Məhkəmə qərarları › İş №2(007)-434/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-434/2021

19.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-434/2021 19.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, Ərizəçi, üçüncü şəxslər X1, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 52 saylı Notariat ofisinə qarşı “notariat hərəkətlərinin aparılmasından imtinanın qanunsuz hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 52 saylı Notariat ofisinə qarşı “notariat hərəkətlərinin aparılmasından imtinanın qanunsuz hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 52 saylı notariat ofisin 29 dekabr 2018-ci il tarixli notariat hərəkətlərinin aparılmasından imtina haqqında qərarının qanunsuz hesab edilməsi, Azərbaycan Respublikasın ərazi bütövlüyü və müdafiəsi zamanı şəhid olan qardaşı X2 qalmış miras əmlak üzrə vərəsə kimi tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında X4 məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, 24.03.1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş X5 onun atası olmuşdur. İddiaçı isə onun bacısıdır. Ölənin bacı və qardaşları ikinci növbəli vərəsə olduğundan o, ölənin birinci növbəli vərəsəsidir. 05.02.2008-ci il tarixdə övladlığa götürüldüyündən soyadı və ata adı müvafiq olaraq dəyişdirilmişdir. Vərəsəlik haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 52 saylı Notariat Ofisinə müraciət etmişdir. Ona 05 mart 2020-ci il tarixli məktubla imtina cavabı verilmiş və məhkəməyə müraciət etməyi izah edilmişdir. Bununla bağlı olaraq bildirir ki, hal-hazirda ölənin vərəsələri barəsindəki hüquq haqqında mübahisə vardır. Qeyd olunanları nəzərə alıb, onu iş üzrə cəlb etməyi və mübahisənin obyektiv baxılması ilə əlaqədar olaraq tərəflərin ümumi əsaslarla iddia verməsi üçün idiaçı Ərizəçi Bakı şəhəri 52 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı” tələbi üzrə məhkəmənin icraatında olan 2(007)-434/2021 saylı mülki iş ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X1 vəkili və nümayəndəsi Lələyev X3 Sevinc Rafiq qızı tərəfindən verilmiş ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi və mülki işin baxılmamış saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ərizənin dəlillərini mülki işin materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iş üzrə hüquq haqqında mübahisə yarandığından, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır; 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edildiyindən, Ərizəçi hazırkı ərizəsinə xüsusi icraat qaydasında baxıla bilməz, ona görə həmin ərizə baxılmamış saxlanılmalı, ümumi əsaslarla iddia icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.10, 260, 306, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 52 saylı Notariat ofisinə qarşı “notariat hərəkətlərinin aparılmasından imtinanın qanunsuz hesab edilməsi” barədə ərizəsi baxılmamış saxlanılsın. Ümumi əsaslarla iddia icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması Ərizəçi izah edilsin. Qərardad Ərizəçi tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar