Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-450/2020 11.02.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı“pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı OrucovaZərnişanMəhəmmədqızı cavabdehQuliyevNizami Əmiroğlunaqarşı iddia ərizəsiilə müraciətedərək,Cavabdeh 2500 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı OrucovaZərnişanMəhəmmədqızı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2008-ci il tarixindən topdan və pərakəndə mebel satışı ilə məşğul olur. 2016-ci ilin yanvar ayında Cavabdeh mağazaya gəlmiş, 6000 manat dəyərində qızına cehiz üçün mebel sifariş vermişdir. Pulun 3500 manatını ödəmiş, qalan 2500 manatın müxtəlif bəhanələrlə verməkdən boyun qaçırır. Dəfələrlə Cavabdeh borcun qaylarılmasını tələb etsə də, Cavabdeh borcun qaytarılması istiqamətində heç bir real addım atmamışdır. Tərəfindən Nizami rayon Polis İdarəsində şikayət ərizəsi ilə müraciət olunmuş və Cavabdeh barəsində tədbir görülməsini və ona olan borcunun qaytarılmasını xahiş etmişdir. Nizami RPİ-nin İŞnin müstəntiqi tərəfindən onun şikayətinə baxılmış, cinayət işi açılaraq araşdırma aparılmış və işin mülki xarakterli olduğunu qeyd edilərək cinayət işinin icraatına xitam verilmişdir. X2 tərəfindən aparılmış araşdırma zamanı Cavabdeh izahatı alınmış və ona borcu olduğunu etiraf etmişdir. Bu səbəbdən pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, həmin mebellər türkiyə istehsalıdır, yalnız döşək, onun altındakı dəmir və şuruplar, həmçinin petlələr çin istehsalıdır. Həmin mebellər Bursa şəhərindən gəlir. Lakin onların Türkiyədə istehsal olunmasına və oradan gətirilməsinə dair hazırda məhkəməyə sübutlar təqdim edə bilmir. O iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirib, izahat verərək göstərdi ki, iddiaaçı ilə onun arasında Türkiyədə istehsal olunmuş malların alınmasına dair razılığa gəlinmişdir. Həmin malların Türkiyə istehsalı olmasını və oradan gətirilməsini iddiaçı təsdiq sübut edə bilərsə, qalan 2500 manat pulu ödəməyə hazırdır. Lakin, sözügedən mebellər yerli istehsalıdır onların hazırlanmasında çində istehsal olunmuş avadanlıqlardan da istifadə olunmuşdur. Stulların ayaqlarıı bir-birindən fərqlənsiyi üçün onun iradından sonra iddiaçı onları dəyişdirmiş, lakin ollarda Türkiyə istehsalı mallar deyildir. İddiaçı onu aldatmışdır. Hesab edir ki, Türkiyə istehsalı dediyi mebellərin heç biri Türkiyədən gəlməmiş və orada istehsal olunmamışdır. Bunu cinayət işi üzrə mütəxəssislər də aktları ilə təsdiq etmişlər. Göstərdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 12 aprel 2018-ci il tarixdə Zahir Məmmədov, Sadiq Əhmədov, Hümbət Əhmədov, Tural Tağıyev tərəfindən tərtib və təsdiq olunmuş aktın surətindən görünür ki, onlar, «X5 arası Ticarət» şirkətinin nümayəndələri aktı ona görə tərtib etmişlər ki, həmin tarixdə, Azərbaycan Respublikası Daxili İşlər İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsinin Ağır cinayətlərin baş müstəntiqi polis kapitanı X1 12 aprel 2017-ci il tarixli qərarına əsasən təqdim olunan ünvan 1 ünvanında yerləşən X4 məxsus mebel dəstlərinə baxış keçirmişlər. Təqdim olunan mebel dəstləri yataq və qonaq dəstlərindən ibarətdir. Yataq dəstinə aid 1 ədəd 2 yerlik çarpayı, 1 ədəd yaylı çarpayı döşəyi, 1 ədəd siyrməli paltar dolabı, 2 ədəd tumba, 1 ədəd güzgülü sandıq (termo)dan ibarətdir. Təqdim olunan qonaq dəstinə aid olanlar aşağıdakılardan ibarətdir 1 ədəd yemək masası, 6 ədəd parca örtüklü oturacaqlar, 1 ədəd tevealtı stend, 2 ədəd künclük, 1 ədəd güzgülü sandıq. Təqdim olunan mebel dəstləri material olaraq laminatdan hazırlanıb. Mebellərin yaylı çarpayı döşəyi «Viva» adlı Azərbaycan Respublikasında istehsal olunan yerli istehsaldır. Yataq dəstinə aid çarpayı altdığı dəmirdən istehsal olunan yerli istehsaldır. Qonaq dəstinə aid masa və oturacaqlarda istifadə olunmuş taxtaların keyfiyyətsiz olmaqla yanaşı oturacaqların ayaq hissələrinin bir-birindən fərqli yəni, uzun-gödək, enli və ensiz olması, istifadə olunan materialların yığımı, bərkidilməsi Türkiyə Respublikasının fabrik malı olmasını təsdiqləmir. Yataq və qonaq otaqlarının mebellərində istifadə olunan rəzələr (petlələr) siyirmələrin bağlanması, rəflərin altına vurulan qoruyucuların keyfiyyətsiz olması, mebel materiallarında kəsim ölçülərinin bir-birindən fərqli olması, qapının üzündə olan laminatların və naxışların səliqəsiz kəsilməsi, şrub və aksesuarların səliqəsiz bağlanması təqdim olunan mebellər Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən mebel emalatxanalarının istehsalına oxşayır. Bu mebellerə baxış keçirdiyikləri vaxt onların üzərində Türkiyə mebel firmalarını təsdiq edəcək heç bir yazıya və emblemə rast gəlməmşlər. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı topdan və pərakəndə mebel satışı ilə məşğul olur. 2016-ci ilin yanvar ayında Cavabdeh mağazaya gəlmiş, 6000 manat dəyərində qızına cehiz üçün mebel sifariş vermişdir. Pulun 3500 manatını ödəmişdir, qalan məbləği isə ödəməmişdir. Hazırda İddiaçı cavabdehdən qalan məbləği tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh Türkiyə istehsalı olduğunu bildirdiyi mebel dəsti satmışdır. Cavabdeh razılaşdıqları 6000 manatın 3500 manatını ilkin olaraq ödəmişdir. Lakin iddiaçı cavabdehə aşağı keyfiyyətli mal vermişdir. Belə ki, 12 aprel 2018ci il tarixdə «X5 arası Ticarət» şirkətinin nümayəndələri tərəfindən tərtib olunmuş aktdan da görünür ki, İddiaçı Cavabdeh Türkiyə istehsalı olmayan aşağı keyfiyyətli mal satmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, İddiaçı məhkəmə iclasında verdiyi ifadəsində həmin mebellərin Türkiyə istehsalı olduğunu və oradan gətirildiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut növü təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı OrucovaZərnişanMəhəmmədqızının cavabdeh QuliyevNizami Əmiroğluna qarşı “Cavabdeh 2500 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı OrucovaZərnişanMəhəmmədqızının cavabdeh QuliyevNizami Əmiroğluna qarşı “Cavabdeh 2500 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30,0 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-450/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-450/2020
11.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver