Məhkəmə qərarları › İş №2(1-8)-2781/2026

Ali Məhkəmə Qərardad — İş №2(1-8)-2781/2026

11.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-2781/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ilk iddiası, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayətinin onu verən şəxs tərəfindən elektron qaydada imzalanmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il # #### tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (vəkil Vəkil) və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (vəkil Nümayəndə) tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərini nəzərdən keçirərək, Müəyyən etdi: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 407.3-cü maddəsinə əsasən kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. MPM-in 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Hazırkı iş üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti yalnız vəkil Vəkil tərəfindən elektron qaydada imzalanmış və şikayətə onun iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi olmasını təsdiq edən sənəd əlavə edilməmişdir. (İş materiallarında mövcud olan etibarnamənin müddəti ##.##.2025-ci il tarixdə bitmişdir.) Belə olan halda kassasiya şikayəti onu verən şəxs, yəni iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən də imzalanmalı olduğu halda elektron qaydada imzalanmamışdır. Halbuki, MPM-in 74.2-ci maddəsində imperartiv qaydada tələb olunur ki, məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti geri qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şikayət verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla MPM-in 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Həmçinin, apellyasiya instansiyası məhkəməsi iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayətini geri qaytardıqdan sonra, mülki işi cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üçün Ali Məhkəməyə göndərməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il # #### tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar