Məhkəmə qərarları › İş №2(007)-44/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-44/2023

03.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-44/2023 03.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Orujova Kiamalenin Cavabdeh qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi və əsassız varlanma nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Orujova Kiamale Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh, onun ailə üzvlərinin və qeyrilərinin Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2561-ci məhəllə, ev 72F, 72D, 72E, 148 saylı (yeni qaydalarla: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 32 M8, m2) mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq təhvil verilməsi və məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 100 manat məbləğində pul vəsaitiinin tutularaq iddiaçı Orujova Kiamaleyə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Cavabdeh və onun ailə üzvlərinin Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2561-ci məhəllə, ev 72F, 72D, 72E, 148 saylı (yeni qaydalarla: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 32 M8, m2) mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq təhvil verilməsi və dəymiş zərərə görə 11 avqust 2020-ci il tarixdən qətnamə icra olunanadək aylıq 500 (beş yüz) manat məbləğində kirayə haqqının və məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək iddiaçı Orujova Kiamalenin Cavabdeh qarşı iddia ərizəsinin xahiş edirəm hissəsində “kirayə haqqının” sözünün “əsassız varlanma nəticəsində vurulmuş ziyana görə” kimi oxunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2561-ci məhəllə, ev 72F, 72D, 72E-də yerləşən 148 saylı, (yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 32 M8, m2) mənzil Kəmalə Orucova tərəfindən Mənzil tikinti kooperativindən əldə edilmişdir. Həmin mənzil əldə edildikdən sonra iddiaçının müraciətinə əsasən mənzil üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınaraq bu barədə ona 11 avqust 2020-ci il tarixli **********02-05301-093138 reyestr nömrəli çıxarış verilmişdir. Sonradan mənzil Bahadur adlı şəxsin vasitəçiliyi ilə (maklerin) şifahi razılıq əsasında Cavabdeh aylıq 500 (beş yüz) manat məbləğində kirayə haqqının ödənilməsi şərli ilə kirayəyə verilmişdir. Lakin cavabdeh 11 avqust 2020-ci il tarixindən hal-hazıradək heç bir dəfə kirayə haqqı ödəməmişdir. Cavabdeh və onun ailə üzvləri mənzildən qanunsuz istifadə edirlər. Həmin şəxslərlə iddiaçı arasında heç bir müqavilə bağlanmamış, yalnız şifahi razılıq əsasında müəyyən haqq müqabilində həmin mənzildə qalmalarına icazə vermişdir. Lakin hazırda həmin şəxslərin iddiaçıya məxsus mənzildən çıxarılması zərurəti yaranmışdır. Cavabdeh iddiaçının ailə üzvü deyil, qohumluq əlaqələri yoxdur, aralarında heç bir hüquq münasibəti yaranmamış və heç bir müqavilə bağlamamışlar. İddiaçı dəfələrlə cavabdehdən mənzili tərk etmələrini və mənzili təhvil vermələrini xahiş etsə də, o imtina etmiş və mənzili tərk etməyəcəklərini bildirmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(007)- 4416/2021 saylı qərardadı ilə, Cavabdeh mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(007)-317/2022 saylı qərardadı ilə, Cavabdeh mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh şikayət verərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(007)-317/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-317/2022 saylı qərardadı ilə, məhkəmənin 28 iyun 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4807/2022 saylı qərardadı ilə, Cavabdeh Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməsi və geri qaytarılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-317/2022 saylı qərardadı ilə, Cavabdeh Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2(007)-317/2022 saylı qərardadından verdiyi şikayətin geri qaytarılması, qərardadda göstərilən nöqsan aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada şikayətlə məhkəməyə müraciət edə bilmək hüququnun cavabdehə izah edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh elektron kabinet vasitəsilə şikayət verərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-317/2022 saylı qərardadın ləğv edilməsi və ya məhkəmə aidiyyətinin dəyişdirilərək işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizənin təmin edilməməsi haqqında xx.xx.2022-ci il tarixli, 2(007)-317/2022 saylı qərardaddan verilmiş şikayəti baxılması üçün işlə birlikdə qanunla müəyyən olunmuş qaydada aidiyyəti instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-317/2022 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsmiş və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6674/2022 saylı qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)- 317/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilmiş və mülki iş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-5944/2022 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 6674/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, iddianı qəbul etmir. Qeyd etmişdir ki, icraatda olan 2(007)-4416/2021 №-li işdən iddiaçı Orujova Kimale cavabdeh qismində ona, yəni Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Şəhəri, Nizami Rayon Məhkəməsinə müraciət edərək, “onun, ailə üzvlərinin və qeyrilərinin Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2561-ci məhəllə, ev 72F, 72D, 72E, 148 saylı mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq təhvil verilməsi və məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 100 manat məbləğində pul vəsaitinin iddiaçı Orujova Kiamalenin xeyrinə tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan iddia ərizəsi, prosessual hüquq və vəzifələrin izahı haqqında bildiriş və işin məhkəmədə hazırlanması mərhələsinin Bakı şəhəri, Nizami rayon Məhkəməsinin binasında keçirilməklə hazırlıq iclasının xx.xx.2021-ci tarixdə, saat 10:25-ə təyin edilməsi haqqında məktub ona məhkəmə qəbzinə imza etdirilməklə xx.xx.2021-ci il tarixdə təqdim olunmuşdur. Bundan sonra iddia ərizəsi ilə tanış olarkən ona məlum olmuşdur ki, iddiaçı onu və ailə üzvlərinin qeyd olunan yaşayış sahəsindən çıxarılmasını xahiş etmişdir. İddiaya dair münasibət bildirərək qeyd edir ki, iddiaçı mənzilin həqiqətən də Bahadur adlı şəxsin vasitəçiliyi ilə şifahi razılıq əsasında Cavabdeh kirayəyə verildiyini, onun və ailə üzvləri ilə iddiaçı arasında heç bir müqavilə bağlanmadığını, yalnız şifahi razılıq əsasında müəyyən haqq müqabilində həmin mənzildə qalmaqlarına icazə verilməsini, cavabdehlə ailə üzvü və qohumluq əlaqələrinin olmamasını göstərdiyi hissədə düz danışsa da, qalan hissədə yalan danışır. Belə ki, 2016-cı ilin oktyabr ayında Nizami rayonunda maklerlik fəaliyyəti ilə məşğul olan Vəli adlı maklerin (mob. telefon nömrəsi) vasitəsi ilə 20 ildən artıq müddət ərzində yaxından tanıyıb çox yaxşı münasibət saxladığı, etibarına zərrə qədər şübhə etmədiyi, qaynanasının blok qonşusu olan Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan Bahadur adlı digər maklerlə iki nəfər şahidin yanında hazırda yaşadığı mənzilin əşyasız vəziyyətdə, ən azı 8 il müddətinə, aylıq kirayə haqqının 450 manat məbləğində qabaqcadan ödənilməsi, hər iki maklerin hər birinə bir dəfəyə qabaqcadan 300 manat, depozit şəklində 2000 manat, mənzildə kondisioner və çilçıraqların quraşdırılmasının makler X1, lazım olan digər əşyaların alınması və quraşdırılması xərclərinin isə onun üzərinə qoyulması və bu xərclərin mənzilin təhvil verilməsi müddətinin sonuna 2 il 6 ay qalmış, lakin 15 min manatdan artıq olmamaq və həmin əşyaların mənzili təhvil verərkən mənzildə qalması şərti ilə şifahi olaraq kirayə müqaviləsi bağlamışlar. Həmin vaxtdan 2021-ci ilin sentyabr ayınadək olan müddətdə 450 manat məbləğində aylıq kirayə haqlarını o özü, bir çox hallarda isə etibar etdiyi digər şəxslərin vasitəsi ilə vaxtlı-vaxtında şəxsən makler X2 ödəmişlər. Yuxarıda qeyd etdiyi kimi mənzildə kondisionerlərin quraşdırılmasını müqavilə şərtlərinə əsasən makler X4 öz üzərinə götürüb balaca otaqların ikisinə quraşdırsa da, istifadə etdikləri böyük otağa quraşdırmırdı. 2021-ci ilin yay ayları çox isti keçdiyi üçün o, həmin ilin avqust ayının əvvəllərində aylıq kirayə haqqını Bahaddinə ödədikdən sonra, ondan böyük otağa da kondisioner quraşdırmasını xahiş etmişdir. O, mənzilin sahibi ilə danışıb bunu edəcəyini bildirsə də, hər il olduğu kimi bunu etməkdən yayındı və ona dedi ki, imkan varsa həmin otağa kondisioneri o, öz pulu ilə quraşdırsın və çəkdiyi xərcin pulu qədər kirayə haqqını ödəməməsini dedi. Cavabdeh onun dediyi kimi də edib təzə qiyməti 3500 manatdan artıq olan, lakin işlənmiş olsa da saz vəziyyətdə olan 1700 manat məbləğində kondisioner quraşdırdı və sentyabr ayından başlayaraq kirayə haqlarını ödəməkdən imtina edib, mənzilə aldığı və quraşdırdığı əşyaların dəyəri başa çatanadək, bu təqribən 2 il 6 aydan bir az müddət təşkil edir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, o, Səmənd qonşuluqda qalırdı oradan tanıyırdı. Səmənd ona kirayə ev axtardığını demişdir. Səməndə onun da tanıdığı yaxın adamların kirayə mənzili olduğunu demişdir. Danışdılar razılaşdılar. Həmin evdə 1-2 il qaldı. Kirayə pulunu da ödəyirdi, sonradan ödənişi dayandırdı. Yoldaşı rəhmətə getdi. Səməndin yoldaşının rəhmətə getməsini də nəzərə aldılar. Əvvəl 450 manat kirayə pulu verirdi mənzilin birinci sahibinə. Mənzili ona birinci sahibi kirayə vermişdir. Kəmalənin qohumu idi. Sonra mənzil Kəmalənin mülkiyyətinə keçdi. Ondan sonra heç nə ödəməmişdir. Kəmalə kirayə haqqını 500 manata qaldırmışdır. Səmənd 1 şkaf və 1 ədəd kondisioner quraşdırıb, qalan hər şey evdə var idi. Təxminən 2020-ci ilin avqust ayından kirayə haqqını ödəmir. Neçə dəfə ondan pulu istəsə də verməmişdir. Bu gün sabah verəcəyini deyib sonra da gizlənmişdir. Onu polisə vermiş, sonra da demişdir ki, pulu vermir, kimə istəyirsə, şikayət eləsin. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, o, Kəmalə xanımın qaynı oğludur. Əvvəllər təxminən 2018-2019-cu illərdə mənzilin kirayə haqqı 450 manat idi, sonradan 2020-ci ilin avqust ayının 11-dən 500 manat məbləğə qaldırılmışdır. Kirayə haqqı qalxandan sonra Səmənd kirayə haqqını ödəməmişdir. Əvvəlki kirayə haqqını yəni 450 manat olanda o, da əlbəəl götürmüş, karta da ödəmişdir. Onu da vaxtında ödəmirdi, gecikdirirdi və ya tam ödəmirdi. Səmənd mənzildə 1 kondisioner və 1 şkaf düzəltdirib. Səmənd mülkiyyətçi dəyişib Kəmalə xanım olanda da orada qalırdı. Kəmalə xanımla kirayə haqqını 500 manata razılaşlmışdırlar, amma heç nə ödəmədi. Kirayə haqqını istəyəndə onu polisə vermişdir. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. 02 mart 2023-cü il tarixdə vəsatət verərək hal-hazırda o, “parkinson, seroneqativ spondiloartrit və ortroz” kimi ağır xəstəliklərdən dolayı Əfəndiyev adına Şəhər Xəstəxanasında stasionar qaydada müalicə olunduğunu, həkimlərin dediyinə görə müalicələri ən az 25 mart 2023-cü il tarixinədək davam edəcəyini bildirmişdir. Ona görə vəsatətin təmin olunaraq məhkəmə iclasının 25 mart 2023-cü il tarixdən sonra günün ikinci yarısına təyin edilməsini xahiş etmişdir. Vəsatət təmin olunmamışdır və mülki işin baxışı davam etdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş iddiaçının vəkili və nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - MYİ seriyalı, 052527 nömrəli Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi vəsiqəsinin surətindən görünür ki, X6 Respublikasının vətəndaşıdır. 12 mart 2021-ci il tarixdən 12 mart 2022-ci il tarixədək Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamağa icazə verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********02-05301-093138 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2561ci məhəllə, ev 72F, 72D, 72E, 148 saylı (yeni qaydalarla: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 32 M8, m2) mənzil tam pay hüququ ilə Orujova Kiamaleyə məxsusdur. - xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Orujova Kiamale tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2561-ci məhəllə, ev 72F, 72D, 72E, 148 saylı (yeni qaydalarla: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 32 M8, m2) mənzil tam pay hüququ ilə Orujova Kiamaleyə məxsusdur. Mənzil Orujova Kiamale tərəfindən Mənzil tikinti kooperativindən əldə edilmişdir. Sonradan mənzil Bahadur adlı şəxsin vasitəçiliyi ilə (maklerin) şifahi razılıq əsasında Cavabdeh aylıq 500 (beş yüz) manat məbləğində kirayə haqqının ödənilməsi şərti ilə kirayəyə verilmişdir. Cavabdeh etiraf etmişdir ki, mənzili həqiqətən də Bahadur adlı şəxsin vasitəçiliyi ilə şifahi razılıq əsasında kirayəyə götürmüşdür. İddiaçı faktiki mülkiyyətində olan mənzilin boşaldılmasını cavabdehdən tələb etsə də, cavabdeh və ailəsi mənzili boşaltmamışlar. Hazırda iddiaçı sözügedən mənzilin boşaldılaraq ona təhvil verilməsi və cavabdeh tərəfindən dəymiş ziyanın ona ödənilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, Konvensiyada təsbit olunmuş hüquqların yurisdiksiyasında olan insanlar üçün təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının həmin Konvensiyaya qoşulması milli məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanunyaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır. “ “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X7rşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilib-edilməməsi müəyyənləşdirilməlidir. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozub-pozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. O cümlədən, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Cavabdeh və ailə üzvlərinin isə iddiaçıya məxsus olan mənzilə dair mülkiyyət hüququnun belə qeydiyyatı mövcud deyildir, habelə məhkəmə iclasında da Cavabdeh tərəfindən bunun əksini təsdiq edə biləcək dəlillər məhkəməyə təqdim edilməmişdir, əksinə o, məhkəmə iclasında iddia tələbini etiraf etməklə, qeyd olunan mənzilin ona məxsus olmadığını, hər ay 450 manat kirayə haqqı verməklə orada yaşadığını, həmçinin müəyyən müddət kirayə haqqının əvəzinə kondisioner, çıl-çıraq və digər əşyalar aldığını bildirmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, boşaldılması tələb edilən mənzilin iddiaçı Orujova Kiamaleyə məxsus olması işin mübahisəsiz halıdır. Məhkəmə yuxarıda istinad edilən maddi hüquq normalarının tələbləri baxımından qeyd edir ki, iddia tələbi mənzilin boşaldılması hissəsində əsaslı olduğundan təmin edilməli, qeyd olunan mənzil cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir. İddia tələbinin “11 avqust 2022-ci il tarixdən qətnamə qanuni qüvvəsini alan günədək əsassız varlanma nəticəsində vurulmuş ziyana görə hər ay 500 (beş yüz) manat ödənilməsi” ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı həmin tələbini onunla əsaslandırmışdır ki, cavabdeh və ailəsi artıq bir müddətdir ki, onun mülkiyyət hüquqlarını məhdudlaşdırmaqla mənzili tərk etməmişlər, bununla ona maddi ziyan dəymişdir. Belə ki, özünə məxsus olan mənzili kirayəyə verərək gəlir əldə etmək məqsədində olsa da, cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində bu mümkün olmamışdır. Cavabdeh isə əvvəlki məhkəmə iclasında izahatında həmin mənzildə ailə üzvləri ilə birlikdə 450 manat kirayə haqqı müqabilində kirayəşin kimi yaşadıqlarını bildirməklə qeyd olunan halı etiraf etmişdir. Həmçinin məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahidlər bildirdilər ki, Cavabdeh əvvəlki mənzil sahibinə 450 manat kirayə haqqı ödəyirdi, mülkiyyətçi dəyişdikdən sonra yəni Orujova Kiamale ilə 11 avqust 2022-ci il tarixdən şifahi razılaşmaya əsasən kirayə haqqı 500 manat olmaqla Cavabdeh ailəsi ilə mənzildə kirayədə qalması barədə razılığa gəlmişlər. - “Yeniemlak.az” elan saytından çıxarılmış elanlardan görünür ki, ünvan 2 ünvanında yerləşən, cavabdehin kirayəyə götürdüyü mənzillə eyni sahədə, oxşar şəraitdə olan mənzillərin aylıq kirayə haqqı 500-600 manat civarındadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 135.1-ci maddəsinə əsasən pullar və sənədli qiymətli kağızlar da əşyadır. 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçının əsassız varlanma nəticəsində vurulmuş ziyanın ödənilməsi hissədə tələbi əsaslıdır, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, 11 avqust 2022-ci il tarixdən qətnamə qanuni qüvvəsini alan günədək əsassız varlanma nəticəsində vurulmuş ziyana görə hər ay 500 (beş yüz) manat Orujova Kiamaleyə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia tələbində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etdiyi və iddia tələbi təmin edildiyi üçün iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, Orujova Kiamaleyə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh və onun ailə üzvləri Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2561-ci məhəllə, ev 72F, 72D, 72E, 148 saylı (yeni qaydalarla: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 32 M8, m2) mənzildən çıxarılmalı və mənzil boşaldılaraq Orujova Kiamaleyə təhvil verilsməli, 11 avqust 2022-ci il tarixdən qətnamə qanuni qüvvəsini alan günədək əsassız varlanma nəticəsində vurulmuş ziyana görə hər ay 500 (beş yüz) manat Cavabdeh tutularaq Orujova Kiamaleyə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh və onun ailə üzvləri Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2561-ci məhəllə, ev 72F, 72D, 72E, 148 saylı (yeni qaydalarla: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 32 M8, m2) mənzildən çıxarılsın və mənzil boşaldılaraq Orujova Kiamaleyə təhvil verilsin. 11 avqust 2022-ci il tarixdən qətnamə qanuni qüvvəsini alan günədək əsassız varlanma nəticəsində vurulmuş ziyana görə hər ay 500 (beş yüz) manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, Orujova Kiamaleyə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar