Məhkəmə qərarları › İş №2(007)-4435/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4435/2021

08.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4435/2021 08.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi itələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin həcmini azaltmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə ddia tələbini onunla əsaslandırdı ki, hazırki iş üzrə cavabdehlə 05.07.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Onunla nikaha daxil olduqdan sonra cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyteri tərəfindən MH Seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatl haqqında ÇİXARİŞ-la iddiaçıya məxsus olan ünvan 1 ünvanına gəlin gəlib və qeyd olunan ünvanına pasport qeydiyatına salınıb. Onunla cavabdeh ailə qurduqdan sonra pasport qeydiyyatı üzrə iddiaçıya məxsus olan yuxarıda qeyd olunan ünvanda yerləşən evdə qeydiyyatda olmağına baxmayaraq faktiki olaraq yaşamayıb.Həmçinin bildirmək istəyir ki, uzun müddətdən bəri cavabdehlə onun arasında soyuq münasibətlər mövcuddur və buna görə cavabdeh atasının mənzilində yaşayır. Yuxarıda qeyd olunan səbəblərdən cavabdehin iddiaçıya məxsus yuxarıda qeyd olunan ünvanda yerləşən mənzilindəki pasport qeydiyyatı formal xarakter daşıdığından məcbur qalıb artıq cavabdehin iddiaçının mənzilindən istifadə hüququnun itirilməsi tələbinə dair məhkəməyə müraciət elmək zərurəti yaranmışdır.Qeyd olunanlara əsasən Cavabdeh Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 5 saylı evin 4 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 5 saylı evin 4 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına 31.01.2007-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 76 saylı MKİS-dən verilmiş 02.12.2012-ci il tarixli arayışdan görünür ki, cavabdeh mübahisəli mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 5 saylı evin 4 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına 31.01.2007-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Məhkəmə cavabdehin iddianı qəbul etdiyini nəzərə alaraq hesab edir ki, İddiaçı mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı və Cavabdeh iddiaçının mülkiyyətində olan mənzildən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 5 saylı evin 4 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar