə edə bilir, gizlətmək deyə bir üsul yoxdur. Ən azından Azərbaycan Respublikasının vətəndaşlarını gizlətmək qeyri mümükündür. Notariat orqanı da görmüşdür. Qeydiyyat faktiki qəbulu təsdiq edən hallardan biri hesab olunur. Digər cavabdehlərin iddianı qəbul etməsi məsələsi ilə bağlı bildirir ki, əlində rəsmi sənəd yoxdur lakin, iddianı qəbul etmək barədə ərizə yazan cavabdehlərdən biri fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Buna görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, ev onun atasının adınadır, o və o biri qardaşı həmin evdə yaşayır. Reyhan və Səbiyə burada deyil, onlar Türkiyədə yaşayırlar. İddiaçı onların böyük bacısıdır. Qardaşı xəstə olduğundan məhkəməyə gələ bilmir, lakin o da iddia tələbi ilə razıdır. Mümkündürsə, bacısının öz payını almasını istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bundan başqa cavabdehlər Cavabdeh2, Cavabdeh3 da məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə işə sonuncuların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbinin təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər. İş materialları: xx.xx.2024-cü il tarixli notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərardan görünür ki, xx.xx.1998-ci il tarixdə vəfat etmiş X5 vərəsəlik işi üzrə qanunla müəyyənləşdirilmiş müddət buraxıldığı üçün notariat hərəkətinin aparılmasından imtina edilmiş, qərardan şikayət verilmə qaydası İddiaçı izah edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal təsərrüfatı departamenti 2 saylı xüsusi təyinatlı MKTB-nin 25 saylı Mənzil Kommunal istismar sahəsinin 267 saylı, xx.xx.2024-cü il tarixli notariata təqdim edilmək üçün verilən arayışının surətindən görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadır, eyni zamanda mərhum X5 ölümünə kimi oğlu Cavabdeh2, Cavabdeh3, qızı Cavabdeh6, Cavabdeh5 və X13 müvafiq ünvanda qeydiyyatda olmuşlar. xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.1998-ci il tarixdə vəfat etmiş X5 vərəsələri Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4dır və onların hər biri miras əmlakdan 1/5 irs almalıdır. Miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X8 verilmiş **********97-05101-093003 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 90 kv/m olan mənzildən ibarətdir. xx.xx.2024-cü il tarixli notarial ərizələrdən görünür ki, Cavabdeh2 və Cavabdeh3 atalarından irs qalmış mirası qəbul etmələri barədə ərizə yazmışlar. AZ-İ seriyalı, 944542 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 21 fevral 1998-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. -1777/12 saylı xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, X10 ilə X9 arasında xx.xx.1965-ci ildə 80 nömrə ilə qeydə alınmaqla nikah bağlanmışdır. AZ-İ seriyalı, 944543 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********97-05101-093003 reyestr nömrəli ünvan 2 ünvanında yerləşən mənzil X8 məxsusdur. MH seriyalı, 082662 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil xx.xx.1997-ci il tarixdə 082662 nömrə ilə X5 adına qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil hər birinə 1/5 hissə olmaqla Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 adına qeydə alınmış, 2/5 hissə isə X5 adında saxlanılmışdır. Dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, xx.xx.2024-cü il tarixli, ********** saylı qəbz ilə, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1159.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlərdir (övladlığa götürənlər). Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin toplusu daxildir. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılır: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq,o, mirası tamamilə qəbul etmişdir. Maddə 1244. Mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Maddə 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Maddə 1268.2. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Maddə 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun (bundan sonra – Konvensiyaya dair 1 saylı Protokol) 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (X1rşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; X2rşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 26 dekabr 2023-ci il tarixli Qərarı: “..Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur... Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. ... Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir; Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər; Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır; Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. İşin faktiki halı: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 90 kv/m olan mənzil xx.xx.1998-ci il tarixdə vəfat etmiş X8 məxsus olmuş, ölümündən sonra xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamə ilə həmin əmlakdan vərəsələri Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 hər birinə 1/5 hissədə pay müəyyən edilməklə, sonuncuların adına hüquqların dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh2 və Cavabdeh3 atalarından irs qalmış mirası qəbul etmələri barədə xx.xx.2024-cü il tarixli notarial ərizə yazmışlar. Lakin əmlakın 2/5 hissəsi X5 adında saxlanılmışdır. Hazırda iddiaçı, mərhumun digər övladı X17 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası X4 miras qalmış ünvan 2 ünvanında yerləşən miras əmlakda, iddiaçı tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin də cavabdeh qismində cəlb edilərək, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 tərəfindən cavabdehlər Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında verilmiş çıxarışların ləğv edilməsi, qanun üzrə vərəsəlik paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia tələbindən görünür ki, miras qoyan şəxs iddiaçının atası olmuş, o, yəni X10 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Miras əmlak ünvan 4 ünvanında yerləşən mənzil olmuşdur. Mərhumun vərəsələrindən Cavabdeh5, Cavabdeh6 xx.xx.2019-cü il tarixdə və Cavabdeh4 xx.xx.2023-cü il tarixdə notarial ərizə yazaraq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət etmişlər və hər birinə 1/5 hissə pay olmaqla xx.xx.2024-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, miras əmlakın 2/5 payı açıq saxlanılmış, bundan sonra Cavabdeh2 və Cavabdeh3 atalarından irs qalmış mirası qəbul etmələri barədə xx.xx.2024-cü il tarixdə ərizə yazmışlar. Məhkəmə işin faktiki hallarını araşdırıb, qanunun tələbini nəzərə alaraq qeyd edir ki, hazırki iş üzrə mərhumum əmlakına münasibətdə verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamə etibarsız olduğundan ləğv edilməlidir. Belə ki, notarius miras əmlaka payları müəyyən edərkən mərhumun vərəsələrinin dairəsini dəqiq müəyyən etməli idi, lakin məhkəmə sorğusu əsasında əldə edilmiş 2019-cu ildən açılmış vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair notariat işi materiallarından görünür ki, notarius vərəsələrin dairəsini dəqiq müəyyən etməmişdir. Yuxarıda göstərilən qanunvericilik normalarından da aydın olur ki, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilən zaman mərhum X5 digər övladı X18 nəzərə alınmamışdır. Halbuki, o, digər bacı-qardaşları ilə birlikdə bərabər pay hüquqlu vərəsə sayılır. Belə olan halda məhkəmə qeyd edir ki, sözügedən qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və onun əsasında verilmiş çıxarış ləğv edilməlidir. Məhkəmə iddia tələbinin mirasın qəbul edilməsi faktının müəyyən edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, miras əmlak olan evdən gəlin kimi köçüb getsə də, atası sağ olarkən onun xəstə vaxtında ona qulluq etmiş, həmin evə tez-tez gəlib getmişdir, hazırda da digər qardaşı Seymur ilə xəstə olan qardaşı Raminə qulluq edir. O miras əmlakı faktiki qəbul etmişdir və əmlakın qəbulu ilə bağlı notariusa müraciət etsə də, notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Məhkəmə tələbin həmin hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı miras əmlaka dair öz bərabər payının da müəyyən edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan, məhkəmə tərəfindən qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi qənaətinə gəlindiyindən, mübahisə predmeti olan miras əmlaka münasibətdə mərhum X5 vərəsələri İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 hər birinin bərabər payı müəyyən edilməli, iddia tələbi bu hissədə də təmin edilməlidir. Məhkəmə xərcləri: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı isə tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə reyestr nömrəsi 2V-349 olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında Cavabdeh4 (1/5), Cavabdeh5 (1/5), Cavabdeh6 (1/5) və X10 (2/5) adına verilmiş çıxarış ləğv edilməli, X3 Əyyub Cəfərqulu oğlunun ölümündən sonra miras qalmış Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci Köndələn küçəsi ünvanda yerləşən 4a nömrəli evin, 36 saylı mənzilinə vərəsə kimi tanınmalı, X5 ölümündən sonra miras qalmış Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci Köndələn küçəsi ünvanda yerləşən 4a nömrəli evin, 36 saylı mənzilinə İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 hər birinin 1/6 payı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə reyestr nömrəsi 2V-349 olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Cavabdeh4 (1/5), Cavabdeh5 (1/5), Cavabdeh6 (1/5) və X10 (2/5) adına verilmiş çıxarışlar ləğv edilsin. X3 Əyyub Cəfərqulu oğlunun ölümündən sonra miras qalmış Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci Köndələn küçəsi ünvanda yerləşən 4a nömrəli evin, 36 saylı mənzilinə vərəsə kimi tanınsın. X5 ölümündən sonra miras qalmış Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci Köndələn küçəsi ünvanda yerləşən 4a nömrəli evin, 36 saylı mənzilinə İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 hər birinin 1/6 payı müəyyən edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-425/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-425/2025
22.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver