Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-4824/2021 17.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, Ərizəçi “doğum haqqında şəhadətnamənin ləğv edilməsi” barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Nizami rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 22 fevral 2001-ci ildə 269 nömrə ilə qeyd olunmuş AZ-İ seriyalı, 22.02.2001-ci il tarixli, 064229 nömrəli doğum haqqında şəhadətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən prosessual qanunvericiliyin tələblərinə əməl etməmişdir. Ərizənin hüquqi əsaslandırılması zamanı ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5 və 339-cu maddələrinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları”nı müəyyən edən 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarının 23-cü bəndinə istinad etmişdir. Həmin Qaydaların 23-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Qaydaların 25-ci bəndinə əsasən isə, bərpa və ya təkrar tərtib edilmiş qeyd, həmçinin ilk qeydi aşkara çıxarmış qeydiyyat şöbələrinin və konsulluq idarələrinin təşəbbüsü ilə ləğv oluna bilər. Göründüyü kimi, təkrar tərtib edilmiş qeydlərin ləğv olunmasının məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilməsi, təkrar tərtib edilmiş qeydin həmçinin ilk qeydi aşkara çıxarmış qeydiyyat şöbələrinin və konsulluq idarələrinin təşəbbüsü ilə ləğv olunması nəzərdə tutulmuşdur. Bu isə, o, deməkdir ki, marağına toxunan şəxsi təmsil edən şəxsin müraciəti vətəndaşlıq vəziyyəti aktını təkrar tərtib etmiş qeydiyyat şöbəsi tərəfindən həmin qeydin ləğvi üçün əsas olmalı idi. Qanunla müəyyən edilmiş həmin hərəkətin yerinə yetirilməsindən imtina isə inzibati icraat qaydasında mübahisələndirilə bilər, işə ümumi məhkəmə tərəfindən xüsusi icraat qaydasında işə baxılması üçün əsaslar yoxdur. Eyni zamanda, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339-cu maddəsi isə ümumiyyətlə Azərbaycan Respublikası MPMdən çıxarılmışdır. Bununla bağlı qeyd edilməlidir ki, MPM-nin 307.2.5-ci maddəsi doğum haqqında şəhadətnamənin ləğv edilməsi qaydasını tənzimləmir, həmin maddə məhkəmə xüsusi icraat qaydasında şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsini tənzimləyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göründüyü kimi, Ərizəçi “Nizami rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 22 fevral 2001-ci ildə 269 nömrə ilə qeyd olunmuş AZ-İ seriyalı, 22.02.2001-ci il tarixli, 064229 nömrəli doğum haqqında şəhadətnamənin ləğv edilməsi” barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etsə də, hazırkı halda həmin ərizənin qanunvericiliyin tələbi baxımından icraata qəbul edilməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, qeyd olunanlara əsasən ərizənin qəbulundan imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti orqana müraciət etmək hüququ ərizəçiyə izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi “Nizami rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 22 fevral 2001-ci ildə 269 nömrə ilə qeyd olunmuş AZ-İ seriyalı, 22.02.2001-ci il tarixli, 064229 nömrəli doğum haqqında şəhadətnamənin ləğv edilməsi” haqqında ərizəsinin qəbulundan imtina edilsin, ərizə ona əlavə edilmiş sənədlərlə geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti orqana müraciət etmək hüququ ərizəçiyə izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-4824/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-4824/2021
17.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver