Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-506/2021 31.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 1465 manat qalıq borc, Cavabdeh1 640 manat qalıq borcun tutularaq ona ödənilməsi və həmçinin ödədiyi 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2, həyat yoldaşı X1, digər Cavabdeh1 və həyat yoldaşı Nümayəndə ilə Bakı şəhəri, Bülbülə qəsəbəsi, İddiaçı küçəsi, ev 218 ünvanında yerləşən 2 mərtəbəli, hər mərtcəəsi 150 kv.m-dən ibarət olan ona məxsus olan həyət evinin 1-ci mərtəbəsində trxminən 3 il müddətində kiyarə yaşayıblar. Birinci Cavabdeh1 və yoldaşı Nümayəndə ilə Bülbülə qəsəbəsi. S.Əlivev küçəsi, ev 218də kirayə yaşayıblar və bunun hesabına görə sonuncunun kirayə haqqı imzaladığı intizam sənədinə əsasən olan borcu 1290 manat təşkil edirdi. Bundan sonra cavabdeh həmin qaliq borcundan bu günə kimi 650 manat ödəniş etmiş, ümumi qalıq borcu 640 manat ləşkil edir. Digər Cavabdeh2 həyat yoldaşı X1 ilə Bülbülə qəsəbəsi. İddiaçı küçəsi, ev 218də kirayə yaşayıblar və bunun hesabına görə sonuncunun kirayə haqqı imzaladığı intizam sənədinə əsasən olan borcu 2165 manat ləşkil edirdi. Bundan sonra cavabdeh həmin qaliq borcundan bu günə kimi 700 manat ödəniş etmiş, ümumi qalıq borcu 1465 manat ləşkil edir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh2 1415 manat qalıq borc, Cavabdeh1 640 manat, vəkilə ödədiyi 150 manat və dövlət rüsumu kimi ödədiyi 30 manat pulu müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, cavabdehlər iltizamda borclarını etiraf etmişlər. Bundan sonra cavabdehlər həmin borcun müəyyən hissəsini ödəmişlər. Ona görə də iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək tələb etdiyi borc məbləğini azaltmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Onlara polisdə iki izahat yazdırmışlar. İzahatında o iddiaçının deməsinə görə onun 1200 manat borcunun olmasını qeyd etmişdir. Əslində onun iddiaçıya 650-660 manat borcu olmuş, həmin pulu da ödəmişdir. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Onlara polisdə izahat yazdırmışlar. İzahatında o iddiaçının hesabına görə onun 2165 manat borcunun olmasını qeyd etmişdir. Əslində onun iddiaçıya 1200 manat borcu olmuşdur. 750 manatını ödəmiş, 450 manat isə borclu qalmışdır. Lakin iddiaçı əsassız yerə ondan 1415 manat pul tələb edir. Göstərdikərinin nəzərə alınmasını iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh2 tərəfindən 03 aprel 2019-cu il tarixdə yazılaraq imzalanmış iltizamın surətindən görünür ki, Cavabdeh2 İddiaçı məxsus evdə kirayə yaşadığını və 2165 manat kirayə borcunun hissə-hissə ödənilməsini öhdələrinə götürmüşlər. - Cavabdeh1 tərəfindən 03 aprel 2019-cu il tarixdə yazılaraq imzalanmış iltizamın surətindən görünür ki, Cavabdeh1 İddiaçı məxsus evdə kirayə yaşadığını və 1290 manat kirayə borcunun hissə-hissə ödənilməsini öhdələrinə götürmüşlər. - İddiaçı ilə Vəkil arasında bağlanmış 24 sentyabr 2020-ci il tarixli müqavilənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, hüquqi yardıma görə haqq qarşılıqlı razılıq əsasında 150 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus mənzillərdə kirayədə yaşamışlar. Lakin yaşadıqları müddətdə kirayə haqqını vaxtında və lazımınca ödəməmiş və iddiaçıya borcları yaranmışdır. Hazırda İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ilə şifahi şəkildə müqavilə bağlayaraq soncuya məxsus mənzildə kirayə yamışlar. Lakin cavabdehlər iddiaçının hesablaması ilə razılaşmaslar da, onun hesabladığı kirayə pulunu hissə-hissə ödəməyi öhdələrinə götürsələr də onun ödənilməsindən yayınmış və iddiaçıya borcları qalmışdır. İş materiallarında olan, Cavabdeh2 tərəfindən 03 aprel 2019-cu il tarixdə yazılaraq imzalanmış iltizamın surətindən görünür ki, Cavabdeh2 İddiaçı məxsus evdə kirayə yaşadığını və 2165 manat kirayə borcunun hissə-hissə ödəyəcəyini bildirmişdir. Bundan baçqa, Cavabdeh1 tərəfindən 03 aprel 2019-cu il tarixdə yazılaraq imzalanmış iltizamın surətindən görünür ki, Cavabdeh1 İddiaçı məxsus evdə kirayə yaşadığını və 1290 manat kirayə borcunun olduğunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər iddiaçı qarşısında öhdəlik götürdüyündən, kirayə haqqını qaytarmalı olduğundan və həmin öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, kirayə haqqı məbləğini ödəməlidirlər. Məhkəmə iddia tələbinin “vəkilə ödədiyi 150 manatın cavabdehlərdən müştərək qaydada tutulması hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan İddiaçı ilə Vəkil arasında bağlanmış 24 sentyabr 2020-ci il tarixli müqavilənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, hüquqi yardıma görə haqq qarşılıqlı razılıq əsasında 150 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 1415 manat, Cavabdeh1 640 manat tutularaq İddiaçı verilməli, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 150 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh2 1415 manat, Cavabdeh1 640 manat tutularaq İddiaçı verilsin. Vəkilin göstərdiyi yardıma görə ödənilmiş 150 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-506/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-506/2021
31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver