Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-496/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, iddiaçı Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı bir icraatda birləşdirilmiş iddia tələblərinə dair mülki iş üzrə Açar sözlər: (pul tələbi, əqdin etibarsız hesab edilməsi) X27 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı (cavabdeh) İddiaçı, onun vəkil-nümayəndəsi Vəkil1, Cavabdeh (iddiaçı) Cavabdeh1, onun vəkil-nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul”, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair bir icraatda birləşdirilmiş mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddiaçı iddia tələbi: İddiaçı Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək olaraq 249.390 (146.700 ABŞ dollarını) manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 əri X9 mənə qarşı dələduzluq cinayəti törədərək külli miqdarada pulumu ələ keçirməsinə görə onun barəsində AR CMnin 178.3.2 maddəsi ilə cinayət işi başlanılan və cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən ona vurulan ziyanın ödənilməsi və onun ondan şikayətçi olmamağı üçün özünün və qızı Cavabdeh2 təklifi ilə aralarında xx.xx.2021-ci il tarixdə “X5” bağlanmışdır. Müqaviləyə görə də qarşılıqlı razılaşmanın predmetini Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101 )- 220/2021 saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X9 törətdiyi dələduzluq əməli nəticəsində iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış İddiaçı 162.000 (bir yüz altmış iki min) ABŞ dolları məbləğində dəymiş ziyanın əvəzinin ödənilməsi və bunun müqabilində onun R.Budaqovdan şikayətinin olmaması təşkil etmişdir. "Tərəflərin öhdəlikləri bölməsinə görə: 1.Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri olan X15 tərəfindən İddiaçı 162.000 (bir yüz altmış iki min) ABŞ dolları məbləğində dəymiş ziyanı öz borcları kimi qəbul edir, dəymiş ziyanın əvəzinin ödənilməsini öz öhdələrinə götürür və həmin borcun əvəzi olaraq: 1- Müqavilə bağlandığı gündən 1 ay müddətində Bakı şəhəri, Mir Qasımov 13 ünvanında yerləşən "xxxx" MTK tərəfindən Cavabdeh1 və ya Arzu Rahib qızının adına rəsmiləşdirilmiş pilot layihə olaraq inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yerləşən, tərəflər arasında ümumi dəyəri 165,000 (bir yüz altmış beş min) manat və ya 97.000 (doxsan yeddi min)ABŞ dolları kimi qiymətləndirilmiş 110 kv.metr sahəsi olan yaşayış və ya qeyri-yaşayış sahəsindən zərərçəkmiş İddiaçı xeyrinə imtina edərək, həmin daşınmaz əmlakın İddiaçı adına rəsmiləşdirilməsini təmin edir və 2- Qalıq 53.300 (əlli üç min üç yüz) ABŞ dolları məbləğində pulu isə müqavilə bağlandığı gündən 12 (on iki) ay ərzində hər ay minimum 2.000 (iki min) ABŞ dollarından az olmayaraq ödəyir. QEYD: Cavabdeh1 və Cavabdeh2 müqavilə bağlandığı gündən 1 ay müddətində Bakı şəhəri, Mir Qasımov 13 ünvanında yerləşən yaşayış və ya qeyri-yaşayış sahəsindən zərərçəkmiş İddiaçı xeyrinə imtina edərək, həmin daşınmaz əmlakın İddiaçı adına rəsmiləşdirilməsini təmin etmədiyi təqdirdə, ümumi borc 150.300 (bir yüz əlli min üç yüz) ABŞ dolları kimi qiymətləndirilir və borcu müqavilə bağlandığı gündən 12 (on iki), ay ərzində hər ay minimum 6.000 (altı min) ABŞ dollarından az olmayaraq ödəyirlər. İddiaçı hazırkı müqavilə bağlandığı gün Cavabdeh1 və Cavabdeh2 təkidi ilə razılaşaraq,1 - X15 tərəfindən ona dəymiş 162.000 (bir yüz altmış iki min) ABŞ dolları məbləğində ziyanın əvəzi olaraq Cavabdeh1 qəbul etdiyi 20.000 (iyirmi min) manat və ya 11700 (on bir min yeddi yüz) ABŞ dolları məbləğində pulu etiraf edir və qalıq borcun 150.300 (bir yüz əlli min üç yüz) ABŞ dolları olduğunu təsdiq edir və 2- Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)- 220/2021 saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X15 ilə barışaraq, sonuncu tərəfindən ona 162.000 (bir yüz altmış iki min) ABŞ dolları məbləğində dəymiş ziyanın tam ödənilməsi, ona qarşı mülki iddiasının olmaması barədə notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, onun barəsində AR CM-in 70-ci maddəsinin tətbiq edilməsini xahiş edir. Cavabdehlərin etirazı: Cavabdehlər iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişlər ki, iddiaçı X19 onlara qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək olaraq 249.390(iki yüz qirx doqquz min üç yüz doxsan) manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını bununla əsaslandırmağa çalışır ki, onlarla iddiaçı arasında 15 noyabr 2021-ci il tarixində "X5" bağlanmış və bu müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilsə də, cavabdehlər hazırda da qüvvədə olan həmin müqavilənin şərtlərini tam yerinə yetirməmiş, bu günə kimi ona borclu qaldıqları 249.390 manat pulu ödəmirlər və buna görə də məhkəməyə müraciət edib. İddiaçının bu iddiası tam əssassızdır, qanunsuzdur buna görə də iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməlidir. Mülki iddianın təmin olunmaması üçün əsaslar və faktlar aşağıdakılardır: İddiaçı və onun nümayəndəsi tərəfindən hazırlanan və son səhifədə onlara imza etdirilən "X5" Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə zidd olaraq hazırlanıb və buna görə də etibarsız əqddir. İddiaçı iddianı əsaslandırdığı zaman istinad etdiyi 15 noyabr 2021-ci il tarixli " X5 " nin " Tərəflərin öhdəlikləri " adlı bölməsində yazılır: Müqavilə bağlandığı gündən 1 ay müddətində Bakı şəhəri, Mir Qasımov 13 ünvanında yerləşən "xxxx" MTK tərəfindən Cavabdeh1 və ya Cavabdeh2 adına rəsmiləşdirilmiş pilot layihə olaraq inşa edilərək çoxmərtəbəli yaşayış binasında yerləşən,tərəflər arasında ümümi dəyəri manat və ya 97.000 ABŞ dolları kimi qiymətləndirilmiş 110 kv.m sahəsi olan yaşayış və ya qeyriyaşayış sahəsindən zərərçəkmiş İddiaçı adına rəsmiləşdirilməsini təmin edir". Müqavilənin yuxarıda qeyd etdiyi hissəsindən də aydın görünür ki, adı çəkilən müqavilə də tərəflərin öhdəliyi daşınmaz əşyaya mülkiyyət və ya digər hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürməklə bağlı bir qanunsuz yazıdır, əqddir. Bu iddianın predmeti olaraq nəzərdə tutulan "müqavilə"də daşınmaz əşyaya mülkiyyət və digər hüquqları digər tərəfə vermək və ya əldə etməklə bağlı öhdəlik götürüiməsiylə əlaqədar olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinin tələbinə uyğun olaraq notarial qaydada təsdiqlənməli idi. Yəni Mülki Məcəllə bu siyahıya daxil olan müqavilələrin notarial qaydada təsdiqlənməsini məcburi şərt kimi tərəflərin üzərinə qoyur. Bundan əlavə olaraq məhkəmənin diqqətinə bu müqavilənin "Tərəflərin hüquqları və məsuliyyəti" bölməsində yazılan aşağıdakı abzasa çəkmək istəyir. Həmin abzasda yazılır: "Razılaşmanın şərtlərini pozan və həmin şərtlərdən sui-istifadə edən tərəf Azərbaycan Respublikası Cinayət qanunvericiliyi ilə məsuliyyət daşıyır". Tərəflər arasında bağlanmış bu müqavilənin Mülki Məcəllə ilə tərəflərin hüquq və vəzifələri tənzimlənirsə, nə üçün cinayət qanunvericiliyi ilə məsuliyyət daşımalıdır? Tərəflər arasında bağlanmış "Mülki Müqavilə"ni pozan şəxsin cinayət qanunvericiliyi ilə məsuliyyət daşıyır yazmaqla, iddiaçının, onları təsir altına almaq, onlara hədə-qorxu gəlmək əslində olmayan bir hər hansı pul vəsaitini bizdən almaq istəməsi üçün qurulmuş tələ olduğu aydındır. Yəni iddiaçının bu saxta kağıza onlara qol çəkdirərək,sonradan onlara hədə-qorxu gələrək onlardan pul tələb etmək üçün cinayətkar planına hüquqi don geyindirmək olmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki,bu müqavilədə göstərilən guya Rahib Budaqovun CM-nin 178.3.2 maddəsiylə Bakı Ağır Cinayətlər Məhkəməsindəki həmin dövrdə davam edən cinayət işində bu işdə iddiaçı, həmin işdə zərərçəkmiş şəxs İddiaçı dəymiş ziyanın məbləği 130.000 (yüz otuz min) manat olub. Yəni sözü gedən cinayət işində zərərçəkmiş şəxsə dəymiş zərərin miqdarı 130000 manat olub. Cinayət işi həmin məbləğ davam edib. Belə olduğu halda zərərçəkmiş şəxs 250.000(iki yüz əlli min) manatlıq müqavilə imzalatması, sonra həmin pulu tələb etməsi İddiaçı planının nədən ibarət olduğunun göstəricisidir. Bundan əlavə olaraq bunu da nəzərinizə çatdırıram ki, bu müqavilədə adı keçən Rahib Budaqov hal-hazırda həbsdədir. Həmin cinayət işi ilə bağlı ona təyin olunan cəzanı çəkir. Etdiyi cinayət görə cəza çəkən şəxs tərəfindən vurulmuş zərərə görə o, məsuliyyət daşıya biləcəyi hansı qanunvericiliyə uyğundur? Bundan əlavə olaraq vurulmuş zərər 130.000 manat, iddiaçı saxta sənəd imzaladıb onlara 250.000 manat, bu iddiaçı çox saxtakar və qərəzli bir davranışla onu aldadaraq onun əmlakını ələ keçirmək üçün planladığı cinayət əməlidir. Məhkəmə predmeti olaraq göstərilən xx.xx.2021-ci il tarixli "Müqavilə" formal xarakterlidir, heç bir hüquqi qanunvericiliyi ilə tənzimlənmir. Belə ki, Mülki Hüquq normalarına zidd olaraq bağlanan həmin "müqavilənin" "Tərəflərin hüquq və məsuliyyəti" adlı bölməsində yazılır: Razılaşma şərtlərini pozan və həmin şərtlərdən sui-istifadə edən tərəf Azərbaycan Respublikası cinayət qanunvericiliyi ilə məsuliyyət daşıyır." Mülki Hüquq Normalarıyla tənzimlənən, tənzimlənməli olan "müqavilə" tərəflərin hüquq və vəzifələri, yaranmış mübahisələrin cinayət qanunvericiliyi ilə tənzimlənəcəyini yazan bir müqaviləni "qeyri ciddi əqd" də adlandırmaq olar, ya da bu qanunlara zidd hazırlanan müqavilədən istifadə edərək" hədə qorxu gələrək pul tələb etmək" üçün şəxsə qarşı cinayət etmək üçün bir vasitədir. Çünki guya Rahib Budaqovun barəsində olan cinayət işində olan zərərin əvəzi kimi bağlanmış kimi göstərərək onların əmlakını və pulunu ələ keçirmək istəyib, buna görə də heç bir qanunvericiliyə uyğun gəlməyən, adını "X5" qoyduğu bu saxta sənədi onlara imzaladıb, sonra onlardan "hədə-qorxu ilə pul tələbi". Məhkəmənin diqqətini Rahib Budaqovla bağlı cinayət işində olan reallıqlara çəkmək istəyir: Rahib Budaqov bu işdə İddiaçı şikayəti ilə məhkum olunub və 5 ildir həbsdədir. Rahib Budaqov tərəfindən bu işdə iddiaçı olan İddiaçı vurulan zərər manat olub və həmin zərəri də 2020-ci ildə Rahib Budaqovun qardaşı tam ödəmişdir. İddiaçı bu müqavilənin şərti kimi gəstərdiyi (əslində pulu Rahibin qardaşı ödəmişdir) barışıq və şikayət və tələbinin olmaması barədə ərizəsinin ləğv elətdirib və bu barədə də Rahib Budaqovla bağlı gedən cinayət işinin araşdırılmasın aparan məhkəməyə təqdim edib. Rahib Budaqovun qardaşından 2020-ci ildə pul alıb, ona dəymiş ziyanı ödəməsi barəsində ərizə verəcəyini söz verən iddiaçı hələ də Rahib Budaqovdan şikayət ərizələri yazır. Yəni konkret olaraq bu Mülki işdə iddiaçı kimi adı yazılan İddiaçı saxta, yalan, uydurma, hədə-qorxu həqiqəti əks etdirməyən və sair üsullarla onların pulunu ələ keçirmək üçün hər cür qanunsuzluq edir. Əslində heç Rahib Budaqovun da İddiaçı zərər vurmağı həqiqəti əsk etdirmir. Buna baxmayaraq 5 ildir Rahib Budaqov həbsdədir və cəzaçəkmə məntəqəsindədir. Bunun səbəbi də Nüsrət Güluşovdur. İndi də İddiaçı onlara hədə-qorxu gəlir. Hədə-qorxu ilə onlardan 27.000 (iyirmi yeddi min) manat pul almışdır. X21 törətdiyi iddia olunan cinayətlə bağlı pul ödəməyə məcbur deyil. Rahib Budaqov cinayət edib. Nüsrətdə onu həbs etdirib. 5 ildir həbsdə saxladıb, cəzasın alıb. İddiaçı saxtakarlıqlarından, cinayətlərindən o da hüquq mühafizə orqanlarına şikayət edəcək, ona qarşı cinayət edərək, hədə-qorxu ilə tələb edərək pul alması barədə. İddia predmeti olan "X5" Mülki Məcəlləyə zidd olaraq hazırlanıb. Həmin müqavilənin öhdəliyi kimi guya icra etdiyi Rahib Budaqovun borcunun ödənilməsi barədə notarial təsdiq ərizəni iddiaçı 2022-ci ildən ləğv etdirib. Həmin müqavilədəki tərəflərin mübahisəsinin "Cinayət qanunvericiliyi ilə tənzimlənməsi" bəndi yazılması bu müqaviləni etibarsız, ağır, şərtlərlə qəbul edilmiş, uydurma əqd olduğun bir daha sübüt edir. Rahib Budaqovun bu müqavilədə adı keçən cinayət işində vurduğu ziyan 130000 manatdır, bu müqavilə 250.000 manatla bağlanıb. Bundan əlavə olaraq da Rahib Budaqov bu cinayətə görə hələ də cəza çəkir 5 ildir cəzaçəkmə müəssisəsindədir. İddiaçı onlara qarşı yalanlar danışaraq, onları aldadaraq, onlara hədə-qorxu gələrək bu müqaviləni imzaladıb. Yuxarıda yazılanlardan aydın görünür ki, iddiaçının bu iddiası tam əsassızdır və iddianın təmin edilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən, İddiaçı onların barəsində verdiyi 249.390 manat pulun onun xeyrinə tutulması barədə iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar Cavabdeh2 və Cavabdeh1 iddia tələbi: İddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,X16 ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış X2 etibarsızlığının tanınması (etibarsız hesab edilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçılar iddiaçı tələbini onunla əsaslandırmışlar ki, hazırki iş üzrə cavabdeh İddiaçı ondan əvvəl iddia tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 249.390 AZN (146.700 ABŞ dolları) məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin məhkəmə iclasında iddia tələbini qəbul etmdəyimizi və bunun səbəblərini bildirmişlər. Cavabdeh İddiaçıların çıxılmaz vəziyyətdə olmasından istifadə edərk AR Mülki Məcəlləsini prinsiplərinə zidd olan ağır şərtlərlə əqd bağlamağa məcbur etmişdir. Buna görə də həmin əqdin etibarsızlığının tanınması zərurəti yaranmışdır. Ən əsas və başlıca amil ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh X12 arasında heç bir pul (borc) münasibəti olmamış və İddiaçı cavabdehlərin çətin vəziyyətə düşməsindən istifadə edərək AR Mülki Məcəlləsinin tələblərinə zidd olaraq bağlanmış əhəmiyyətsiz əqdə əsaslanır. Belə ki, cavabdeh X3 Aygün Hümbət qızına və Cavabdeh2 heç bir pul vəsaiti vermədiyi halda ən X9 barəsində cinayət işinin getməsindən istifadə edib AR Mülki Məcəlləsinə zidd olan Cavabdeh1 və Arzu Bıudaqovanın qanuni əsas olmadan son dərəcə ağır şəraitə düşməsinə səbəb olmuş X4 imza etməyə məcbur etmişdirlər. Bundan başqa, cavabdehin iddiaçılara bağlamağa məcbur etdiyi əqddə diqtə etdiyi şərtlər qüvvədə olan mülki qanunvericilik normalarını təkzib edir. Belə ki, pul tələbini X4 əsasən tələb edən iddiaçı AR Mülki Məcəlləsinin 390.1-ci maddəsinə istinad edir. Halbuki həmin maddi hüquq norması bilavasitə iınperativ olaraq göstərir ki, tərəflər bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər. Hazırki X5 isə Məcəllənin tələblərini pozmaqla bağlandığından əhəmiyyətsiz əqddir. Həmçinin X5ndə istinad edilən pul məbləği Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-220/2021 saylı hökmündən də göründüyü kimi 249.390 azn deyil 130.344 manat olaraq müəyyən edilmişdir. Ümumiyyətlə isə məbləğdən asılı olmayaraq iddiaçının istinad etdiyi X5 Cavabdeh1 və Cavabdeh2 üçün heç bir öhdəlik yarada bilməz. Bundan başqa, İddiaçı X4 Cavabdeh1 mülkiyyətində olan daşınmaz əmlaka mülkiyyət hüquqlarının ona keçməsinə səbəb olacaq şərtlər daxil etmişdir ki, bu da yuxarıda qeyd etdiyi kimi AR Mülki Məcəlləsinin iınperativ tələblərindən birinin yəni, AR Mülki Məcəlləsinin 394-cü maddəsinin tələbini pozmuşdur. X2 məzmunundan da görünür ki, Cavabdeh1 və Cavabdeh2 əvvəllər borc münasibətində olmadığı şəxslə iradə sərbəstliyinin ziddinə son dərəcə ağır şərtlərlə əqd bağlamağa məcbur olmuşdurlar, buna görə da həmin X2 etibarsızlığı məhkəmə qaydasında tanınmalıdır. İş materialları: xx.xx.2021-ci il tarixli X1 görünür ki, bir tərəfdən Cavabdeh1 və Cavabdeh2, digər tərəfdən İddiaçı arasında müqavilə bağlanmışdır. Həmin Müqavilənin predmeti “Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101 )-220/2021 saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X15 tərəfindən törədilmiş dələduzluq əməli nəticəsində iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış İddiaçı 162.000 (bir yüz altmış iki min) ABŞ dolları məbləğində dəymiş ziyanın əvəzinin ödənilməsi” olmuşdur. xx.xx.2021-ci il tarixli X4 əsasən: “Tərəflərin öhdəlikləri: Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri olan X15 tərəfindən İddiaçı 162.000 (bir yüz altmış iki min) ABŞ dolları məbləğində dəymiş ziyanı öz borcları kimi qəbul edir, dəymiş ziyanın əvəzinin ödənilməsini öz öhdələrinə götürür və həmin borcun əvəzi olaraq: Müqavilə bağlandığı gündən 1 ay müddətində Bakı şəhəri, Mir Qasımov 13 ünvanında yerləşən "xxxx" MTK tərəfindən Cavabdeh1 və ya Arzu Rahib qızının adına rəsmiləşdirilmiş pilot layihə olaraq inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yerləşən, tərəflər arasında ümumi dəyəri 165.000 (bir yüz altmış beş min) manat və ya 97.000 (doxsan yeddi min) ABŞ dolları kimi qiymətləndirilmiş 110 kv.metr sahəsi olan yaşayış və ya qeyri-yaşayış sahəsindən zərərçəkmiş İddiaçı xeyrinə imtina edərək, həmin daşınmaz əmlakın İddiaçı adma rəsmiləşdirilməsini təmin edir və Qalıq 53.300 (əlli üç min üç yüz) ABŞ dolları məbləğində pulu isə müqavilə bağlandığı gündən 12 (on iki) ay ərzində hər ay minimum 2.000 (iki min) ABŞ dollarından az olmayaraq ödəyir. Qeyd: Cavabdeh1 və Cavabdeh2 müqavilə bağlandığı gündən 1 ay müddətində Bakı şəhəri, Mir Qasımov 13 ünvanında yerləşən yaşayış və ya qeyri-yaşayış sahəsindən zərərçəkmiş İddiaçı xeyrinə imtina edərək, həmin daşınmaz əmlakın İddiaçı adına rəsmiləşdirilməsini təmin etmədiyi təqdirdə, ümumi borc 150.300 (bir yüz əlli min üç yüz) ABŞ dolları kimi qiymətləndirilir və borcu müqavilə bağlandığı gündən 12 (on iki) ay ərzində hər ay minimum 6.000 (altı min) ABŞ dollarından az olmayaraq ödəyirlər. İddiaçı hazırki müqavilə bağlandığı gün Cavabdeh1 və Cavabdeh2 təklifi ilə razılaşaraq, X15 tərəfindən ona dəymiş 162.000 (bir yüz altmış iki min) ABŞ dolları məbləğində ziyanın əvəzi olaraq Cavabdeh1 qəbul etdiyi 20.000 (iyirmi min) manat və ya 11700 (on bir min yeddi yüz) ABŞ dolları məbləğində pulu etiraf edir və qalıq borcun 150.300 (bir yüz əlli min üç yüz) ABŞ dolları olduğunu təsdiq edir və Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-220/2021 saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X15 ilə barışaraq, sonuncu tərəfindən ona 162.000 (bir yüz altmış iki min) ABŞ dolları məbləğində dəymiş ziyanın tam ödənilməsi, ona qarşı mülki iddiasının olmaması barədə notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, onun barəsində AR CM-in 70-ci maddəsinin tətbiq edilməsini xahiş edir. Razılaşmanın müddəti: Tərəflər arasında bağlanmış hazırki razılaşma icra edilən günədək qüvvədədir. Razılaşmanın xarakteri: Razılaşmanın predmeti Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)- 220/2021 saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X15 tərəfindən törədilmiş dələduzluq əməli nəticəsində iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış İddiaçı 162.000 (bir yüz altmış iki min) ABŞ dolları məbləğində dəymiş ziyanın əvəzinin ödənilməsi olduğundan borc mülki xarakter daşımır.” xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 540 manat dövlət rüsumu ödəmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-220/2021 saylı hökmündən görünür ki, X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmün təsviri-əsaslandırıcı hissəsi: 2-ci səhifəsindən görünür ki, zərərçəkmiş şəxs İddiaçı 162000 (yüz altmış iki min) ABŞ dolları ziyan vurulmuşdur. (130344 manat, hökm çıxarıldığı dövrün məzənnə qiyməti ilə). 18, 54, 55-ci səhifələrindən görünür ki, İddiaçı məhkəmə baxışı zamanı, xx.xx.2021ci il tarixdə notarial ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsin ziyanı tam şəkildə ödədiyini bildirmişdir. Həmin hökmün nəticəvi hissəsi, 56-cı səhifədən görünür ki, İddiaçı təqsirləndirilən şəxs X11 qarşı mülki iddiada imtinası qəbul edilərək mülki məhkəmə icraatına xitam verilmişdir. xx.xx.2021-ci il tarixli notarial ərizədən görünür ki, İddiaçı ərizə yazaraq ona dəymiş ziyanın tam ödənildiyini bildirmiş və gələcəkdə X11 qarşı mülki iddia ilə məhkəməyə müraciət etməyəcəyini göstərmişdir. İçərisində 07 ədəd səs yazısı olan 01 ədəd, 04 ədəd videogörüntü olan 01 ədəd, 07 ədəd fayl (içində səs yazıları) olan 01 ədəd, səs yazıları olan 02 ədəd olmaqla, ümumilikdə 05 ədəd CD disk və həmin disklərdə olan səs yazılarının əl yazma formasında əksi iş materiallarına əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı Cavabdeh1 100 manat dövlət rüsumu ödəmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı (cavabdeh) İddiaçı iddia tələbini müdafiə edib, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 ona qarşı olan iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, təklif onlardan gəlmişdir. Rahib hər dəfə demişdir ki, ərizə ver çıxandan sonra ödəyəcək. O, onların ünvanına getməmişdir. Cavabdeh1 o, yaşayan əraziyə gəlmiş və Nərimanov parkında görüşmüşlər. 20000 manat pul ödəyərək, onu sonradan ödəyəcəklərinə inandırmağa çalışmışlar. Bir ay sonra da müqavilə bağlamışlar. Səs yazılarını məhkəməyə təqdim etmişdir. İddia tələbi qanunidir, odur ki, öz iddia tələbinin təmin olunması barədə qətnamə və qarşı tərəf barəsində xüsusi qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, məhkəmə hökmü ilə təsdiq olunmuşdur ki, hüquqlarını müdafiə etdiyi şəxsin külli miqdarda pulu aldatma yolu ilə Budaqov Rahib tərəfindən ələ keçirilmişdir. Budaqov Rahibin göstərişi, Aygün xanımın xahişi ilə İddiaçı həmin müqaviləni bağlamağa məcbur edilmişdir. Ona pul ödənilmədiyi halda müqaviləyə imza atmağını istəmiş, pulu sonra ödəyəcəklərini bildirmişlər. Arzu xanım demişdir ki, iddiaçı söz verib ki, atasını həbsdən çıxaracaq. O, vəkil olaraq ən sadə bir işdə belə məhkəmə bu qərarı verəcək demir. Çünki məhkəmənin qərarı müşavirə otağında müəyyən olunur. Bugün cinayət işi üzrə də, hazırkı iş üzrə də zərərçəkmiş şəxs İddiaçıdir. Həmin zaman Rahib Budaqovun vəkili Telman bəy olmuşdur, o, təsdiqləməsə idi imzalamazdılar. İş üzrə kifayət qədər araşdırma aparılmışdır. Digər hakimin icraatında olan iş hazırkı işə birləşdirilmişdir. Göstərilənlərə əsasən ilkin iddianın təmin olunmasını, qarşı tərəfin iddiasının rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Vəkil2 iddiaçılar Cavabdeh2 və Cavabdeh1 iddia tələbini müdafiə edərək, İddiaçı iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iş üzrə məhkəmə hökmü var ki, cavabdehin birinin atası, birinin həyat yoldaşıdır. Onların yaranmış çətin vəziyyətindən istifadə etmiş, ağır şərtlər altında məcburi müqaviləyə imza atdırmışdır. Onlar düşünmüşlər ki, şəxs azad olunacaq. İddiaçı sonradan notarial qaydada verdiyi ərizəni geri götürmüşdür. Mülki Məcəllənin daşınmaz əmlakla bağlı imperativ tələbləri var. Tələblər pozulmaqla bağlanan əqd bağlandığı andan etibarsızdır. Daşınmaz əmlakla bağlı bütün əqdlər notarial qaydada olmalıdır. Şəxsin yaxınının həbsdə olmasından istifadə edib, “əmlakları adıma keçir, üzərinə öhdəlik götür deməyi” şəxsin niyyətindən xəbər verir. Dollar 0.78 azn olan zaman müqavilə bağlamışlar, indiki kursla tələb etmək iddiaçının cavabdehlərə olan münasibətini göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin plenum qərarında əqdin etibarlılığı üçün 4 şərt göstərilir. Bunlar əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər və əqdin formasına dair şərtlərdir. Burada artıq 3 şərt pozulub. Guya təklifin onlar tərəfdən gəldiyini bildirmişlər. Orada qarşı tərəfin vəkili Tükəzban xanım olmuşdur. Vəkil olduğuna görə təklifi o etmişdir, razılaşmanı o tərtib etmişdir. Onların həmin zaman vəkili olmamışdır. Mülki Məcəllənin imperativ normalarının pozulması ilə bağlanmış əqd olduğundan razılaşmanın etibarsız hesab edilməsini, ilkin iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh (iddiaçı) Cavabdeh1 İddiaçı onlara qarşı iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, müqaviləni oxumadan imzalamışdır. O, sonradan müqaviləni oxuyanda depresiyaya düşmüşdür. O, məktəbdə müəllim işləyir, 600 manat əmək haqqı alır, ayda 2000 dollar ödənilməsi barədə müqaviləni necə imzalaya bilər? İlkin iddianın rədd olunmasını, əqdin etibarsız hesab edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyib izahatında göstərdi ki, etiraz ərizəsində göstərilənləri müdafiə edir. Budaqov Rahib onun atasıdır. Atası içəridə ola-ola vəkili və hüquqi savadı olmadan müqaviləni onlara imzalatmışlar. İddiaçının şikayətinə əsasən onun atası həbsdədir və 5 ildir cəzasını çəkir. Onlar ona yaxınlaşmamışlar, o onlara yaxınlaşaraq hədə-qorxu, şər-böhtan ilə müqaviləni imzalatdırmışdır, guya ki, bir sözü ilə atasını içəridən çıxaracaq. Həmin müqavilə notarial qaydada təsdiq edilməmişdir. Bu müqavilə atasının içəridən çıxması şərti ilə bağlanmışdır, ancaq atası içəridən çıxmamışdır. Nə olubsa atası ilə aralarında olmuşdur. Onlar buna görə məsuliyyət daşımır, atası da buna görə cəzasını çəkir. Bu insan boş-bekar adamdır, işi-gücü yoxdur, ancaq bütün günü ora-bura yazır. İddiaçı ilə rəhmətlik əmisi danışmışdır, zərər ödənildiyindən ərizə yazıb vermişdir. Sonradan gedib o ərizəni ləğv etmişdir. Həmin pulu iddiaçıya əmisi ödəmişdir. Birinci dərəcəli ailə üzvləri anası o, olduğuna görə onlar imza atmışlar. Gülüşov atasını həbsdən çıxaracağını desə də həbsdən çıxmamışdır. Bu müqavilə formal olaraq bağlanmışdır. Razılaşmanı tələsik şəkildə iş yerinin yanına gətirmiş anası ilə ona imzalatmışlar. Anası ilə ona məxsusdur. Hökm 130000 dollarlıq çıxarılıb ancaq iddiaçı 250000 manatlıq evi razılaşmada 165000 manatlıq göstərmişdir. Anası da o da bu razılaşma müqaviləsinə görə harasa şikayət etməmişlər, axı heç iddiaçının özü də şikayət etməmişdir. Onların başı qarışımışdır, bütün günü prokurorluq, iş oradan Xətai RPİ -yə, oradan Nərimanova, oradan Binəqədiyə, oradan da Sabunçuya göndərilmişdir. Onlar burada rol oynamırlar, atasını buraxdıracağını dediyi üçün razılaşıb qol çəkmişlər. Atası ilə, danışsalar, o daha təfərrüatı ilə izah edər, işin içində olan odur. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə (o cümlədən istifadəsində olan mobil nömrəsinə elektron qaydada sms çatdırılmasına) baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2.Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2.Əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 389.4. İkidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarlarına əsasən müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarı: “...İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir....”
İşin faktiki halı: Məhkəmə iclasında müəyyən edildi ki, X15 tərəfindən zərərçəkmiş şəxs İddiaçı 162000 (yüz altmış iki min) ABŞ dolları ziyan vurulmuş və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-220/2021 saylı hökmü ilə, X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmişdir. Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101 )-220/2021 saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X15 tərəfindən törədilmiş dələduzluq əməli nəticəsində iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış İddiaçı 162.000 (bir yüz altmış iki min) ABŞ dolları məbləğində dəymiş ziyanın əvəzinin ödənilməsi ilə bağlı Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixli X5 bağlanmışdır. Aralarında bağlanmış müqavilədə göstərilmişdir ki, İddiaçı X15 tərəfindən ona dəymiş 162.000 (bir yüz altmış iki min) ABŞ dolları məbləğində ziyanın əvəzi olaraq Cavabdeh1 qəbul etdiyi 20.000 (iyirmi min) manat və ya 11700 (on bir min yeddi yüz) ABŞ dolları məbləğində pulu etiraf edir, qalıq borcun 150.300 (bir yüz əlli min üç yüz) ABŞ dolları olduğunu təsdiq edir və Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-220/2021 saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X15 ilə barışaraq, sonuncu tərəfindən ona 162.000 (bir yüz altmış iki min) ABŞ dolları məbləğində dəymiş ziyanın tam ödənilməsi, ona qarşı mülki iddiasının olmaması barədə notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, onun barəsində AR CM-in 70-ci maddəsinin tətbiq edilməsini xahiş edir. İddiaçı xx.xx.2021-ci il tarixli notarial ərizə yazaraq ona dəymiş ziyanın tam ödənildiyini bildirmiş və gələcəkdə X11 qarşı mülki iddia ilə məhkəməyə müraciət etməyəcəyini göstərmişdir. 1(101 )-220/2021 saylı hökm ilə İddiaçı təqsirləndirilən şəxs X11 qarşı mülki iddiada imtinası qəbul edilərək mülki məhkəmə icraatına xitam verilmişdir. Hazırda İddiaçı həmin müqavilə üzrə 146.700 ABŞ dolları pul, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 həmin müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir.
Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı pul tələbinə dair iddiası təmin edilməli, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilməməlidir. Məhkəmə iddianın düzgün hüquqi həlli üçün ilk növbədə mübahisə predmeti olan və iddia tələblərinin əsasını təşkil edən xx.xx.2021-ci il tarixli müqavilənin etibarlı olubolmadığına münasibət bildirməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə əqdin etibarlılığı barədə hesab edir ki, İddiaçı cinayət işi üzrə ümumilikdə 162000 ABŞ dolları zərər dəymişdir və həmin zərərin yalnız 11700 ABŞ dolları hissəsi hazırki iş üzrə cavabdehlər tərəfindən ödənilmiş, geridə qalan məbləğlə bağlı tərəflər arasında razılıq müqaviləsi bağlanılmışdır. Həmin müqavilədə ödənilməmiş zərərin, yəni 150300 ABŞ dolları məbləğində pulun cavabdehlər tərəfindən 97000 ABŞ dolları hissəsi üçün əvəzində mənzil verilməklə, qalan 53300 hissəsində isə aylıq 2000 ABŞ dolları ödəniş etməklə geri qaytarılması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə cavabdehlər cinayət işi üzrə təqsirləndirilən şəxsin yaxın qohumları (qızı və arvadı) olmuş və bu müqaviləni İddiaçı cinayət işi üzrə ərizə verərək X7 tələbi və şikayəti olmadığını bildirməsi müqabilində bağlamışlar və sözügedən zərərin tam ödənilməsi barədə öhdəlik götürmüşlər. Hazırda məhkəmə araşdırması zamanı cavabdehlər həmin müqavilənin etibarsızlığını onunla əsaslandırmışlar ki, sözügedən müqavilədə daşınmaz əmlakın özgəninkiləşdirilməsi nəzərdə tutulduğu halda müqavilə notarial qaydada bağlanılmamışdır. Məhkəmə tərəfin bu mövqeyinə münasibət bildirərək qeyd edir ki, hazırki müqavilənin predmeti daşınmaz əmlak olmamış, yalnız cinayət işi üzrə dəymiş zərər olmuş, həmin zərər məbləğinin bir hissəsinin ödənilməsi barədə razılıqda daşınmaz əmlakın 1 ay ərzində İddiaçı adına özgəninkiləşdirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, müqavilədə həmin əmlakın alqı-satqısı, bağışlanması və.s ilə bağlı iradə ifadəsi olmamış, mövcud olan zərərin əvəzində həmin əmlakın gələcəkdə Gülüşov adına özgəninkiləşdirilməsi qeyd edilmişdir, yəni özgəninkiləşdirmə baş tutacağı təqdirdə gələcəkdə bununla bağlı bağlanacaq hər hansı əqd notarial qaydada bağlanılacaqdır. Həmçinin müqavildə bu halın baş tutmaması nəticəsində həmin məbləğin hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Bundan başqa tərəf əqdin etibarsızlığını onunla əsaslandırmışdır ki, həmin əqd hədə-qorxu və aldatma nəticəsində bağlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin əqd bağlanılan zaman qeyd edilən hədə-qorxu, aldatmanın mövcud olması faktı sübuta yetirilməmişdir. Habelə iddiaçı Gülüşov tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüdən də müəyyən edilir ki, videonu çəkən şəxs müqavilə şərtlərini oxuyur və cavabdehlər-Cavabdeh1 və Cavabdeh2 müqavilə şərtlərini dinləyir və təsdiq edirlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış müqavilə etibarsız hesab edilə bilməz, müqavilədə tərəflərin iradə ifadəsi tam aydın əks olunmuşdur. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 əqdin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilə bilməz. Məhkəmə İddiaçı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçı müqavilədə ümumilikdə 150300 ABŞ dolları zərər mövcud olması qeyd edilməsinə baxmayaraq, ona zərərin bir hissəsinin ödənildiyini qeyd edərək, 146700 ABŞ dolları pul tələb etmişdir. Məhkəmə ilk növbədə İddiaçı müvafiq olaraq cinayət işi üzrə notarial ərizə verərək (hökm çıxarıldıqdan sonra həmin ərizənin ləğv edilməsinə baxmayaraq) X11 qarşı heç bir tələbinin olmadığı və gələcəkdə olmayacağını, habelə zərərin ona tam ödənildiyini bildirməsi ilə bağlı hesab edir ki, bu barədə notarial ərizə mübahisə predmeti olan müqavilə ilə eyni tarixdə, xx.xx.2021-ci il tarixdə yazılmışdır. Belə olan halda, həmin ərizənin məhz bu müqavilə ilə dəymiş zərərin Budaqovalar tərəfindən ödəniləcəyi ilə bağlı öhdəlik götürmələri nəticəsində yazılması və məhkəməyə təqdim edilməsi işin mübahisəsiz halıdır. Məkhəmə cavabdeh Budaqovanın məhkəmə iclasında zərərin vəfat etmiş əmisi tərəfindən tam ödənilməsini bildirməsi barədə qeyd edir ki, iddiaçı müqavilədə 150300 ABŞ dolları yazılmasına və ödənişlər barədə heç bir qəbz olmamasına baxmayaraq səmimi etiraf ilə və vicdanlılıq prinsipinə uyğun olaraq iddia ərizəsində 146700 ABŞ dolları tələb etmişdir. Məhkəmə tərəflərin müqavilədə qeyd edilən 162000 ABŞ dolları məbləği ilə razılaşmamalarına münasibətdə qeyd edir ki, tərəfə dəymiş zərər həmin dövrün məzənnəsinə uyğun olaraq 130000 manat olsa da, zərər faktiki olaraq ABŞ dolları ilə vurulmuşdur və belə olan halda iddiaçının həmin zərəri ABŞ dolları ilə ödənildiyi vaxtın məzənnə qiymətinə uyğun hesablanmaqla tələb etmək hüququ mövcddur. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, İddiaçı iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçılar öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçılar (Budaqovalar) iddia ərizəsində göstərikləri dəlillərini sübut edə bilməmişdir.
Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi təmin edildiyindən onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq ona ödənilməli, iddiaçı Cavabdeh1 tərəfindən ödənilmiş rüsum isə, iddia təmin edilmədiyindən, onun özünə aid edilməlidir.
Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası təmin edilməli, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 146700 ABŞ dolları pul ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə və ödənilmiş 540 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməli, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməli, Cavabdeh1 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 146700 ABŞ dolları pul ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ödənilmiş 540 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Cavabdeh1 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Rauf Əhmədov