Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-451/2024 10.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, X2, Ərizəçi və onun nümayəndəsi-vəkili Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X18 iştirakı ilə, Ərizəçi maraqlı şəxs ünvan 3az Rayon 1 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs ünvan 3az Rayon 1 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda yerləşən mənzildə pasport qeydiyyatındadır. Lakin hal-hazırda ünvan 2 ünvanında yerləşən mənzildə yaşayıram. ünvan 3az şahəri, Vağzal küçəsi, ev 38 ünvanında yerləşən mənzil mərhum xalası oğlu X5 mərhum həyat yoldaşı Potapenko Mariya yoldaşı Qriqoryevnadan ona miras qalmışdır. ünvan 2 ünvanında yerləşən mənzilin mülkiyyətçisi mərhum xalası oğlu X5 mərhum həyat yoldaşı X10. Mərhum xalası oğlu X15 xx.xx.2021-ci il tarixdə və onun həyat yoldaşı X19 isə xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Mərhum xalası oğlu X5 2 övladı olmuşdur. Qızı X24 xx.xx.2016-cı ildə, oğlu X17 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X20 və X11 övladı olmamışdır. Odur ki, X4 başqa mirası qəbul edəcək, mirasa faktiki rəhbərlik edəcək vərəsəsi yoxdur. O, X12 ölümündən sonra onun vərəsəsi kimi ondan miras qalmış mənzildə yaşayır, bütün kommunalları, təsərrüfat xərclərini öz vəsaiti hesabına ödəyir və faktiki olaraq mirası qəbul edərək idarə edir. Ondan başqa heç bir vərəsə yoxdur. Miras qalmış mənzilə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün ünvan 3az şəhərində yerləşən cavabdeh 1 saylı notariat kontoruna müraciət etmişdir, lakin X21 ilə qohumluq əlaqasini təsdiq edən sənəd olmadığından ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Anası (X6) və xalasının (Samoylenko Potapenko) İrina Qriqoryevna) bacı olmaları faktını, eləcə də xalası oğlu X15 ilə arasında qohumluq faktını şahidlər də təsdiq edə bilərlər. Bu səbəbdən də o, Bakı şəhər Nizami Ravon Məhkəməsinə qohumluq faktının müəyyən edilməsinə dair ərizə ila müraciət etmiş va anası (Samoylenko Praskovya riqorveyna) və xalasının (Samoylenko (Potapenko) İrina Origoryevna) bacı olmaları faktını, eləcə də xalası oğlu X15 ilə aralarında qohumluq faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsində maraqlı şəxs hal-hazırdaki cavabdeh Xaşmaz Rayon 1 Saylı Notariat Ofisi göstərmişdir. Onun ərizəsi Bakı şəhər Nizami Ravon Məhkəməsinin 2(007)-1217/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən təmin edilmiş və qətnamədə qeyd edilmişdir ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X7 ilə xx.xx.1993-c il ixda vafat etmiş Samoylenko (Potapenko) İrina Origorvevnanın bacı olmaları faktı müəyyən edilsin, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 Ərizəçi xalası oğlu olması faktı müəyyən edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1217/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra cavabdeh ünvan 3az Rayon 1 Saylı Notariat Ofisinə yenidən müraciat etmiş, bu dəfə isə başqa bəhanə gətirərək imtina etmişlər. Ona bildirmişlər ki, miras əmlakının qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair qətnamə olarsa, həmin mülkün onun adına mülkiyyət hüququnun tanınması üçün və dövlət reyestrində onun adına qeydiyyata alınması üçün ona vərəsəlik şəhadətnaməsi verə bilərlər. Göstərilənlərə əsasən, mərhum xalası oğlu X5 mərhum həyat yoldaşı X12 adına olan ünvan 2 ünvanında yerləşən miras əmlakın Ərizəçi tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edib, onun dəlillərinə uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili X23 ərizəni müdafiə edib, əlavə olaraq qeyd etdi ki, Ərizəçi ünvan 4 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. Həmin mənzil ona mərhum xalası oğlu Potapenko Viktorun həyat yoldaşından miras qalmışdır. Onlar daha əvvəl qohumluq faktının müəyyən edilməsinə dair tələb ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişlər. Miras əmlakının ərizəçi tərəfindən qəbul edilməsi barədə ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs ünvan 3az Rayon 1 saylı Notariat ofisinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxs ünvan 3az Rayon 1 saylı Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 3az Rayon 1 saylı Notariat ofisinin notariusu D.A.Tağıyevin Ərizəçi ünvanlanmış 24 avqust 2023-cü il tarixli, X-1079 saylı məktubundan görünür ki, ərizəçi 02 avqust 2013-cü ildə vəfat etmiş X8 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciət etmiş, ona bununla bağlı məhkəməyə müraciət etmək qaydası müraciət etməsi izah olunmuşdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(007)- 1217/2023 saylı qətnaməsindən görünür ki, Ərizəçi “qohumluq faktının müəyyən edilməsi” haqqında ərizəsi təmin edilmiş, 11 mart 2011-ci il tarixdə vəfat etmiş X9 ilə 23 noyabr 1993-cü il tarixdə vəfat Samoylenko (Potapenko) İrina Qriqoryevnanın bacı olmaları faktı müəyyən edilmiş, 08 aprel 2021-ci il tarixdə vəfat etmiş X5 Ərizəçi xalası oğlu olması faktı müəyyən edilmişdir. - 02 noyabr 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərkən 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, 11 mart 2011-ci il tarixdə vəfat etmiş X9 ilə 23 noyabr 1993-cü il tarixdə vəfat etmiş Samoylenko (Potapenko) İrina Qriqoryevna bacıdır və 08 aprel 2021-ci il tarixdə vəfat etmiş X15, Ərizəçi xalası oğludur. Bu fakt Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(007)-1217/2023 saylı qətnaməsi ilə müəyyən edilmişdir. 02 avqust 2013-cü il tarixdə vəfat etmiş X5 həyat yoldaşı X13 ünvan 2 ünvanında yerləşən mənzil miras qalmışdır. Ərizəçi vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı ünvan 3az Rayon 1 saylı Notariat ofisinə müraciət etmiş, ünvan 3az Rayon 1 saylı Notariat ofisinin notariusu 24 avqust 2023-cü il tarixli məktubla ona mübahisənin həlli üçün məhkəməyə müraciət etməsini bildirmişdir. Mərhumun oğlu X16 16 aprel 2021-ci il, qızı X24 08 yanvar 2016-cı il tarixdə vəfat etmişlər. Hazırda Ərizəçi başqa həmin miras əmlakı qəbul edəcək vərəsə yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.9-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan fakt kimi mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; Qanunvericliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarının 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi xalası oğlu X5 həyat yoldaşı X21 02 avqust 2013-cü ildə vəfat etmişdir və ona məxsus ünvan 3az şəhəri Vağzal küçəsi, ev 38 ünvanında yerləşən mənzil miras qalmışdır. Həmin mənzilə faktiki sahibliyi Ərizəçi həyata keçirir. X1i vərəsələri, mərhumun oğlu, Mərhumun oğlu X16 16 aprel 2021-ci il, qızı X24 08 yanvar 2016-cı il tarixdə vəfat etmişlər. Mərhumun həyat yoldaşı, yəni Ərizəçi xalası oğlu X15 isə 08 aprel 2021-ci ildə vəfat etmişdir. Məhkəmə, tədqiq olunmuş sübutların nəticəsi olaraq, istinad olunan maddi hüquq normalarının tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun anoloji işlər üzrə gəldiyi hüquqi nəticəyə əsaslanaraq, hesab edir ki, mərhum X8 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzildə Ərizəçi, kommunal və təsərrüfat xərclərini öz hesabına ödəməklə yaşamış, miras əmlakı faktiki idarə etmişdir. Bu hal sübutlar da nəzərə alınmaqla, işin mübahisəsiz halıdır. Mərhumun digər vərəsələri vəfat etmişdir. Ərizəçinin mirası faktiki qəbul edərək onu idarə etməsi qənaətinə gəlinməsi üçün real əsaslar vardır, ona görə məhkəmə belə qənaətə gəlir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, Ərizəçi xalası oğlu X5 mərhum həyat yoldaşı X13 miras qalmış əmlakı- ünvan 3az şəhəri, Vağzal küçəsi, 38 saylı evi - qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi- xalası oğlu X5 mərhum həyat yoldaşı X13 miras qalmış əmlakı- ünvan 3az şəhəri, Vağzal küçəsi, 38 saylı evi –qəbul etməsi faktı müəyyən edilsin. Qətnamə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-451/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-451/2024
10.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver