Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4540/2021 23.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məmmədov İbrahim Alim oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxs qarşı “ölmüş elan edilməsi barədə qətnamənin ləğv edilməsi və pensiya təminat hüququnun bərpa edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölmüş elan edilməsi barədə qətnamənin ləğv edilməsi və pensiya təminat hüququnun bərpa edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında Maraqlı şəxs qismində işə cəlb edilmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək onun, yəni Ərizəçi ölmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz ərizəsini onunla əsaslandırmışdır ki, guya onun barəsində alimentin ödənilməsi barədə məhkəmə qətnaməsinə əsasən barəsində axtarış elan olunmuş və uzun müddət onun barəsində heç bir məlumat olmamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsi 2-431/2004 nömrəli, 07 may 2004-cü il tarixli qətnamə qəbul etmiş, o, yəni Ərizəçi ölmüş elan edilmişdir. Məhkəmə qətnaməsindən onun uzun müddət xəbəri olmamış və bu barədə faktiki nikahda olduğu Maraqlı şəxs ona heç bir məlumat verməmişdir. Qeyd edir ki, o, heç vaxt cəmiyyətdən təcrid olunmuş halda olmamışdır və bütün insanlar kimi, o, müxtəlif şəhərlərdə, müxtəlif işlərdə çalışaraq ailəsinin və valideynlərinin saxlanılması üçün pul göndərmişdir. O, 1988-ci ildə Maraqlı şəxs ilə faktiki nikaha daxil olmuşdur və birgə nikahdan 3 övladları olmuşdur. Sonradan respublikamızda müəyyən müddətdə işsizlik olduğuna görə o da bir çoxları kimi Rusiya Federasiyasına getmişdir və bir müddət qazandığı vəsaitdən ailəsinin saxlanılması üçün pul göndərmişdir. Lakin sonradan işində çətinliklər olmuş və ailəsinin saxlanması üçün pul vəsaiti göndərə bilməmişdir. 2007-ci ildə o, Rusiya Federasiyasının Moskva şəhərindən Bakı şəhərinə qayıtmış və Maraqlı şəxs ilə görüşmüşdür, lakin Maraqlı şəxs qardaşı etdikləri qanunsuz əməllərdən özlərini sığortalamaq üçün onu polisə vermiş, polis araşdırılmasında onun heç bir günahının olmaması aşkar edilmişdir. Həmin vaxtı Maraqlı şəxs ona pis münasibət bəslədiyindən o, Şamaxı rayonuna getmişdir və yeni nikaha daxil olaraq bu vaxta kimi Şamaxı şəhərində yaşayır. Məhkəmənin nəzərinə çatdırır ki, o zaman ərizəçi onun barəsində məhkəməyə ərizə ilə müraciət edəndə məqsədli olmuş, lakin öz məqsədini gizli saxlamış və nə ona, nə də onun anasına bu barədə heç bir məlumat verməmişdir. Həmçinin qeyd edir ki, 2008-ci ildən bu vaxta kimi Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon Şöbəsində çalışmışdır. 2021-ci ildə pensiya yaşına çatdığı üçün müraciət etmiş və onun pensiyaya çıxmağı barədə DSMF qərar vermiş və pensiya kartı ona təqdim edilmişdir. Lakin, pensiyanı almaq üçün müraciət etdikdə ona bildirilmişdir ki, onun barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi vardır və həmin qətnamə ilə o, “ölmüş” hesab edilmişdir, ona görə də onun hesabına vəsaitin köçürülməsi dayandırılmışdır. O, bu barədə ilk dəfə məlumat aldıqdan sonra ərizə ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir və 25 oktyabr 2021-ci il tarixdə barəsindəki məhkəmə qətnaməsini almışdır. Onun barəsində məhkəmə qətnaməsinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq, o, obyektiv səbəblərdən qətnaməni ala bilməmişdir və ona görə hesab edir ki, qətnaməni qəbul etdiyi tarixə kimi buraxılmış müddət üzürlü hesab edilməli və onun ərizəsi icraata qəbul edilərək baxılmalıdır. Məhkəmə onun ölmüş elan edilməsi barədə qətnamə qəbul edərkən heç bir araşdırma aparmamış və onun valideynlərindən bu barədə heç bir məlumat almamışdır. Halbuki , o zaman onun anası sağ olmuş və onu harada yaşamasını Maraqlı şəxs bilmişdir. Lakin, nədənsə Maraqlı şəxs məhkəməyə yalan məlumat vermiş və məhkəmə həmin məlumatı əsas götürməklə əsassız qətnamə qəbul etmişdir. Buna görə də, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2-431/2004 nömrəli, 07 may 2004-cü il tarixli qətnaməsinin ləğv edilməsi, Azərbaycan Respublikası vətəndaşı kimi onun bütün hüquqlarının, o cümlədən pensiya təminat hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verib, əlavə olaraq bildirdi ki, o, xx xxxx 1956-cı ildə anadan olmuşdur, Şamaxı rayonunda qeydiyyatdadır, 15 ilədək Dövlət Sosial Müdafiə Fondunda işləmişdir. Onun ölüm faktının təsdiqi barədə Maraqlı şəxs qətnamə çıxartdırmışdır. Belə ki, o, Maraqlı şəxs ilə faktiki nikahda olmuşdur və birgə münasibətdən üç övladları anadan olmuşdur. Onlar Moskva şəhərində yaşamışlar, sonra isə onun ailə üzvləri ona demişlər ki, “Arzunun anası ermənidir” və buna görə də onları evlənməyə qoymamışlar. Bundan sonra Arzu Bakı şəhərinə qayıtmış, o isə Moskva şəhərində qalmışdır. 2006-cı ildə atası rəhmətə getdiyi üçün, anası tək qalmış, buna görə də, o, Bakı şəhərinə anasının yanına qayıtmışdır. 2007ci ildə isə onun anası da rəhmətə getmişdir. Onun anası rəhmətə gedəndən sonra Arzu ilə heç bir əlaqəsi olmamışdır, çünki Arzunun ailəsi elə bir ailədir ki, onunla əlaqə yaratmamışlar, hətta bir dəfə ərzaq alıb Arzugilə aparmış, Arzunun qardaşı isə “sən bizə lazım deyilsən” deyib, ərzaqları tullamışdır. Sözügedən müddətdə uşaqlarını da ondan gizlətmişlər. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxs ərizənin dəlillərini qəbul etməyib, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Ərizəçi ərizəsində göstərilənlərin heç biri həqiqəti əks etdirmir. Belə ki, ərizəçi uzun müddət təyin edilmiş alimenti ödəmədiyindən axtarışda olmuş, onu azyaşlı uşaqları ilə birlikdə atıb getmiş, sonuncu ilə uzun müddət əlaqə saxlaya bilməmişdir. O, birgə münasibətlərindən doğulmuş üç azyaşlı uşaqla tək qalmış, bundan sonra bacısıgilə getmiş, uşaqların saxlanması üçün bütün məsrəfləri onun öz bacısı və digər qohumları çəkmiş, daim ona köməklik göstərmişlər. 2004-cü ildən halhazıradək keçən müddət ərzində ərizəçinin birdən-birə ortalığa çıxaraq, qətnamənin ləğvini tələb etməsi əsassızdır, o cümlədən ona bütün vurulmuş maddi və mənəvi zərərlərə görə o, ərizəçiyə qarşı iddia qaldıracaqdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 may 2004-cü il tarixli, 2-431/2004 saylı qətnaməsindən görünür ki, xx xxxx 1956-cı il tarixdə Bakı şəhərində anadan olmuş Ərizəçi ölmüş elan edilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi günün Ərizəçi ölüm günü sayılması qət edilmişdir; -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 may 2004-cü il tarixli, 2-431/2004 saylı qətnaməsinin “təsviri-əsaslandırıcı” hissəsindən müəyyən olunur ki, aliment ödəməkdən yayınması ilə əlaqədar və Ərizəçi yaşayış və iş yeri məlum olmadığından onun barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 sentyabr 1998-ci il tarixli qərardadı ilə axtarış elan edilmişdir; -ИТ-İ seriyalı, ******* saylı əmək kitabçasının surətindən görünür ki, 05 may 1956-cı il təvəllüdlü Ərizəçi 25 fevral 2008-ci il tarixdə 12 nömrəli əmrlə Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinə “gözətçi” vəzifəsinə işə qəbul edilməklə, həmin orqanda 06 sentyabr 2021-ci il tarixədək müxtəlif vəzifələrdə çalışmış, 06 sentyabr 2021-ci il tarixdə isə **********7 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilmişdir; -AZ-İİ seriyalı, 086994 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X1 11 fevral 2016-cı il tarixdə Şamaxı rayon Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 39 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Bayramov”, arvada “Bayramova” soyadları verilmişdir; -"xxxx" ASC tərəfindən verilmiş plastik kartın surətindən görünür ki, həmin kartın üzərində kart sahibi “Ərizəçi”, kartın təyinatı olaraq “DSMF” qeyd edilmişdir, həmin plastik kart 2023-cü ilin sentyabr ayınadək istifadəyə etibarlıdır; -AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmş 26 oktyabr 2021-ci il tarixli, 2514 saylı arayışdan görünür ki, xx xxxx 1956-cı il təvəllüdlü Ərizəçi xx xxxx 1956-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Məhkəmə iclasında müəyyən olundu ki, hazırkı Ərizəçi ilə Maraqlı şəxs faktiki nikah münasibətində olmuşlar, onların birgə münasibətindən 3 uşaqları doğulmuşdur. Hazırkı ərizəçinin aliment ödəməkdən yayınması ilə əlaqədar onun yaşayış və iş yeri məlum olmadığından barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 sentyabr 1998-ci il tarixli qərardadı ilə axtarış elan edilmişdir. Həmin tarixdə Ərizəçi barəsində elan edilmiş axtarışın nəticəsi olmadığından Maraqlı şəxs 2004-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 07 may 2014-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, xx xxxx 1956-cı il tarixdə Bakı şəhərində anadan olmuş Ərizəçi ölmüş elan edilmişdir. Hazırda Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş həmin qətnamənin ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 312-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir; 313-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, işin faktiki hallarından da göründüyü kimi, hazırkı ərizəçi yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün məhkəmənin müəyyən etdiyi qaydada alimenti ödəmədiyindən onun barəsində 1998-ci ildə axtarış elan edilmiş, lakin 5 ildən artıq müddət ərzində onun barəsində məlumat olmadığı üçün Maraqlı şəxs ərizəsi əsasında hazırkı Ərizəçi ölmüş elan edilmişdir və bu işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Azərbaycan Respunlikası Mülki Prosessual Məcəlləsinin 316-cı maddəsinə əsasən, xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq, belə qənaətə gəlir ki, ölmüş elan edilmiş şəxs Ərizəçi gəldiyindən, bu barədə qəbul edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 may 2004-cü il tarixli, 2-431/2004 saylı qətnaməsi ləğv edilməli, ərizə həmin hissədə təmin edilməlidir. Məhkəmə ərizənin “Azərbaycan Respublikası vətəndaşı kimi onun bütün hüquqlarının, o cümlədən pensiya təminat hüququnun bərpa edilməsi” ilə bağlı hissəsinə münasibətdə isə qeyd edir ki, ərizədən və həmin ərizəyə əlavə edilmiş sübutlardan da göründüyü kimi, ərizəçinin pensiya təminatı məsələsi Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu barədə qərar qəbul edilməklə öz həllini tapmış, habelə ərizəçiyə bununla bağlı plastik kart təqdim edilmiş, sadəcə sonuncunun ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi həmin orqana məlum olduqdan sonra pensiyanın verilməsi prosesi dayandırılmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, ərizə həmin hissədə təmin edilməməli, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə əsasında pensiya təminatı məsələsi ilə bağlı bu barədə qərar qəbul etmiş orqana müraciət etmək hüququnun olması ərizəçiyə izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, xx xxxx 1956-cı il tarixdə Bakı şəhərində anadan olmuş Ərizəçi ölmüş elan edilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 may 2004-cü il tarixli, 2-431/2004 saylı qətnaməsi ləğv edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Hazırkı qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx xxxx 1956-cı il tarixdə Bakı şəhərində anadan olmuş Ərizəçi ölmüş elan edilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 may 2004-cü il tarixli, 2-431/2004 saylı qətnaməsi ləğv edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə əsasında pensiya təminatı məsələsi ilə bağlı bu barədə qərar qəbul etmiş orqana müraciət etmək hüququnun olması ərizəçiyə izah edilsin. Hazırkı qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-4540/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4540/2021
23.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver