Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-440/2023 15.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli MH Seriyalı 01682290 nömrəli dövlət reyestrindən Çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh1 onun doğma övladıdır, digər Cavabdeh2 oğlunun həyat yoldaşıdır. Cavabdeh1 ailə üzvü kimi qeydiyyatda olmaqla ona məxus mənizildə yaşamış və mənzildən istifadə hüququna malik olmuşdur. Digər Cavabdeh2 mənzilinə gəlin köçmüş və onun ərizəsinə əsasən qeydiyyata alınmışdır. Lakin bir necə il bundan əvvəl cavabdehlər yaşayış yerlərini dəyişmişlər: onlar Azərbaycan Respublikasını tərk edərək daimi yaşamaq üçün Rusiya Federasiyasına köçmüşlər və orada məskunlaşmışlar. Hazırda cavabdeh Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişlər. X8 Xidmətinin Moskva vilayəti üzrə vavabdeh Cavabdeh1 verilmiş xx.xx.2017-ci il tarixli ********** nömrəli pasportan müəyyən olunur ki, o X7 şəhərində yaşayırlar. Rusiya Fedarasiyasının DİN-nin Baş idarəsinin Moskva vilayəti üzrə 29.06. 2021-ci il tarixli **********1 nömrəli pasportdan müəyyən olunur ki X1 Vilayətinin Şatura şəhərində yaşayır. Qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 ünvan 2 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və ddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, zərf üzərində “bu ünvanda yaşamır” məzmununda qeyd edilərək məhkəməyə geri qayıtmışdır. Belə olan halda, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Xalq Deputatlarının 199167 saylı 10 oktyabr 1985-ci il tarixli orderinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzili İddiaçı adına qeydə alınmışdır, sonuncunun ailə tərkibi aşağıda adları qeyd olunan 3 nəfərdən ibarət olmuşdur: Musayeva Aida, Cavabdeh1, Musayeva Sevinc; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzili xx.xx.2008-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda İddiaçı adına qeydiyyata alınmışdır; - 5 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı, X10, Cavabdeh2, Cavabdeh1 və X11 ünvan 5da qeydiyyatdadır; - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-18/2-973/23 saylı məlumatından görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh2 xx.xx.2008-ci il tarixdən ünvan 4 ünvanında, xx.xx.2008-ci il tarixdən ünvan 5da qeydiyyatdadır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-18/2-5809-23 saylı məlumatından görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh1 xx.xx.2000-ci il tarixdən hazırki vaxtadək ünvan 6 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli 33/422 saylı məlumatından görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh2 xx.xx.2018-ci il tarixdə ölkədən çıxmışdır. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli 3-38-33/2-886/2023 saylı məlumatından görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh1 xx.xx.2022-ci il tarixdə ölkədən çıxmışdır. - Cavabdeh1 tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli 50 АБ ******* saylı etibarnamədən görünür ki, təşkilatlarında və mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq bütün səlahiyyətli orqanlarında, o cümlədən miqrasiya xisməti orqanlarında, Dİİ, DİŞ, MİK, Eİ, idarəetmə şirkətlərində, istənilən bələdiyyə qurumlarının inzibatlığında onun Rusiya Federasiyası ərazisində daimi yaşayışı ilə əlaqədar yaşayış yeri üzrə Azərbaycan Respublikası, ünvan 7 ünvanından qeydiyyatdan çıxarılmağı məsələsi üzrə onun maraqlarını təqdim etmək, bunun üçün onun adından ərizələr, vəsatətlər, arayışlar, vəsiqələr və digər sənədləri almaq və təqdim etmək, yığımları, rüsumları ödəmək, çıxış vərəqini və digər zəruri sənədləri almaq, bu tapşırıqla bağlı bütün hərəkətləri etmək səlahiyyətlərini vermişdir. - İV-ИК № 865003 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X3 arasında olan nikah 12 oktyabr 2021-ci il tarixdə pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında ********************0 nömrəli qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Musayev soyadı verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 3 ünvanında yerləşən mənzili xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2008-ci il tarixdə hazırkı İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçının oğlu Cavabdeh1 və X3 rəsmi nikah qeyd etdirmiş və birlikdə yaşamışlar. Cavabdeh1 xx.xx.2000-ci il tarixdə, cavabdeh X3 isə xx.xx.2008-ci il tarixdə iddiaçıya məxsus mənzilə qeydiyyata alınmışdır. Cavabdeh X3 xx.xx.2018-ci il tarixdən ölkəni tərk etmişdir. Hazırda iddiaçı oğlu və keçmiş gəlini olan cavabdehlərin mənzilə istifadə hüquqlarına xitam verilməsi ilə bağlı iddia qaldırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Xalq Deputatlarının 199167 saylı 10 oktyabr 1985-ci il tarixli orderi ilə müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən mənzili İddiaçı adına qeydə alınarkən oğlu Cavabdeh1 onun ailə üzvü kimi göstərilmişdir. O, mənzilə xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırda isə Rusiya Federasiyasınında daimi əsaslarla yaşayır və mübahisəli mənzildən qeydiyyatdan çıxmaqla bağlı maraqlarını təqdim etməyi atası, yəni iddiaçıya etibar etmişdir. Göründüyü kimi, Cavabdeh1 Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməklə, orada yaşayış yeri əldə etmiş və hazırda tərəflər arasında mübahisəli mənzillə bağlı mübahisə yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar MPM): 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tələbi Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin digər cavabdeh X2 münasibətdə aşağıdakıları qeyd edir. MPM-in 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlardan məlum olur ki, cavabdehlər bir nikaha daxil olmuş, daha sonra isə cavabdeh X3 iddiaçıya məxsus mənzilə qeydiyyata alınmışdır. Mübahisəli mənzil isə xx.xx.2008-ci il tarixdə tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda isə cavabdehlər arasında nikah pozulmuş, cavabdeh xx.xx.2018-ci il tarixdən ölkədən çıxmış və Rusiya Federasiyasında yaşayış yeri üzrə qeydiyyatda alınmışdır. Belə ki, iddiaçı ilə cavabdeh X3 arasında yaşayış sahəsindən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətləri 2009-cu ilədək yaranmışdır. Bu isə o deməkdir ki, mövcud mübahisə hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olan) normalarına uyğun həll edilməlidir. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində (İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Eyni Məcəllənin 60-cı maddəsinin 10-cu bəndinin sonuncu abzasında göstərilmişdir ki, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh iddiaçının gəlini olmuşdur, nikaha daxil olduqdan sonra cavabdeh iddiaçıya məxsus mənzilə xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır, hansı ki, cavabdeh hazırda iddiaçının oğlundan ayrılmış və 12 oktyabr 2021-ci il tarixdə nikahı pozulmuşdur, cavabdeh 6 aydan çoxdur ki, mübahisəli mənzildə yaşamır, oranı daimi əsaslarla tərk etmiş və onun qeydiyyatı formal xarakter daşıyır. Ümumiyyətlə cavabdeh ölkəni tərk edərək, özünə ayrıca yaşayış sahəsi seçərək orada yaşayır, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olması iddiaçının mənzildən istifadə hüququnun saxlanılması üçün əsas deyildir, mülkiyyətçinin ona məxsus əmlakdan istifadə etmək və ona dair sərəncam vermək hüququnun pozulması ilə nəticələnə bilməz. Ona görə də, iddia cavabdeh X2 münasibətdə də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcələsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnsan hüquqları haqqında bəyannamə”nin 17-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalqhüquqi aktlarında əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. Mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən cavabdehlərin iddiaçıya məxsus olan mənzildən istifadə hüquna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanında yerləşən mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanında yerləşən mənzilindən istifadə hüquqlarına xitam verilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-440/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-440/2023
15.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver