Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-48/2020 30.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X9, Cavabdeh1, Cavabdeh2 Füzuli qızının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Füzuli qızına qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Füzuli qızına qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 “AGBank" ASC-nin xeyrinə 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsi üzrə banka 46291,94 manat əsas, 1489,17 manat faiz və 3,61 manat cərimə olmaqla, cəmi 47784,72 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 56 A, mənzil 91-ə yönəldilməsi, əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, tutma ipoteka əmlakına yönəldildikdə və o satıldıqda Cavabdeh1 tutduğu yaşayış evini ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması və yaşayış evinə istifadə hüquqlarını itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" ASC tərəfindən illik 8 %-lə 300 ay müddətinə əsas vəsaitin artırılması məqsədilə 50000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 56 A, mənzil 91, 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002/a saylı ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 30 aprel 2018-ci il tarixə Cavabdeh1 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsi üzrə banka 46291,94 manat əsas, 1489,17 manat faiz və 3,61 manat cərimə olmaqla, cəmi 47784,72 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun və xərclərin əvəzinə yönəldilməlidir. İddiaçı ASC Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin artırılması barədə ərizə verərək qeyd etmişdir ki, məhkəməyə təqdim olunan iddia ərizəsində texniki səhv olmuşdur. Belə ki, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. Odur ki, 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsi üzrə banka 46291,94 manat əsas, 1489,17 manat faiz və 3,61 manat cərimə olmaqla, cəmi 47784,72 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 56 A, mənzil 91-ə yönəldilməsi, əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, tutma ipoteka əmlakına yönəldildikdə və o satıldıqda Cavabdeh1 və Cavabdeh2 Füzuli qızının tutduğu yaşayış evini ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması və yaşayış evinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X15 iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlər ipoteka ilə yüklü edilmiş əmlakı iki hissəyə bölmüşlər. Cavabdeh1 bir müddət banka olan borcundan ödəniş etmiş, lakin sonrada ödəniş etməyi dayandırmışdır. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, mübahisəli mənzil Nərgizlə onun arasında 60-40 bölünmüşdür. O, öz üzərinə düşən ödənişi etmiş, lakin Nərgiz etməmişdir. Belə olan halda onun hüquqları pozulur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 Füzuli qızının nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək bildirdi ki, Cavabdeh2 Füzuli qızı banka olan borc üzrə ödəniş etməmişdir, çünki Kamil Nərgizi evə buraxmır. Ortada öhdəliklər var icra olunmalıdır. Nərgiz mübahisəli mənzilə daxil ola bilmir və ondan istifadə edə bilmir. Buna görə də ödənişləri Kamil etməlidir. Mənzilin üzərində yüklülük yoxdur. İddia tələbinin borc hissəsində isə məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib,istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 08.12.2012-ci il tarixli RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilin X3 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1781 №-li reyestr kitabının 163847 nömrəli vərəqində ********** №-si ilə qeydiyyata alınmışdır. - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə illik 8 faiz dərəcəsi ilə 300 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. Kredit üzrə ödənişlərin qrafiki ödəniş cədvəlində (kredit haqqında məlumatda) göstərilir. - İpoteka saxlayan İddiaçı ASC ilə, satıcı X10 və alıcı- ipoteka qoyan Cavabdeh1 arasında bağlanılmış 26 dekabr 2012-ci il tarixli 100.CL.261212.00002/a saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, X10 özünə məxsus olan Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 56 A, mənzil 91 ünvanında yerləşən ümumi sahəsi 101.7 kv.m, o cümlədən yaşayış sahəsi 58.1 kv.m olan mənzili Cavabdeh1 satmış, və həmin mənzil Cavabdeh1 kredit öhdəliyinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Evin satış qiyməti 72000 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 26.01.2013-cü il tarixli, RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 56 A, mənzil 91 ünvanında yerləşən mənzili 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC-yə 25 (iyirmi beş) il müddətinə ipotekaya qoyulmuşdur. - İddiaçı ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış 06.09.2018-ci il tarixli 19/4717 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınması barədə ərizədən görünür ki, “ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələblərinə əsasən, X1 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 56 A, mənzil 91 (**********05-05301-093058) tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınması xahiş edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında 27.08.2018-ci il tarixli bildiriş ipoteka qoyana 27.08.2018-ci il tarixdə təqdim edilmişdir. - İddiaçı ASC-nin 27.08.2018-ci il tarixli 19/4582 saylı xəbərdarlıq məktubundan görünür ki, cavabdeh X1 banka olan borcu haqqında məlumat verilərək, 5 (beş) gün müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə müvafiq hüquqi prosedurların aparılacağı barədə xəbərdarlıq edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********95 saylı, 19.09.2018-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 56 a saylı evin 91 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. - 30.04.2018-ci il tarixli 05/362 maliyyə arayışından görünür ki, Cavabdeh1 tərəfindən 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsi üzrə 3708,06 manat əsas borc üzrə, 19282 manat faiz borcu üzrə, cəmi 22990,06 manat ödəniş edilmişdir. Kredit müqaviləsi üzrə 30.04.2018-ci il tarixinə iddiaçıya 46291,94 manat əsas, 1489,17 manat faiz borcu və 3,61 manat hesablanmış artırılmış faiz borcu, cəmi 47784,72 manat məbləğində borcu yaranmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3058/2014 saylı 23 oktaybr 2014cü il tarixli qətnamənin surətindən görünür ki, ilk iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə cavabdehlər X4, X8, X12 və X11 qarşı “birgə nikah dövründə əldə edilmiş daşınar əmlakın digərin razılığı olmadan bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bərabər paylara müəyyən edilməsi, daşınmaz əmlakın ilkin ödənişi olan 15% və 19 mart 2014-cü il tarixə qədər tərəflər arasında payların müəyyən olunması, bank əmanətlərinin paylara bölünməsi, pul məbləğinin mülkiyyət paylarına uyğun olaraq payçılar arsaında 2/1 bölünməsi, cavabdehin yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və özünə məxsus olan cehiz əmlak əşyalarının mənzildən çıxarılması” barədə ilk iddiasının təmin edlməməsi, Cavabdeh2 Cavabdeh1 və 3-cü şəxs "xxxx" ASC-yə qarşı “birgə nikah dövründə əldə olunmuş daşınar və daşınmaz əmlakların bölünməsi, mülkiyyətinə verilməsi, ipoteka kreditinin ödənilməsi qaydalarının müəyyən olunması və s.” tələbə dair qarşılıqlı iddiası qismən təmin edilməsi, tərəflərin birgə nikah dövründə əldə etdikləri Ş.Mirzəyev küçəsi 56 a saylı evin 91 saylı mənzilinə Cavabdeh2 60%, Cavabdeh1 isə 40% payları müəyyən edilməklə onların mülkiyyətinə verilməsi, 19 mart 2014-cü il tarixdən başlayaraq ipoteka müqaviləsinə görə ipoteka müqaviləsi üzrə borc tərəflərin paylarına tənasüb olaraq, yəni, Cavabdeh2 tərəfindən 60%, Cavabdeh1 tərəfidən isə borcun 40% İddiaçı ASC-yə ödənməsi, tərəflərin birgə nikah dövründə əldə etdikləri 1 ədəd “BOSH” markalı qabyuyan maşın, 2 ədəd paltar şkafı, 1 ədəd ikimərtəbəli uşaq çarpayısı, 1 ədəd “Samsunq” markalı plazma televizor, 1 ədəd LG markalı kondisioner Cavabdeh2, birgə nikah dövründə əldə olunmuş digər əmlak yəni, 1 ədəd mətbəx mebeli, 1 ədəd stol, 4 ədəd stul, 1 ədəd "Bosh" markalı soba, 1 ədəd "LG" markalı plazma televizor, 1 ədəd yazı stolu və 1 ədəd "LG" markalı kondisioner Cavabdeh1 verilməsi, ünvan 4-də yerləşən birgə nikah dövründə əldə olunmuş mənzildə olan Cavabdeh2 məxsus cehiz əmlakları, yəni, 1 ədəd “Bosch” markalı soyuducu, 1 ədəd “Bosch” markalı paltar yuyan maşın, 1 ədəd stol, 8 ədəd stul, 1 ədəd servant qorka, 1 ədəd Çexiya istehsalı billur 12 şamdan ibarət çilçıraq və 1 ədəd xrustal çilçıraq, 4 ədəd xalça, 1 ədəd stol, 7 ədəd vazalar, yataq dəsti, 13 ədəd pərdələr, 1 ədəd dini məzmunlu şəkillər, 73 ədəd kitablar, 1 ədəd "Sony" markalı televizor, uşaq yataq məstləri, 1 ədəd “LG” kondisioner, 1 ədəd Tefal ütü, 1 ədəd stol, 1 ədəd polüstü saat, 1 ədəd divan, 1 ədəd 5 sürməli paltar komod, 1 ədəd pultlu çilçıraq, 1 ədəd 6 qapılı şifoner, 2 ədəd güzgülü komod, 1 ədəd pufık, 2 ədəd yataqyanı tumboçka, müxtəlif yataq dəstləri və mətbəxə mənsub olan qazanlar, tavalar, qaşıqlar, qaşıqlar, bıçaqlar, stəkanlar, nəlbəkilər, vazalar, servizlər və digər qab-qacaqlar Cavabdeh2 qaytarılması, iş üzrə ilk iddia üzrə iidiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ilk iddia izrə iddiaçıya aid edilməsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən ödənilmiş 20,40 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddia tələbləri digər hissələrdə rədd olunması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2055/2015 saylı 29 oktyabr 2015-ci il tarixli qətnamənin surətindən görünür ki, iddiaçı - qarşılıqlı iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı X2 apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 oktaybr 2014-cü il tarixli qətnaməsi Cavabdeh1 iddia tələbinin təmin olunmayan – “Hyundai 20” markalı ** HO *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və kreidt müqavilələri üzrə qalıq borcunun tərəflərə aid edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbi qismən təmin olunması, “Hyundai İ 20” markalı 90HO 753 dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh2 ilə X13 arasında 16 aprel 2014-cü il tarixdə DYPİ-də bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, həmin avtomobilə tərəflərin ½ paylarla mülkiyyət hüquqlarının müəyyən edilməsi, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 20 sentyabr 2013-cü il tarixli istehlak krediti müqaviləsinə əsasən 651 manat borc, 01.01.2012-ci il tarixdə "xxxx" İKB ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən 1834 borc və “EmbaFinans” BOKT ilə bağlanmış 08 avqust 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 550 manat ödənilməmiş borc tərəflərin birgə borcu hesab edilməsi, Cavabdeh2 1517,50 (min beş yüz on yeddi manat əlli qəpik) aid edilməsi, qətnamə cavabdeh - qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddiasının mənzilə və mənzilə görə görülmüş kredit borcunda payların müəyyən edilməsi hissəsində dəyişdirilməsi, Bakı şəhəri, Ş.Mirzəyev küçəsi 56 a saylı evin 91 saylı mənzilinə Cavabdeh2 qızının 3/5, Cavabdeh1 isə 2/5 hissədə payları müəyyən edilməsi, 19 mart 2014-cü il tarixdən başlayaraq ipoteka müqaviləsinə görə borc tərəflərin paylarına tənasüb olaraq, yəni, Cavabdeh2 tərəfindən 3/5 Xanəliyev Cavanşir oğlu tərəfindən isə 2/5 hissələrlə İddiaçı ASC-yə ödənilməsi, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4305/16 saylı 29 sentyabr 2016-cı il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2015-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 07.01.2013-cü il tarixli RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 4 ünvanında yerləşən mənzilin Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1781 №-li reyestr kitabının 163847 nömrəli vərəqində ********** №-si ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 22.04.2017-ci il və 14.11.2017-ci il tarixli RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 4 ünvanında yerləşən mənzilin 3/5 hissəsi üzərində Cavabdeh2, 2/5 hissəsi üzərində Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1781 №-li reyestr kitabının 163847 nömrəli vərəqində uyğun olaraq ********** №-si və ********** №-si ilə qeydiyyata alınmışdır. - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-6118/2018 saylı 11 dekabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı ASCnə və Cavabdeh2 qzına qarşı “kredit müqaviləsinə dəyişiklik edilməsi” barədə tələbi rədd edilməsi qət edilmişdir. - Kooperativ "xxxx" Mənzil Tikinti Kooperativi ilə X7 arasında bağlanmış 07 dekabr 2012-ci il tarixli Kooperativ binada mənzil almaq üçün müqavilənin surətindən görünür ki, Kooperativ Nizami rayonu, Şirin Mirzəyev küçəsində inşa edilən 16 mərtəbəli yaşayış binasının 1 blokunda 16-cı mərtəbədə 91 nömrəli ümumi sahəsi 120,1 olan mənzili Payçıya verməyi öhdəsinə götürür. Payçı mənzilin pay haqqını tam və ya müəyyən edilən mərhələlər üzrə ödəməklə, son nəticədə mənzili qəbul etməyi öz üzərinə götürür. Mənzilin dəyəri 72000 manat təşkil edir. - "xxxx" MMC-nin 15 dekabr 2012-ci il tarixli MB 05/1241 saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nizami rayonu, 8-ci km y/sahəsi, Şirin Mirzəyev küçəsi, 56a nömrəli yaşayış binasında yerləşən, 3 otaqlı, 91 nömrəli mənzilin 15 dekabr 2012-ci il tarixinə olan bazar dəyəri 72000 manat, likvid dəyəri isə 68400 manat təşkil edir. Proqnoz (növbəti 1 il müddətinə) dəyəri 73800 manat təşkil edəcəkdir. - "xxxx" MMC-nin 24.06.2019-cu il tarixli 01/06 saylı Daşınmaz əmlakın qiymətləndirilməsinə dair hesabatından görünür ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən olundu ki, ünvan 5 ünvanında yerləşən, Cavabdeh1 xüsusi mülkiyyətində olan, **********05-05301-093058 reyestr nömrəli, əmlakın 101,7 kvadrat.metr sahəsinin hazırkı bazar qiyməti 142400 (bir yüz qırx iki min dörd yüz) manat təşkil edir. - "xxxx" MMC-nin daşınmaz əmlakın (mənzilin qiymətləndirilməsi barədə 11.12.2019cu il tarixli H/03-PLS hesabatından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 56a nömrəli evi 91 saylı mənzilinin hazırkı dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində real bazar qiyməti 130000 manat təşkil edir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1369/2019 saylı 05 aprel 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırki iş üzrə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-542/2018 saylı, 16 may 1018-ci il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin “19 mart 2014-cü ildən etibarən 2017-ci ilin oktyabr ayı daxil olmaqla, Cavabdeh2 mənzil payına düşən 3/5 hissəsi İddiaçı ASC-yə 11661,58 (on bir min altı yüz altmış bir manat əlli səkkiz qəpik) manat pulun reqres qaydasında tutulmasının qismən təmin edilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə iddia qismən təmin edilməsi, Cavabdeh2 11369,59 (on bir min üç yüz altmış doqquz manat əlli doqquz qəpik) manat alınaraq iddiaçı Cavabdeh1 verilməsi, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməsi, qətnamə Cavabdeh2 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması, ekspertiza tədqiqatının dəyəri-120 (yüz iyirmi) manat Cavabdeh2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin AZ. MEM, VÖEN ********** AZ41NABZ0 **********000003944 X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 34CTRE******************** SWİFT BİK CTREAAZ.22. Büdcə təsnifatının kodu: 142319; Büdcə səviyyəsinin kodu: 3 hesabına köçürülməsi qət edilmişdir. - 08.10.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" ASC tərəfindən illik 8 %-lə 300 ay müddətinə əsas vəsaitin artırılması məqsədilə 50000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 56 A, mənzil 91, 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002/a saylı ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 30 aprel 2018-ci il tarixə Cavabdeh1 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsi üzrə banka 46291,94 manat əsas, 1489,17 manat faiz və 3,61 manat cərimə olmaqla, cəmi 47784,72 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun və xərclərin əvəzinə yönəldilməlidir. Daha sonra İddiaçı ASC Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin artırılması barədə ərizə verərək 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsi üzrə banka 46291,94 manat əsas, 1489,17 manat faiz və 3,61 manat cərimə olmaqla, cəmi 47784,72 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 56 A, mənzil 91-ə yönəldilməsi, əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, tutma ipoteka əmlakına yönəldildikdə və o satıldıqda Cavabdeh1 və Cavabdeh2 Füzuli qızının tutduğu yaşayış evini ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması və yaşayış evinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq İddiaçı ASC ilə Cavabdeh1 arasında 100.LN.1501.261212.00002 saylı 26 dekabr 2012-ci il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 50000 manat məbləğində kredit verilmiş, cavabdeh isə aldığı krediti 300 (üç yüz) ay müddətinə, illik 8 faiz olmaqla ödəməyi öhdəsinə götürsə də, öhdəliyi lazımi qaydada və tam icra etməmiş, nəticədə banka əsas, faiz və cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1, 445.2, 445.2.1 və 445.2.2-ci maddələrinin ümumi məzmununa əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, borclu Cavabdeh1 bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan 30.04.2018-ci il tarixli 05/362 maliyyə arayışına əsasən 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsi üzrə 47784,72 manat məbləğində ödənilməmiş borc vardır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi üzrə iddiaçının xeyrinə 47784,72 manat məbləğində kredit borcu tutulmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2055/2015 saylı 29 oktyabr 2015-ci il tarixli qətnaməsində Bakı şəhəri, Ş.Mirzəyev küçəsi 56 a saylı evin 91 saylı mənzilinə Cavabdeh2 qızının 3/5, Cavabdeh1 isə 2/5 hissədə payları müəyyən edilməsi, 19 mart 2014-cü il tarixdən başlayaraq ipoteka müqaviləsinə görə borc tərəflərin paylarına tənasüb olaraq, yəni, Cavabdeh2 tərəfindən 3/5 Xanəliyev Cavanşir oğlu tərəfindən isə 2/5 hissələrlə İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4305/16 saylı 29 sentyabr 2016-cı il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qeyd olunan qətnaməsi ilə razılaşmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 26.01.2013-cü il tarixli, RX seriyalı ******* saylı çıxarışından göründüyü kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 56 A, mənzil 91 ünvanında yerləşən mənzili 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC-yə 25 (iyirmi beş) il müddətinə ipotekaya qoyulmuşdur. Daha sonra 2017-ci il tarixdə verilmiş çıxarışından görünür ki, ünvan 4 ünvanında yerləşən mənzilin 3/5 hissəsi üzərində Cavabdeh2, 2/5 hissəsi üzərində Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin bu zaman çıxarışda əmlakın ipoteka ilə yüklü olması qeyd edilməmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 56 A, mənzil 91 ünvanında yerləşən mənzili 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsinin təminatı olaraq 25 il, yəni 300 ay müddətinə ipoteka ilə yüklü edilmiş, həmin ipoteka müqaviləsi hazırkı vaxtadək qüvvədədir. Həmçinin 2017-ci il tarixli çıxarışda qeyd edilməməsindən asılı olmayaraq həmin əmlak üzərində yüklülük götürülməmişdir (yüklülüyün götürülməsi barədə iş materiallarında, eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş sənədlərdə hər hansı sübut yoxdur). Qanunvericililiyin tələblərindən də göründüyü kimi ümumi əmlak bölünərkən ərarvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Cavabdeh2 qızı və Cavabdeh1 Bakı şəhəri, Ş.Mirzəyev küçəsi 56 a saylı evin 91 saylı mənzili birgə nikah dövründə ipoteka müqaviləsi ilə əldə etmişlər. Belə olan halda mənzilə dair ipoteka ödənişləri də onlar tərəfindən həyata keçirilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Ş.Mirzəyev küçəsi 56 a saylı evin 91 saylı mənzili Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyəti hesab edilmiş və mənzilə Cavabdeh2 qızının 3/5, Cavabdeh1 isə 2/5 hissədə payları müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 82.3cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 mart 2003-cü il tarixli Qərarının 7-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82.3-cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı ilə gəldiyi hüquqi nəticəyə görə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, onlara məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair 24 iyul 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli və G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarlar). Hazırkı iddia tələbi üzrə müəyyən edildi ki, 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsi üzrə bankın xeyrinə 46291,94 manat əsas borc, 1489,17 manat faiz borcu və 3,61 manat cərimə borcu olmaqla, cəmi 47784,72 manat məbləğində kredit borcu ödənilməlidir. Lakin həmin borc üzrə tərəflərin paylarının müəyyən edilməsi barədə (Bakı şəhəri, Ş.Mirzəyev küçəsi 56 a saylı evin 91 saylı mənzilinə Cavabdeh2 qızının 3/5, Cavabdeh1 isə 2/5 hissədə paylarının müəyyən edilməsi, 19 mart 2014-cü il tarixdən başlayaraq ipoteka müqaviləsinə görə borc tərəflərin paylarına tənasüb olaraq, yəni, Cavabdeh2 tərəfindən 3/5 Cavabdeh1 tərəfindən isə 2/5 hissələrlə İddiaçı ASC-yə ödənilməsi) qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsi üzrə borcun 2/5 hissəsi Cavabdeh1 aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi borcun tutulması hissəsində qismən təmin edilməli və 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsinə əsasən 46291,94 manat əsas borc, 1489,17 manat faiz borcu və 3,61 manat cərimə borcu olmaqla, cəmi 47784,72 manat məbləğində kredit borcun 2/5 hissəsi Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı ASC tərəfindən qeyd olunan borca münasibətdə Cavabdeh2 qarşı hər hansı bir tələb olmadığından borcun ona aid olan hissəsinə münasibət bildirilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü mаddəsinə əsаsən ipоtеkа dаşınmаz əşyаlаrа, hаbеlə rəsmi rеyеstrdə qеydə аlınmаlı оlаn dаşınаr əşyаlаrа əşyа hüquqlаrının məhdudlаşdırılmаsıdır. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır; 34.1.3-cü mаddəsinə əsаsən ipоtеkа müqаviləsində nəzərdə tutulmuş və ipоtеkа sахlаyаnа ipоtеkаyа tutmа yönəltmək hüququ vеrən şərtinin yеrinə yеtirilməməsi ipоtеkа sахlаyаnın ipоtеkа prеdmеtinə tutmаnın yönəldilməsi hüququnun yаrаnmаsı аnıdır. 39.1-ci mаddəsində göstərilir ki, ipоtеkа sахlаyаn ipоtеkа müqаviləsi üzrə tələbinin ödənilməsi üçün iddiа ilə məhkəməyə mürаciət еdə bilər. 47.4-cü maddəsinə əsasən ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; Buna görə də məhkəmə hesab edir ki, hazırki halda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyəti olan Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 56 A ünvanında yerləşən ümumi sahəsi 101,7 kv.m olan 91 saylı mənzilinə tutma yönəldilməli, əmlak açıq hərracda satılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Yenə “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. ipoteka predmetinin təsviri; ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, ekspert qiymətləndirilməsi prosesi zamanı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyəti olan Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 56a nömrəli evi 91 saylı mənzilinin hazırkı dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində real bazar qiyməti 130000 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyinə uyğun olaraq X6 məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyəti olan Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 56a nömrəli evi 91 saylı mənzili hərraca çıxarıldıqda, ilkin satış qiyməti 130000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini əsaslı sayır və onun qismən təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçının xeyrinə 46291,94 manat əsas borc, 1489,17 manat faiz borcu və 3,61 manat cərimə borcu olmaqla, cəmi 47784,72 manat məbləğində borc 2/5 hissəsi İddiaçı ASC-nin xeyrinə tutulmalı, kredit və ipoteka müqaviləsindən irəli gələn öhdəliklər cavabdeh tərəfindən vaxtında və lazımi qaydada icra edilmədiyi üçün həmin öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyəti olan Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 56a ünvanında yerləşən ümumi sahəsi 101,7 kv.m olan 91 saylı mənzilinə tutma yönəldilməli, evin ilkin satış qiyməti 130000 manat müəyyən edilməli, ev hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan cəmi 47784,72 manat məbləğində borcun 2/5 hissəsi ödənilməli, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi 2/5 hissəsi Cavabdeh1, 3/5 hissəsi isə Cavabdeh2 qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, kredit müqaviləsi üzrə borc ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsait hesabına tam ödənilmədikdə borcun qalan hissəsi paylara münasib olaraq 2/5 hissəsi Cavabdeh1 tutulmalıdır. Məhkəmə, iddia tələbinin “tutma ipoteka əmlakına yönəldildikdə və o satıldıqda Cavabdeh1 və Cavabdeh2 Füzuli qızının tutduğu yaşayış evini ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması və yaşayış evinə istifadə hüquqlarının itirilməsi" hissəsinə münasibət bildirərək qeyd etmək istəyir ki, tələb həmin hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarında olan 26.12.2012-ci il tarixli Alqı-satqı və ipoteka müqaviləsinin 2.4.16-cı bəndində də göründüyü kimi Cavabdeh1 ipoteka predmetinə tutma yönəldikdə və o, satıldıqda yəni sahib tərəfindən tələb irəli sürüldüyü tarixdən etibarən 1 (bir) ay ərizəndə onunla yaşayan ailə üzvləri və digər şəxslərlə ipoteka predmetini boşaltmağa və ev qeydiyyatında çıxacağına dair notarial qaydada öhdəlik götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, mənzilə tutma yönəldilərək satıldıqdan sonra ipoteka qoyan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 7 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilməli və onlar mənzildən ən geci 1 (bir) ay ərzində çıxarılmalıdırlar. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, “26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsinə əsasən 46291,94 manat əsas borc, 1489,17 manat faiz borcu və 3,61 manat cərimə borcu olmaqla, cəmi 47784,72 manat məbləğində kredit borcun 2/5 hissəsi Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməli, tutma Cavabdeh1 (2/5 hissəsi) və Cavabdeh2 Füzuli qızının (3/5 hissəsi) birgə mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 56 A, mənzil 91 ünvanında yerləşən mənzilə yönəldilməli, ipoteka predmeti 130000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsaitdən borc çıxılmalı, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc tam ödənildikdən sonra vəsaitin qalan hissəsinin 3/5 hissəsi Cavabdeh2 Füzuli qızına və qalan 2/5 hissəsi isə Cavabdeh1 qaytarılmalı, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc tam ödənilmədikdə qalıq borcun 2/5 hissəsi Cavabdeh1 ümumi qaydada tutulmalı, mənzilə tutma yönəldilərək satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 8 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilməli, mənzilə tutma yönəldilərək satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 9 ünvanında yerləşən mənzildən ən geci 1 (bir) ay ərzində çıxarılmalı və iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı ASC tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Bundan əlavə, işdə olan "xxxx" MMC-nin 24 iyun 2019-cu il tarixli 01/06 saylı hesabatından və "xxxx" MMC-nin 11 dekabr 2019-cu il tarixli H/03-PLS saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri hər biri 300 (üç yüz) manat olmaqla, ümumilikdə 600 (altı yüz) manat təşkil etmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə ekspertizaların dəyəri olan 600 manat müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Füzuli qızından tutularaq "xxxx" MMC-nin və "xxxx" MMC-nin hesabına ödənilməlidir. İddia tələbi qismən təmin edildiyinə görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 30 manatın 2/5 hissəsi Cavabdeh1 tutulub iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsinə əsasən 46291,94 manat əsas borc, 1489,17 manat faiz borcu və 3,61 manat cərimə borcu olmaqla, cəmi 47784,72 manat məbləğində kredit borcun və 30 manat dövlət rüsumunun 2/5 hissəsi Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma Cavabdeh1 (2/5 hissəsi) və Cavabdeh2 Füzuli qızının (3/5 hissəsi) birgə mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 56 A, mənzil 91 ünvanında yerləşən mənzilə yönəldilsin, ipoteka predmeti 130000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsaitdən borc çıxılsın. İpoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc tam ödənildikdən sonra vəsaitin qalan hissəsinin 3/5 hissəsi Cavabdeh2 Füzuli qızına və qalan 2/5 hissəsi isə Cavabdeh1 qaytarılsın. İpoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc tam ödənilmədikdə qalıq borcun 2/5 hissəsi Cavabdeh1 ümumi qaydada tutulsun. Mənzilə tutma yönəldilərək satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 8 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilsin. Mənzilə tutma yönəldilərək satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 9 ünvanında yerləşən mənzildən ən geci 1 (bir) ay ərzində çıxarılsınlar. İş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri olan 300 manat məbləğində pul müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Füzuli qızından tutularaq PREMİUM LEGAL SERCİCES” MMC-nin hesabına (VÖEN **********1, “UNİBANK” KB-nin 11 saylı Dərnəgül filialı, Kod 502058, hesab AZ46NABZ********************, SWİFT kod: NABZAZ2C, Müştərinin hesab nömərəsi: AZ65UBAZ**********0060AZN001) ödənilsin. İş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri olan 300 manat məbləğində pul müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Füzuli qızından tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-48/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-48/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver