Məhkəmə qərarları › İş №2(007)-4594/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-4594/2021

18.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-4594/2021 18.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı Ərizəçi maraqlı şəxs Səbail Rayon Qeydiyyat Şöbəsi cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Səbail Rayon Qeydiyyat Şöbəsi cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəçi ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, həmçinin ərizədə qeyd olunan “iddiaçı” və “cavabdeh” sözləri, “ərizəçi” və “maraqlı şəxs “sözləri ilə evəz edilməsi, “iddia ərizəsi” sözü isə “ərizə” sözü ilə əvəz edilməsi, 06.07.2021-ci il tarixli 05Q-1844/15 saylı cavab məktubu Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən verildiyi üçün Səbail rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində q Belə ki, iş materiallarına əlavə edilmiş iddia ərizəsində “ərizəçi” və “maraqlı şəxs“ sözləri “iddiaçı” və “cavabdeh” sözləri kimi yazılmışdır. “Ərizə” sözü isə “iddia ərizəsi” sözü kimi yazılmışdır. 06.07.2021-ci il tarixli 05Q-1844/15 saylı cavab məktubu Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən verildiyi üçün maraqlı şəxs qismində Səbail Rayon Qeydiyyat Şöbəsi qeyd oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Belə olan halda, hazırkı tələb üzrə ərizəçinin Nizami Rayon Məhkəməsinə ünvanladığı ərizədə qeyd olunan tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 306.2-ci maddəsinin tələblərinə uyğun olaraq hüquqi əhəmiyyətli fakt hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Səbail Rayon Qeydiyyat Şöbəsi cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizədə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən müvafiq məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar