Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-497/2021 05.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Raviloviçə qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Raviloviçə qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 23, mənzil 6 onun mülkiyyətindədir. Mənzili o, AN-1N ******* saylı alqı-satqı müqaviləsi ilə almışdır. Bu barədə ona **********69-**********2 saylı qeydiyyat vəsiqəsi də verilmişdir. Bu mənzildə o ailə üzvləri ilə yaşayır. Mənzildə onlardan başqa mənzilin əvvəlki sakinləri Cavabdeh1 və Cavabdeh2 Raviloviç hələ də qeydiyyatdadırlar. Onlar bu mənzildə qeydiyyatda olsalar da, orada yaşamırlar və harada yaşamaları da ona məlum deyildir. Mənzili aldıqdan sonra cavabdehlər özlərinə məxsus əşyaları götürərək mənzildən getmələrinə və tezliklə qeydiyyatdan çıxacaqlarına söz versələr də, indiyə qədər sözlərinə əməl etməmişlər. Onların mənzildə qeydiyyatda qalmaları bir mülkiyyətçi kimi onun hüquqlarını pozur. O, məcbur qalıb onların da yerinə kommunal xərclərini ödəyir. Bu da onun vəziyyətinin pisləşməsinə səbəb olur. Odur ki, göstərilənlərə əsasən məhkəmədən iddiasının təmin olunmasını xahiş edir. Cavabdehlər İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Raviloviçə qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bilirişlər göndərilməsinə baxmayaraq bildirişlər “yaşamır” qeydi ilə geri qayıtmışdır. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən xx.xx.1970-ci ildə Ağsu rayonunda anadan olmuş İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çoban-Zadə küçəsi, ev 23, mənzil 6-da qeydiyyatdadır. İş materiallarında olan 30.01.2020-ci il tarixli AN-İ seriyalı ******* nömrəli saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X1 Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ev 23, 6 saylı mənzili 40000 manata İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ev 23, 6 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına 01.02.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, NaxçıvanskBəkir Çobanzadə küçəsi ev 23, 6 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına 01.02.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Cavabdehlər həmin mənzildən köçüb getsələr də qeydiyyatdan çıxmamışlar. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Raviloviçin iddiaçının mülkiyyətində olan mənzildən yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 Rafiloviçin Bakı şəhəri,Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 23 saylı evin 6 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-497/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-497/2021
05.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver