Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3339/2025 04.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-569/2025 nömrəli, 2 sentyabr 2025-ci il tarixli qərardadından İddiaç ı (vəkil Nümayəndə1) tərəfindən verilmiş kassasiya şikayətinə 4 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə1 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı (bundan sonra cavabdeh, yaxud MTK) qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh MTK-nın iddiaçı qarşısında 31 avqust 2021-ci il tarixli, kooperativ tərəfindən inşa olunan binada alğı-satqı üçün 387/2021 nömrəli müqavilədən irəli gələn öhdəliklər artıq ödənilmiş 6.049,60 manat həcmində pul vəsaitinin, tərəflərindən ödənilmiş 82 manat dövlət rüsumunun cavabdeh MTK-ya aid edilməsinə və ümumilikdə 6.131,60 manat məbləğinin MTK-dan tutulub iddiaçıya ödənilmə sinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. Abşeron Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(012)-2751/2024 nömrəli, 25 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia qismən təmin edilmiş, iddia ərizəsinin təmin edilməməsi, 100 manat ekspertiza xərcinin iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
3. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, cavabdeh MTK-nın iddiaçı qarşısında 31 avqust 2021-ci il tarixli, “Kooperativ tərəfindən inşa olunan binada alğı-satqı üçün mü qavilə №387/2021”-dən irəli gələn öhdəliklər üzrə artıq ödənilmiş 6.049,60 manat həcmində pul vəsaitinin və ödənilmiş 82,00 manat dövlət rüsumunun cavabdeh MTK-ya aid edilməsinə və ümumilikdə 6.131,60 manat məbləğinin MTK-dan tutulub iddiaçıya ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(105)-569/2025 nömrəli, 3 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Mirbahəddin Hüseynov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmiş, iddiaçıdan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat alınaraq Məhkəmə Eksperti zası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
5. Qətnamədən xx.xx.2025-ci il tarixdə iddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-569/2025 nömrəli, 2 sentyabr 2025-ci il tarixli qərardadı ilə iddiaçının kassasiya şikayəti geri qaytarılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin 3 iyun 2025-ci il tarixli qətnaməsi iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 elektron kabinetinə 19 iyun 2025-ci il tarixdə yerləşdirilmiş, bununla müddətin axımı ertəsi gündən başlayaraq 19 avqust 2025-ci il tarixəd ək davam etmişdir. Lakin iddiaçı tərəfindən qətnamədən kassasiya şikayəti qanunla nəzərdə tutulmuş müddətin bitməsindən 2 gün sonra, yəni 21 avqust 2025-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi iddiaçı kassasiya şikayəti ilə müraciət edərkən artıq prosessual müddəti ötürmüş, lakin bu müddətin bərpası barədə vəsatətlə məhkəmə kollegiyasına müraciət etməmişdir.
8. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.2, 129.1, 135.1, 405.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
9. Qətnamədən təkrarən xx.xx.2025-ci il tarixdə iddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunma sını xahiş etmiş, kassasiya şikayətinə prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə etmişdir.
10. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə onun “Elektron Məhkəmə” İnformasiya Sistemindəki şəxsi kabinetində 21 iyun 2025-ci il tarixində yerləşdirilmişdir. Lakin buna baxmayaraq iddiaçının xaricdə olması ilə bağlı onunla müqaviləni xx.xx.2025ci il tarixdə bağlamış və bununla da üzrlü səbəbdən 1 gün ötürülməklə kassasiya şikayəti vermişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-569/2025 nömrəli, 9 sentyabr 2025-ci il tarixli qərardadı ilə apellyasiya instansiyası məhkəməsinin 3 iyun 2025-ci il tarixli qətnaməsisindən iddiaçının kassasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir.
12. Apellyasiya insta nsiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının ərizəsində göstərilən xüsusatlar qətnamədən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə əsas hesab edilə bilməməklə formal mülahizədən ibarətdir. Buna görə də ərizə təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
13. Apellyasiya instansiyası məhkəməsinin 2 sentyabr 2025-ci il tarixli qərardadından İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin 2 sentyabr 2025-ci il tarixli qərardadının tamamilə ləğv edilməsini və prosessual müddətin buraxılmasını üzürlü səbəb kimi qəbul edib, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. 1
4. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti prossesual müddət 2 (iki) gün buraxılmaqla verilmişdir. Buna səbəb iddiaçının maddi imkanın olmaması və haqqı ödənilməklə “Vəkil xidmətinin göstərilməsi barədə müqavilə” bağlaya bilməməsi olmuşdur. İddiaçı ilə vəkilin arasında qeyd edilən müqavilə 21 avqust 2025-ci il tarixində bağlanmış, dərhal “Vəkil orderi” rəsmiləşdirilmiş və elə həmin gün də “kassasiya şikayəti” “Elektron Məhkəmə” sistemindəki “Şəxsi kabinet”-i vasitəsi ilə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
15. Kassasiya şikayəti verilməsi üçün buraxılmış prossesual müddətin bərpa edilməsinə dair apellyasiya instansiyası məhkəməsinə 30 avqust 2025-ci il tarixində ərizə verilmişdir. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ərizəni qiymətl əndirməməklə yanlış qərardad qəbul etmişdir. Bu da öz növbəsində apellyasiya məhkəməsi tərəfindən AR MPM-in 217. maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
16. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
17. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formas ında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir.
18. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
19. Maddə 129.1 İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
20. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
21. Maddə 130.3. Prosessual müd dətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
22. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
23. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
24. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) i lə çatdırılır.
25. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
26. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqa nına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
27. Maddə 135.5. Bu Məcəllənin 135.2, 135.3, 135.6 və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
28. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet ”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
29. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
30. Maddə 402.2.2 və 402.2.3. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya ş ikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında və kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
31. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
32. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayət ində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin v ə ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
39. Məhkəmə kollegiyası hesab edi r ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin buraxılması səbəblərinin üzrlü hesab olunmasına dair kassasiya şikayətinin dəlilləri əsassızdır.
41. Qeyd olunmalıdır ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya instansiyası məhkəməsinin qərardadından verdiyi kassasiya şikayətini, apellyasiya məhkəməsinin 3 iyun 2025-ci il tarixli qətnaməsindən kassasiya şikayətini qanunla müəyyən edilmiş prossesual müddət 2 (iki) gün buraxılmala verilməsi, buna səbəbin iddiaçının maddi imkanın olmaması və haqqı ödənilməklə “Vəkil xidmətinin göstərilməsi barədə müqavilə” b ağlaya bilməməsi olması, iddiaçı ilə vəkilin arasında qeyd edilən müqavilənin 21 avqust 2025-ci il tarixində bağlanması, dərhal “Vəkil orderi” rəsmiləşdirilməsi, elə həmin gün də “kassasiya şikayəti”ni “Elektron Məhkəmə” sistemindəki “Şəxsi kabinet”-i vasitəsi ilə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, kassasiya şikayəti verilməsi üçün buraxılmış prossesual müddətin bərpa edilməsinə dair apellyasiya instansiyası məhkəməsinə 30 avqust 2025-ci il tarixində ərizə verilməsi, apellyasiya məhkəməsinin ərizəni qiymətləndirməməklə yanlış qərardad qəbul etməsi ilə əsaslandırmışdır. Lakin apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, apellyasiya məhkəməsinin 3 iyun 2025-ci il tarixli qətnaməsi iddiaçı və onun vəkilinin “Elektron Məhkəmə” İnformasiya Sistemində olan kabinetin ə xx.xx.2025-ci il tarixdə deyil, xx.xx.2025-ci il tarixdə yerləşdirilmiş, deməli şikayət vermək hüququ olan iddiaçının 2 ay müddəti xx.xx.2025-ci il tarixədək olsa da, sonuncu bu müddəti 2 gün ötürməklə ötürülmüş müddəti isə xaricdə olması ilə əlaqələndirsə də, buna dair heç bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir.
42. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq apellyasiya məhkəməsinin 3 iyun 2025-ci il tarixli qətnaməsi iddiaçı və onun vəkilinin “Elektron Məhkəmə” İnformasiya Sistemində olan kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilməsi, lakin iddiaçı tərəfindən qətnamədən kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş müddətin bitməsindən 2 gün sonra, yəni 21 avqust 2025-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə daxil olmasını əsas gətirərək, kassasiya şikayəti müddət ötürülərək verildiyindən geri qaytarılması qənaətinə gəlmişdir.
43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallarda n irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər.
44. Həmçinin Avropa Məhkəməsi “Akif Həsənov Azərbaycana qarşı” qərarında göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” 45. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunl a nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
46. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməs inin qətnaməsindən qanunla müəyyən edilmiş 2 ay müddəti ərzində kassasiya şikayəti verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
47. Buraxılmış müddətin bərpası haqqında ərizə verilərkən onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.). İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 isə qətnamənin cavabdehə rəsmi qaydada təqdim edilməsindən 2 ay 2 gün müddət keçdikdən sonra kassasiya şikayətini elektron sistemə yükləməsinə baxmayaraq, birinci dəfə buraxılmış müddətin bərpası haqqında ərizə verməyə belə lüzum görməmişdir.
48. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsində kassasiya şikayətinin məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilməsi nəzərdə tutulsa da, bu hal şikayət vermək niyyətində olan şəxsin həmin müddətin sonuncu günlərini gözləməsi və şikayəti müddə tin bitməsinin sonuncu günündə verməli olması anlamına gəlmir. Həmçinin mübahisələndirilən qətnamənin tərəfə təqdim edilməsindən dərhal sonra kassasiya şikayətinin verilməsi ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət müəyyən edilməmişdir. İşdə iştirak edən şəxs qətnamədən həqiqətən də narazıdırsa, sonradan yarana biləcək nöqsanları aradan qaldırmaq üçün vaxt əldə etnmək məqsədi ilə, şikayətini mümkün qədər, şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ilkin mərhələsində verməli, həmin müddətdən qətnamənin icrasını gecikdirmək və digər başqa məqsədlər üçün istifadə etməməlidir.
49. Məhkəmə kollegiyası eyni zamanda iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1un kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək həmin dəlilləri əsassız hesab edir. Belə ki, İddiaçı nümayənd əsi və vəkili Nümayəndə1 kassasiya şikayətində buraxılmış prosessual müddətin üzürlü olmasını əsaslandıra bilməmişdir.
50. Bu səbəbdən kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən ver ilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-569/2025 nömrəli, 2 sentyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.