Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-489/2021 02.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı1, İddiaçı2 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X2, Cavabdeh2, Cavabdeh3 və X4 qarşı istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X2, Cavabdeh2, Cavabdeh3 və X4 qarşı istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinə dəqiqləşmə və əlavə barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini onunla əsaslandırdı ki, 23 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsində yerləşən 14 nömrəli evin 10-cu mənzilini paylı mülkiyyət kimi Elşən İsmayılovdan 80226 (səksən min iki yüz iyirmi altı) manata alaraq həmin alqı-satqı əməliyyatını notariat qaydasında təsdiq etdirmiş, alqı-satqı müqaviləsinə əsasən əldə edəndən sonra, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 01 mart 2019-cu il tarixli, seriya RX № ******* saylı Dövlət Reyestrindən çıxarışa əsasən yuxarıda göstərilən mənzilin paylı mülkiyyətçisidir. Bu mənzilin keçmiş mülkiyyətçisi Elşən İsmayılov göstərilən mənzili onlara satarkən özü mənzildə qeydiyyatda olmadığı halda, mənzildə digər şəxslər, yəni Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatda idilər. Notariat qaydasında alqı-satqı müqaviləsi təsdiq edilərkən, mənzilin keçmiş mülkiyyətçisi Elşən İsmayılov satdığı Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 14, mənzil 10da qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzilin satılmasına dair razılıq ərizələrini təqdim etməklə yanaşı adları sadalanan şəxslərin alqı-satqı müqaviləsi təsdiq ediləndən dərhal sonra qeydiyyatdan çıxacıqlarını bildirdiyinə görə, onun bu öhdəliyi alqı-satqı müqaviləsində göstərilmişdir. İddiaçıların paylı mülkiyyətində olan mənzildə qeydiyyatda olan cavabdehlər, yəni Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşamamaqla formal və əsassız pasport qeydiyyatında olduqları halda mülkiyyətçilərin bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır, hazırda cavabdehlərin harada yaşamaları da, ona məlum deyil. Şəxsi mülkiyyətdə olan Bakı şəhəri, Nizami rayonu, Özəbəkistan küçəsində yerləşən 14 nömrəli evin 10-cu mənzilində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 başqa X5 yaşamadığı halda formaL olaraq qeydiyyatdadır. Həmin fakt Bakı şəhəri, Nizami rayonu, 120 saylı MKİS-nin 571 nömrəli 13 noyabr 2020-ci il tarixli arayışı ilə təsdiq olunmuşdur. Həmiçinin, araşdırma ilə bağlı Nizami rayon məhkəməsinin bildirişinə cavab olaraq Nizami rayonu, 120 saylı MKİS-si tərəfindən rəsmi bildirilmişdir ki, şəxsi mülkiyyətiNdə olan Bakı şəhəri, Nizami rayonu, Özəbəkistan küçəsində yerləşən 14 nömrəli evin 10-cu mənzilində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X7 formal olaraq qeydiyyatda olsalarda, həmin ünvanda yaşamırlar. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X7 şəxsi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsində yerləşən 14 nömrəli evin 10-cu mənzildə yaşamadıqları halda, formal olaraq qeydiyyatda olduğlarına görə, həmin şəxslərin istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilsə də məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli 23.02.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Elşən İsmayılov Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 14 saylı evin, 10 saylı mənzili İddiaçı1 və İddiaçı2 80226 manata satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 14 saylı evin, 10 saylı mənzili ½ hissədə İddiaçı1, ½ hissədə İddiaçı2 xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında İddiaçı1 adına 01.03.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. İş materiallarında olan AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsində yerləşən 14 saylı evin, 10 saylı mənzilində X6, Cavabdeh2, Cavabdeh3 və X8 qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 14 saylı evin, 10 saylı mənzili ½ hissədə İddiaçı1, ½ hissədə İddiaçı2 xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında İddiaçı1 adına 01.03.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Cavabdehlər həmin mənzildən köçüb getsələr də qeydiyyatdan çıxmamışlar. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçıların mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı və cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3 və X3 iddiaçının mülkiyyətində olan mənzildən yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. X1, Cavabdeh2, Cavabdeh3 və X3 Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsində yerləşən 14 saylı evin, 10 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-489/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-489/2021
02.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver