Məhkəmə qərarları › İş №2(106)-1769/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1769/2025

22.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1769/2025 22.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul və mənəvi ziyan tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli 2(020)-195/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə baxıb MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh 29000 (iyirmi doqquz min) manat pulun, 230 (iki yüz otuz) manat notarius xidməti, binanın təmiri üçün xərclənmiş 520 (beş yüz iyirmi) manat, 1017 (bir min on yeddi) manat 14 (on dörd) qəpik manat ziyanın, Paritet-M MMC-yə ödənilən 165 manat xidmət haqqının və 190 manat dövlət rüsumun alınıb ona verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beyləqan Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli 2(020)-195/2025 saylı qətnaməsi ilə (hakim Ramiz Nurullayev) iddia qismən təmin edilərək Cavabdeh torpaq sahəsinin və obyektin alğı-satqısı üzrə 24320 (iyirmi dörd min üç yüz iyirmi) manat və ödənilmiş 162.96 (yüz altmış iki manat doxsan altı qəpik) manat dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilməsi, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 27.30 manatın özünə aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi Vəkil qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Mülki iş materialları 07 noyabr 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş və 20 noyabr 2025-ci il tarixli 2(106)-1769/2025 saylı qərardadla apellyasiya mümkün hesab edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. İşin apellyasiya məhkəmə baxışı zamanı Şirvan Apellyasiya Məhkəməsinə 22 yanvar 2026-cı il tarixdə Beyləqan Rayon Məhkəməsi tərəfindən məktub daxil olmuşdur. Adıçəkilən məktubla qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması məsələsinə baxılması üçün mülki işin baxışdan çıxarılıb Beyləqan Rayon Məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə tərkibi hesab edir ki, hazırkı halda mülki işin göndərilməsi ilə bağlı Beyləqan Rayon Məhkəməsi tərəfindən müvafiq müraciət olduğundan, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 20 noyabr 2025-ci il tarixli 2(106)-1769/2025 saylı apellyasiyanın mümkün hesab edilməsi barədə qərardadı ləğv edilməklə iş materialları apellyasiya baxışından çıxarılmaqla Beyləqan Rayon Məhkəməsinin qaytarılmalıdır. MPM-in 13.4-cü maddəsinin tələbinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 263, 264, 384, 400 və 402-ci maddələrini rəhbər tutub QƏRARVERDİ: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2025-ci il tarixli 2(106)-1769/2025 saylı apellyasiyanın mümkün hesab edilməsi barədə qərardadı ləğv edilsin və mülki iş apellyasiya baxışından çıxarılsın. Beyləqan Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli 2(020)-195/2025 saylı qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması məsələsinə baxılması üçün mülki iş materialları Beyləqan Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar