Məhkəmə qərarları › İş №2(007)-45/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-45/2024

01.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-45/2024 01.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “dəymiş zərərin əvəzinin və cərimənin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Rahatlığın Məkanı” MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “dəymiş zərərin əvəzinin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 118 nömrəli mənzilin Cavabdeh3 04 fevral 2021-ci il tarixli müqavilə üzrə bazar qiymətindən aşağı satılması nəticəsində dəyən zərər üzrə 30000 (otuz min) manat, ünvan 1 ünvanında yerləşən 118 nömrəli mənzilin Cavabdeh2 04 fevral 2021-ci il tarixli müqavilə üzrə bazar qiymətindən aşağı satılması nəticəsində dəyən zərər üzrə 30000 (otuz min) manat, cəmi 60000 (altmış min) manat pul vəsaitinin Cavabdeh1 alınıb "xxxx" MMC-nin hesabına ödənilməsi, 04 fevral 2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyinə görə Cavabdeh3 154235 (yüz əlli dörd min iki yüz otuz beş) manat məbləğində cərimənin alınaraq "xxxx" MMC-nin hesabına keçirilməsi, 04 fevral 2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyinə görə Cavabdeh2 154235 (yüz əlli dörd min iki yüz otuz beş) manat məbləğində cərimənin alınaraq “Rahatlığın Məkanı MMC-nin hesabına keçirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası xx.xx.2024-cü il tarixə, saat 11:00-a təyin edilmiş, tərəflərə qanunla müəyyən olunmuş qaydada bildiriş verilməklə məhkəmə iclasına dəvət edilmişlər. Lakin iddiaçının nümayəndəsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və işə onların iştirakları olmadan baxılması barədə xahişlə məhkəməyə müraciət etməmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 işin mahiyyəti üzrə baxılmasını tələb etmədilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz; 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Hazırkı halda, məhkəmə hesab edir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçının nümayəndəsi məhkəmənin çağırışına gəlmədiyindən və cavabdeh tərəf işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, proses isə çəkişmə prinsipinin təmin edilməsi yolu ilə həyata keçirilməli olduğundan, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddiaçıya məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə qərardadın ləğvi barədə vəsatət vermək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “dəymiş zərərin əvəzinin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə qərardadın ləğvi barədə vəsatət vermək hüququnun olması izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar