Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-484/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Mirzəyevin sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürmə tələbinə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin artırılması barədə ərizə vermişdir. Məhkəmə iclasında iddiaçın nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki, hüquqlarını müdafiə etdiym şəxs Cavabdeh1la 22 oktyabr 2010-cu il tarixdə rəsmi nikaha daxil olub. Bundan sonra iddiaçı mübahisəli mənzilə gəlin köçüb və həyat yoldaşı, qaynanası, baldızı ilə həmin mənzildə yerləşə bilmədiklərindən, Cavabdeh2 demişdir ki, onun iki otaqlı evi var və iddiaçı ailəsi ilə birlikdə həmin evə köçmüşlər. İddiaçı atası evindən də, gətirdiyi cehiz əşyalarını həmin mənzilə aparmışdır. Hal-hazırda otaqlarda və mətbəxdə olan bütün əşyalar iddiaçıya məxsusdur. Onların birgə nikahlarından iki övladları dünyaya gəlib və onlar mütəmadi olaraq həmin ünvanda yaşayıblar. Bir müddət sonra Cavabdeh1 başqa qadınla görüşməyə başlamış, daha sonra isə onunla birlikdə başqa mənzilə köçmüşdür. İddiaçının qaynanası Radə isə ondan sonra evdən çıxıb getmişdir.Ondan sonra iddiaçıya məlum olmuşdur ki, həmin evdə kirayədə yaşayırlar. Cavabdeh Radə öz mənzilini 130 manata kirayə verib , həmin pulun üstünü də, düzəldib 200 manatı hazırda yaşadıqları evin kirayəsinə verir. Lakin 2020-ci ilin avqust ayından kirayə pulu verilmədi, mənzilin sahibi isə gedib-gəlib kirayə haqqını tələb edirdi. Göründüyü kimi əslində iddiaçını aldadıblar, o, ünvan 1 ünvanında məskunlaşıb. Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edir ki,iddia təmin edilməklə İddiaçı qızının azyaşlı övladları X4 və X1 ilə birlikdə Bakı şəhəri,Nizami rayonu, Bəhruz Nuriyev küçəsindəki 81A saylı yataqxananın 37-ci mənzilindən (otağından) yaşayış sahəsinə istifadəyə maneələr aradan qaldırılmaqla mənzilə (otağa) köçürümə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: 12 Saylı MKİS-nin sədri İ.İmanov tərəfindən imzalanmış 25.06.2020-ci il tarixli məlumatda qeyd olunur ki, ünvan 1 ünvanda həqiqətən kirayəçi yaşayır.Mənzil Ağdam rayonundan məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olan Cavabdeh2 adınadır.Halhazırda yuxarıda göstərilən mənzildə yaşayır. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki,Cavabdeh1 ilə X2 01.11.2010-cu il tarixdə nikah bağlamışlar. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İmanov Cabir 29.11.2021 ci il tarixdə Yevlax rayonunda doğulmuşdur.Atası Cavabdeh1,anası İddiaçıdur. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İmanova Fatimə 08.09.2015-ci tarixdə Yevlax rayonunda doğulmuşdur.Atası Cavabdeh1,anası İddiaçıdur. 12 Saylı MKİS tərəfindən verilmiş 630 saylı02.07.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri,Nizami rayonu, Bəhruz Nuriyev küçəsindəki 81A saylı yataqxananın 37-ci mənzilində Ağdam rayonundan məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olan Cavabdeh2 yaşayır.Onunla birlikdə həmin mənzildə onun oğlu Cavabdeh1 yaşayır. İddiaçı həmin mənzildə yaşamır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. İşin hallarından görünür ki,İddiaçı Cavabdeh1 rəsmi nikahdan olan arvadıdır. Cavabdeh1 mübahisəli mənzildə (yataqxanada) qeydiyyatda olmaqla orada yaşyır. İddiaçının bildirdiyinə görə, o da qeyd olunan mənzildə bir müddət yaşamış və cavabdehlərlə ümumi birgə təsərrüfat aparmışdır. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüququ yaranmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı qızına azyaşlı övladları X4 və X1 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsindəki 81A saylı yataqxananın 37-ci mənzilindən (otağından)yaşayış sahəsinə istifadəyə hüququna maneələr aradan qaldırılmaqla onlar həmin mənzilə köçürülsünlər. Cavabdehlər qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilərlər. Tərəflərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-484/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-484/2021
07.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver