Məhkəmə qərarları › İş №2(007)-492/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-492/2022

14.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-492/2022 14.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Bakı şəhəri 15 saylı Notariat ofisinə və iş üzrə cəlb edilmiş maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Bakı şəhəri 15 saylı Notariat ofisinə və iş üzrə cəlb edilmiş maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 16.11.1957-ci il təvəllüdlü "X1 xx.xx.1951-ci il təvəllüdlü Ərizəçi bacısı olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1951-ci ildə Astara rayonunda anadan olmuş, evlənməmişdən öncə soyadı Rəhmanova olmuşdur. X5, anası isə X6 olmuşdur. Mərhum bacısı X8 16.11.1957-ci il tarixdə Astara rayonunda anadan olmuş, 16.08.2021-ci ildə ürək çatmamazlığı səbəbindən Bakı şəhərində vəfat etmişdir. Bacısı heç zaman evlənməmiş və övladı olmamışdır. Bacısının istifadəsində Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən torpaq sahəsi olmuşdur. Onun rəhmətə getməsindən sonra vərəsəsi olaraq o, miras əmlakın qəbulu üçün Bakı şəhəri 15 saylı Notariat ofisinə müraciət etmiş, bu zaman onunla bacısı arasında qohumluq faktını müəyyən etmək üçün bacısının doğum haqqında şəhadətnaməsinin lazım olduğu müəyyən olmuşdur. Bacısının doğum haqqında şəhadətnaməsini tapmaq mümkün olmamışdır. Bu barədə notariusa müraciət etdikdə notarius belə olduğu halda onları vərəsə kimi tanıya bilməyəcəyini, məhkəməyə müraciət etməli olduqlarını bildirmişdir. Bacısının Astara rayonunda anadan olmasını nəzərə alaraq o, doğum haqqında şəhadətnaməsinin sürətini əldə etmək məqsədi ilə Astara rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin sözügedən Astara rayon qeydiyyat şöbəsindən ona 30.11.2021 -ci il tarixində verilən 2530 nömrəli Arayışa əsasən mərhum bacısı X8 barəsində Astara rayon qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Bu səbəbdən mərhum bacısı ilə onun arasında qohumluq olması və onun bacısı olması faktının müəyyən edilməsinə zərurət yaranmışdır ki, miras əmlakın qəbulu məsələsi həll edilsin. Bacısının diplomu, şəxsiyyət vəsiqəsi, ölüm haqqında şəhadətnaməsindən də görünür ki, onların soyadları və ata adları eynidir. Atalarının və analarının soyadı Əliev olmuşdur. Lakin, onlara atasının ata adı ilə əlaqədar Rəhmanova soyadı verilmişdir. Onun bacısı olması faktını qohumları da təsdiq edə bilər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, yoldaşı Əliyev İsrafil rəhmətə gedib. Üç qardaşı olub, biri rəhmətə gedib, 2 bacısı var. X10 da onun bacısıdır, onunla yaşayırdı və 16.08.2021-ci il tarixdə ürək çatışmazlığı səbəbindən rəhmətə getmişdir. Bacısının Abşeron rayonu, Donuzkökəltmə sovxozunda torpağı olmuşdur. Bacı və qardaşlarının həmin torpağın onun mülkiyyətinə keçməsinə heç bir etirazları yoxdur. Bacısı rəhmətə gedəndən sonra o, vərəsə olaraq miras əmlakı qəbulu üçün Bakı şəhəri 15 saylı Notariat ofisinə müraciət etmiş və o zaman müəyyən olunmuşdur ki, onunla bacısı arasında qohumluq faktını müəyyən etmək üçün bacısının doğum haqqında şəhadətnaməsi lazımdır, Amma bacısının doğum haqqında şəhadətnaməsini tapmaq mümkün olmamışdır. Bununla bağlı məhkəməyə müraciət etməyi bildirmişlər. Astarada rayon qeydiyyat şöbəsinin arxivinə müraciət edtdikdə onlara arayış vermişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış maraqlı şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş X2 şahid qismində ifadə verərək göstərmişdir ki, X10 onun bacısıdır, atası X13, anası X3r. Onlar 7 uşaq olmuşlar- Firuddin, Firəngiz, Almas, Zümrüd, Bəxtiyar Xoşqədəm və Etibar. Bacısı Zümrüd 1957-ci il tarixdə, bacısı Almas isə 1951-ci il tarixdə doğulmuşdur. O, həmçinin X7 məxsus torpaq sahəsinin Almasın adına keçməsinə etiraz etmədiyini, Zümrüdün rəhmətə getməmişdən öncə Almasa verdiyini bildiklərini və həmin torpaq sahəsi ilə bağlı heç bir iddiası olmadığını qeyd etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş X12 şahid qismində ifadə verərək X4 və Ərizəçi qardaşı olduğunu, Astarada doğulduqlarını, ailəsinin 1961-ci il tarixdə Bakıya gəldiklərini, özünün 1963-cü ildə doğulduğunu, onlarda ögeylik olmadığını, torpaq sahəsi ilə bağlı onun və bacıları Xoşqədəmin də heç bir etirazı olmadığını, bacısı Zümrüdün ailə qurmadığını, həmin torpaq sahəsi ilə bağlı heç bir iddiası olmadığını bildirmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ-ЖГ 350455 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X14 ilə 10.09.1975-ci il tarixdə nikahlarını bağlamışlar. - 02.02.2015-ci il tarixli müqavilədən görünür ki, X9 ona məxsus olan Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 55,0 ha torpaq sahəsinin 06.05.2006-cı ildən başlayaraq 99 il icarə hüquqlarından Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsinin icarə hüquqlarını X7 4000 manata satmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, 076445 saylı Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi icarə üzrə X4 adına 26.09.2015-cı il tarixdə qeydə alınmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Bakı şəhəri 15 saylı Notariat ofisinin 27.11.2021-ci il tarixli, 1552 saylı məktubundan görünür ki, 16.08.2021-ci il tarixdə vəfat etmiş X10 ilə Ərizəçi qohumluqlarını təsdiq edən sənədin olmadığına görə X4 adında qalan miras əmlaka dair onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin imkan xaricində olduğu və bununla bağlı məhkəməyə müraciət edə biləcəkləri bildirilmişdir. - Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 31.01.2022-ci il tarixli məktubundan görünür ki, 16.11.1957-ci il təvəllüdlü X10 27.08.2012-ci il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş, Z.Rəhimovanın qeydiyyata alınmasına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilmiş, Z.Rəhimova vəfat etdiyi üçün şəxsiyyət vəsiqəsi 13.10.2021-ci il tarixdə deaktivləşdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının: 2-ci bəndinə əsasən, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPMnin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. 2.1-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. 2.3-cü bəndinə əsasən, ohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi mərhum bacısı X8 16.11.1957-ci il tarixdə Astara rayonunda anadan olmuş, 16.08.2021-ci ildə ürək çatışmazlığı səbəbindən Bakı şəhərində vəfat etmişdir. X8 heç zaman evlənməmiş və övladı olmamışdır. X1 istifadəsində Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən torpaq sahəsi mövcuddur. X8 vəfat etdikdən sonra vərəsəsi olaraq Ərizəçi miras əmlakın qəbulu üçün Bakı şəhəri 15 saylı Notariat ofisinə müraciət etmiş, bu zaman onunla bacısı arasında qohumluq faktını müəyyən etmək üçün bacısının doğum haqqında şəhadətnaməsinin lazım olduğu müəyyən olmuşdur. Bacısının doğum haqqında şəhadətnaməsini tapmaq mümkün olmamışdır. Bu barədə notariusa müraciət etdikdə notarius belə olduğu halda onları vərəsə kimi tanıya bilməyəcəyini, məhkəməyə müraciət etməli olduqlarını bildirmişdir. Daha sonra X1 doğum haqqında şəhadətnaməsinin sürətini əldə etmək məqsədi ilə Astara rayon qeydiyyat şöbəsinə müraciət edilmiş, Astara rayon qeydiyyat şöbəsinin 30.11.2021-ci il tarixli, 2530 nömrəli Arayış ilə X8 barəsində Astara rayon qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkar olunmadığı müəyyən olunmuşdur. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 16.11.1957-ci il təvəllüdlü X1 xx.xx.1951-ci il təvəllüdlü Ərizəçi bacısı olması faktı müəyyən edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 16.11.1957-ci il təvəllüdlü X1 xx.xx.1951-ci il təvəllüdlü Ərizəçi bacısı olması faktı müəyyən edilsin. Məhkəmə xərclərinə aid olan 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar