Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-487/2023 20.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, X14 oğlunun katibliyii ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil1 iddia tələbini onunla əsaslandırdı ki,hüquqlarını müdafiə etdiyi şəxs X8 ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olub, gəlin kimi Bakı şəhəri, Nizami rayonu,Babək prospektində yerləşən 105 saylı evin 37 saylı mənzilinə köçüb.2020-ci ildə həmin mənzildə yaşayarkən birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X5,2022-ci ildə isə xx.xx.2022-ci il təvəllüdlü X6 anadan olub.xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən 105 saylı evin 37 saylı mənzilin iddiaçının əri X3 bibisi Cavabdeh adına özəlləşdirilməsinə etiraz etməməsi barədə ərizə verib.İddiaçının həmin vaxt aldatmışlar. Çünki həmin vaxt ailə münasibətləri normal idi, iddiaçı ərinə inanırdı.Ona görə də X1 etibarnamə verib, o da, iddiaçının adından ərizəni təsdiq edib.Sonradan ailə münasibətləri pozulmuş və iddiaçını gəlin köçdüyü Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən 105 saylı evin 37 saylı mənzilindən qovmuşlar.Bildirmək istəyirəm ki,iddiaçı hazırda uşaqları ilə birlikdə kirayədə qalır.İddiaçının əri X8 uşaqları ilə maraqlanmır, onlara heç bir maddi köməklik göstərmir, iddiaçıda olan məlumata görə o,Polşa Respublikasındadır. Ailənin bütün yükü iddiaçının üzərindədir. Bilmir kirayə pulunu versin, ya uşaqları saxlasın. Qalmağa evi olmadığına görə gəlin köçdüyü Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən 105 saylı evin 37 saylı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət elmək məcburiyyətində qalıb.Qeyd olunanlara əsasən İddiaçı Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən 105 saylı evin 37 saylı mənzilinə istifadə hüququnun tanınması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, qeyd olunan mənzil nə iddiçıya nə onun keçmiş həyat yoldaşına, nə dəki, hazırkı iş üzrə cavabdehə məxsus deyil. Həmin mənzilin mülkiyyətçisi X4r və iddia əsl olmayan tərəfə qarşı qaldırılıb. Sözü gedən mənzilə dair çıxarışın surətini məhkəməyə təqdim edərək, xahiş edir ki, iddia tələbinin rədd olunmaması barədə qətnamə qəbul edilsin. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan: ƏMDK yanında DƏDRX-dən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən 105 saylı evin 37 saylı mənzilinə X2 mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə ********** saylı reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. X7 hazırkı iş üzrə cavabdeh deyil. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Cavabdeh və ya onun nümayəndəsi məhkəmənin əvvəlki iclaslarında iştirak etməmişdir. 20 fevral 2023-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 mənzilin çıxarışını məhkəməyə təqdim etmiş və mənzilin mülkiyyətçisinin başqa şəxs olduğunu bildirmişdir. Bundan sonra məhkəmə iddiaçının nümayəndəsi-vəkilinə əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunması hüquqnun olmasını izah etmiş,lakin iddiaçının nümayəndəsivəkili bu barədə yazılı ərizə verməkdən imtina etmiş,işə irəli sürülmüş tələblər üzrə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad olunan maddəsinə əsasən: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İşin hallarından görünür ki,iddiaçı X8 ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olub, gəlin kimi Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən 105 saylı evin 37 saylı mənzilinə köçüb.2020-ci ildə həmin mənzildə yaşayarkən birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X5,2022-ci ildə isə xx.xx.2022-ci il təvəllüdlü X6 anadan olub.xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən 105 saylı evin 37 saylı mənzilin iddiaçının əri X3 bibisi Cavabdeh qızının adına özəlləşdirilməsinə etiraz etməməsi barədə ərizə verib. Daha sonra onunla X8 arasında ailə münasibətləri pozulmuş və iddiaçı öz uşaqları ilə birlikdə mübahisəli mənzili tərk etmişdir. Hazırda həmin mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbi ilə məhkəmədə iddia qaldırıb. İddiaçının bildirdiyinə görə ilk dəfə mənzilə gəlin köçərkən mənzilin mülkiyyətçisi onun əri deyil,ərinin bibisi Cavabdeh olmuşdur. Göründüyü kimi,iddiaçının mübahisəli mənzilə istifadə hüququ orada yaşadığı müddətdə də tanınmamışdır.Belə ki,onunla mənzilin əvvəlki mülkiyyətçisi ilə notarial qaydada təsdiq olunmuş razılaşma olmamışdır. Hal hazırda isə mənzilin mülkiyyətçisi X4r.İddiaçı ilə hazırkı mülkiyyətçi arasında da notarial qaydada təsdiq olunmuş razılaşma yoxdur. Belə olan halda iddianın qismən və ya tam təmin olunması üçün hüquqi əsaslar mövcud olmur. Qeyd olunanlara əsasən,eləcə də iddia həmin iddiaya cavab verməli olmayan şəxsə yönəldiyi üçün təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-487/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-487/2023
20.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver