Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-448/2022 10.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Maraqlı şəxs1 iştirakı ilə, Ərizəçi Rəsulova (Nuriyeva) Xədicə Cəbrayil qızının maraqlı şəxslər Maraqlı şəxs1, 4 saylı Bakı "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı "mirasın qəbul edilmə müddətinin buraxılmamış hesab edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Rəsulova (Nuriyeva) Xədicə Cəbrayil qızı maraqlı şəxslər Maraqlı şəxs1, 4 saylı Bakı "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı "mirasın qəbul edilmə müddətinin buraxılmamış hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Əriəçi Rəsulova (Nuriyeva) Xədicə Cəbrayil qızı məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını, işə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs1 ərizənin baxılmamış saxlanılmasına etiraz etməyərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Belə olan halda, məhkəmə hesab edir ki, ərizəçinin ərizənin qaytarılması barədə xahişi, maraqlı şəxsin işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi nəzərə alınaraq, ərizəçi Rəsulova (Nuriyeva) Xədicə Cəbrayil qızının maraqlı şəxslər Maraqlı şəxs1, 4 saylı Bakı "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı "mirasın qəbul edilmə müddətinin buraxılmamış hesab edilməsi” haqqında ərizəsi baxılmamış saxlanılmalı, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Ərizəçi Rəsulova (Nuriyeva) Xədicə Cəbrayil qızının maraqlı şəxslər Maraqlı şəxs1, 4 saylı Bakı "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı "mirasın qəbul edilmə müddətinin buraxılmamış hesab edilməsi” haqqında ərizəsi baxılmamış saxlanılsın və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyı geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-448/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-448/2022
10.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver