Məhkəmə qərarları › İş №2(010)-6085/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-6085/2025

12.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-6085/2025 12.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilə öhdəliklərinin pozulması və maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “müqavilə öhdəliklərinin pozulması və maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Asadzade Sanan" MMC-nin müqavilə öhdəliklərini pozduğunun tanınması və avtomobilə dəymiş 2250 manat məbləğində zərərin cavabdeh tərəfindən ödənilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.1.-ci məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “müqavilə öhdəliklərinin pozulması və maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi ilə bağlı heç bir hərəkət etməmişdir. Azərbaycan Respublikası Mülki Məcələsinin 423.2.-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, tələb tapşırıq müqaviləsindən irəli gəlmiş və müqavilənin tələbinə əsasən bu Müqavilədən irəli gələn bütün mübahisələr danışıqlar vasitəsilə həll edilməli, hazırki müqavilə üzrə mübahisələr tərəflərin öz aralarında, pretenziya irəli sürülməsi qaydası ilə həll edilməli və tərəflər arasında yaranmış mübahisələr 9.1-ci maddədə göstərilmiş qaydada həll ediimədikdə, mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzimlənməli və mübahisələrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılmalıdır. Lakin iddiaçı tərəf cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etməmiş, pretenziya verməmiş, müqavilənin ləğv edilməsi təklifini irəli sürməmiş və həmin təklifdən imtina olunması barədə tərəfin imtinasını almamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “müqavilə öhdəliklərinin pozulması və maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.1, 260, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “müqavilə öhdəliklərinin pozulması və maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, ərizədə olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə cavabdehə qarşı iddia ərizəsində göstərdiyi tələblə ərazi aidiyyati üzrə müvafiq rayon məhkəməsinə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar