Məhkəmə qərarları › İş №2(007)-4602/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-4602/2021

19.11.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-4602/2021 19.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən Baki şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Fikrət Xasay oğlu Mirzəyev İddiaçı cavabdeh “Körpü Tunel Tikinti MMC-nə qarşı işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh “Körpü Tunel Tikinti MMC-nə qarşı işə bərpa və əmək haqqı tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş səndləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən, mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. Həmin Qanunun 3.2.-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək mübahisələrindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək mübahisələrindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Lakin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı cavabdehlə mübahisənin mediasiya qaydasında həllinə dair məhkəməyə sübut təqdim etməmişdir. Göründüyü kimi iddiaçı qanunla nəzərdə tutulmuş, cavabdehlə mübahisənin mediasiya qaydasında nizama salınması qaydasına riayət etməmişdir. Ona görə də iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya hazırki mübahisə ilə bağlı mediasiya təşkilatına müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264,268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh “Körpü Tunel Tikinti MMC-nə qarşı işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytrılsın. İddiaçıya hazırki mübahisə ilə bağlı mediasiya təşkilatına müracət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar