Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-443/2021 11.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Abdullayev Rafiq Nimət oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiasıi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə baxışında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin həcminin azaldılması barədə ərizə vermişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini onunla əsaslandırdı ki, o və İddiaçı2 cavabdeh X3 oölu ilə ilə bir müddət dostluq münasibətində olmuşlar. Bu münasibətə dayanaraq Nürəddin bir gün onlardan böyük məbləğdə pul istədi. Həmin pulu Nürəddinə iki dəfəyə verdilər. Nürəddin bu pulu onlardan iş görmək adı almışdı. Sonralar bildilər ki, Nürəddin onları aldadıb. Bu pulla iş görməyib, ilk dəfə onlardan 2018-ci ilin noyabr ayında 15750 manat miqdarında, ikinci dəfə isə 24 may 2019-cu ildə 14 nömrəli notariusda 22500 manat miqdarında pul alıb. 24.12.2019-cu il tarixinədək bu puldan qaytarmalı idi. Halbuki o zamandan onlara 2000 manat qaytarıb. Notariusda isə 6 ay içində ödəməyi öz öhdəsinə götürmüşdür. Qeyd olunanlara əsasən cavabdeh X1 24 may 2019-cu il tarixli borc müqaviləsi üzrə 28800 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçıların izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış və notarial qaydada təsdiq olunmuş 24.05.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı1 22500 manat məbləğində pulu Cavabdeh 24.12.2019-cu il tarixinədək 6 ay müddətinə hər ay 3000 manat və sonuncu ay 4500 manat olmaqla qaytarmaq şərti ilə borc vermişdir. Borcverən İddiaçı1 həmin məbləğin digər İddiaçı2 da aid olmasını bildirmiş və onunla birgə iddiaçı qismində məhkəməyə müraciət etmişlər. İş materiallarında olan 01.09.2019-cu il tarixli əlyazmadan görünür ki, Cavabdeh 2018-ci ilin noyabr ayında iş görmək məqsədilə İddiaçı1 və İddiaçı2 aldığı 15750 manat məbləğində borcdan 1000 manat ödəmişdir. İddiaçılar notarial qaydada təsdiq olunmuş 24.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən 2000 manat pulun qaytarıldığını etiraf etmişlər. Tərəflər arasında 15750 manat miqdarında şifahi borc müqaviləsinin olmasına dair sübutlar mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan 24 may 2019-cu il tarixli notarial qaydada təsdiq olunmuş kredit müqaviləsindən görünür ki,İddiaçı1 oölu X2 6 ay müddətinə hər ay 3000 manat sonunca ya isə 4500 manat qaytarmaq şərti ilə borc vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə 20.500 (iyirmi min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutulmalıdır. İddia tələbi qalan hissədə rədd olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə 20.500 (iyirmi min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-443/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-443/2021
11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver